Modriç forma nömrəsini dəyişdi
"Real”ın yarımmüdafiəçisi Luka Modriç forma nömrəsini dəyişib.
Qol.az "Marca”ya istinadən xəbər verir ki, xorvat futbolçu yeni mövsümdən 10 nömrəli formanı geyinəcək.
Ötən mövsümə kimi bu nömrə altında bir neçə gün əvvəl "Bavariya”ya keçən Xames Rodriges çıxış edirdi. Modriç özü isə "19 nömrə”ni geyinirdi.