adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Iyul 2017 15:34
7262
GÜNDƏM
A- A+

Bağlanmış qəzetlərin baş redaktorları: “O qəzetlər bir də açılmayacaq”

Bir vaxtlar elə qəzetlər vardı ki, media məkanında çox böyük nüfuza malik idilər, ictimai rəyə təsir göstərirdilər. Amma çox təəssüflər ki, hazırda o qəzetlər nəşr olumur.

Həmin mətbu orqanların nəşri yenidən gerçəkləşə bilərmi?


"Avropa” qəzetinin baş redaktoru Fəxri Uğurlu Modern.az-adeyib ki, bir zamanlar qəzetlər maliyyə çətinliyinə görə fəaliyyətini dayandırmağa məcbur olurdular.

""Avropa” qəzetinin də bağlanma səbəbi budur. Daha sonra Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yarandı və qəzetlərə maliyyə yardımı etməyə başlanıldı. Ona görə də qəzetlər maliyyə çətinliyindən canlarını qurtardılar. Həmçinin, onlayn media ortaya çıxandan sonra qəzetlərin bazarı öldü. Onlayn media qəzetlərin satışına təsir göstərdi. İndi hər kəs xəbərləri saytlardan oxuyur. Müasir texnologiyalar qəzet bazarına daxil olan faktorlardır. Məhz bundan sonra qəzetlərin satışında azalma müşahidə olundu”.

Bəs Fəxru Uğurlu "Avropa” qəzetinin yenidən nəşr olunmasını istəyirmi?

"Düzünü desəm, hazırda mənim qəzetdə işləməyə həvəsim yoxdu. Hazırda mən "Multikulturalizm” jurnalının redaktoruyam. Bu jurnal rübdə bir dəfə çapdan çıxır. İndi qəzetlərin meydanı dardır. Bəlkə başqa zaman, başqa bir şey olacaq, amma indi mən qəzetdə işləməyə can atmıram. Hazırda jurnal buraxmaq daha sərfəlidir. Çünki jurnal operativlik tələb etmir. Jurnalda sanballı yazılar getdikdə daha çox oxunur. Artıq qəzetlər saytlarla uzlaşa bilmir. Saytlar daha operativdir”.

"Rezonans” qəzetinin baş redaktoru Mehman Cavadoğlu deyir ki, vaxtilə işlədiyi qəzet fəaliyyətini çoxdan dayandırıb və n.r olnacağı da gözlənilmir.

""Rezonans” qəzeti 1996-cı ildə nəşr olunub. Hesab edirəm ki, qısa bir müddət ərzində populyarlıq qazandı. Çox təəssüf ki, qəzetin ömrü 2-3 il oldu. Bu qəzetin xeyli sayda oxucusu vardı. Onun fəaliyyətini dayandırmasına səbəb maliyyə problemləri oldu. Mən təkcə "Rezonans” qəzetində deyil, digərlərində də işləmişəm. Hesab edirəm ki, "Rezonans” və digər qəzetlər fəaliyyətini davam etdirsəydi Azərbaycan mətbuatına bunun daha da çox xeyri olardı”.