adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Iyul 2017 13:47
4251
HADİSƏ
A- A+

Bakıda universitet binasında yanğın

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Yanğının universirtetin Ziya Bünyadov prospekti 30 ünvanında yerləşən binasının akt zalında baş verdiyi bildirilir

Hadisə yerinə 3 yanğınsöndürən avtomobili gəlib. Yanğınsöndürən avtomibilləri hadisə yerinə daxil ola bilmədiyi üçün kənardan su vurmaqla yanğını söndürməyə çalışırlar.

Qeyd edək ki, Kooperasiya universitetində hazırda I və IV ixtisas qrupuna qəbul imtahanı keçirilir. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə də olay yerinə gəlib.


Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, ərazidə tüstülənmə sıxlaşdığından qəbul imtahanının gedişinə problem yaranıb.(modern)

Fövqəladə Hallar Nazirliyi (FHN) də Kooperasiya Universitetindəki yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır.

Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb.

Əlavə məlumat veriləcək.

***

Son məlumata görə, alovun yayılma təhlükəsi önlənib. Yanğının tamamilə sönürülməsi həyata keçirilir.