adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
21 Iyul 2017 18:17
65021
MÜSAHİBƏ
A- A+

Olympic Karate Mərkəzinin tələbələri: "Müəllimlərimizin əziyyətinin qarşılığı.."

Olympic Karate Mərkəzinin tələbələri: müəllimlərimizin əziyyətinin qarşılığı olaraq Respublika , Avropa və dünya çempionu adlarının sahibləri olacayıq

- Karateni sizə kim və ya nə sevdirib?

Karatenin briliantı adı ilə tanıdığımız Rafael Ağayevə baxaraq həvəslənmişik. Amma müəllimimiz- Novruz Əliyevin sayəsində sevmişik. Demək olar ki, biz nə öyrənmişiksə məşqçimizin köməkliyi ilə öyrənərək, gələcəyə daha da ümidlə irəliləyirik.

- Karate de hansı hərəkəti çətinliklə öyrənmisiniz?

Hər bir idman növü kimi karatenində özünəməxsus çətinlikləri var. Bizim yaşımız az olduğu üçün ilk dərslərdən şpaqat açmaqda biraz çətinliklərimiz olurdu.

- Müəlliminizdən küsdüyünüz anlar olub?

Bəzən olur, çünki arada əsəbləşdirdiyimizə görə bizi danlayır.(gülürlər) Amma sonra düşünürük ki, müəllim bizim gələcəkdə güçlü idmançı olmağımız üçün bizi danlayır. Ola bilər ki, yaşımız azdı, hələ bunları dərk eləmirik, zaman keçdikcə xeyrimizə olan hər nəticə üçün bu gün bizi danladığı üçün Novruz müəllimə öz təşəkkürümüzü bildirəcəyik.

- Karatedən başqa hansı idman növü ilə məşğul olmaq istəmisiniz?

Rəvan- Hər zaman sevdiyim idman növü karate olduğu üçün digər idman növlərinə diqqət ayırmaq istəməmişəm.

Abbasqulu – Karateni çox sevməyimə baxmayaraq, futbolçu olmaq arzusunda da olmuşam .

Şamil – Karatedən əvvəl cüdo ilə məşğul olduğum üçün cüdoya da marağım hər zaman olub. Hətta cüdoda nəticələrimdə var.

Əli- Karateyə marağım atamın istəyi ilə yaranıb. Ona görə də karatedən başqa heç bir idman növün də özümü təsəvvür etmirəm. Onu da qeyd edim ki, gələcəyin Əli adlı- Novruz Əliyevi, Rafael Ağayevi özüm olacam. (gülür)

Şükran – Karatedən başqa cüdo və futbolu çox sevirəm.

- Uşaqlar sonda hansı fikirlərinizi bizimlə bölüşmək istəyirsiniz?

Karateni bizə sevdirən, əziyyətimizi çəkən, əsəbləşdirdiyimizə baxmayaraq hər zaman səbrlə bizi dinləyən, idmandan kənar həyati fikirlərini bizimlə bölüşən baş məşqçimiz, müəllimimiz Novruz Əliyevə, özü burda olmasada üstümüzdə əziyyəti olan digər müəllimimiz Tural Ələkbərliyə dərin təşəkkürümüzü bildiririk. Biz də öz növbəmizdə əlimizdən gələni edəcəyik ki, müəllimlərimizin əziyyətinin qarşılığı olaraq Respublika , Avropa və dünya çempionu adlarının sahiblər olaq.