Mingəçevirdə mağazada soyuducu yanıb
Gecə saatlarında Mingəçevirdə yanğın faktı qeydə alınıb. FHN-dən Adalet.az-a verilən məlumata görə, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan mağazada 1 ədəd soyuducu yanıb. Mağaza yanğından mühafizə olunub.
Yanğın saat 04:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.