adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyul 2017 20:34
4537
HADİSƏ
A- A+

FHN:Universitetdəki yanğında 9 nəfər tüstüdən zəhərlənib

Nərimanov rayonunda Bakı Biznes və Kooperasiya kollecinə məxsus hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 1800 m2 olan birmərtəbəli idman zalının xarici divarına vurulmuş içərisi penoplast materialdan ibarət olan panel üzlükləri 150 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, yanğın zamanı yaxınlıqda yerləşən Kooperasiya Universitetində olan 9 nəfər (onlardan 4 nəfər nəzarətçi müəllim və 5 abituriyent) tüstüdən zəhərlənmiş halda Təcili Tibbi Yardım Xidməti tərəfindən 1 saylı şəhər xəstəxanasının toksikologiya şöbəsinə aparılıb və onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, yanğın zamanı Universitetin əsas binasında qəbul imtahanları gedib.