adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Iyul 2017 22:42
19028
MARAQLI
A- A+

Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı

Amerika Birləşmiş Ştatlarının Miçiqan əyalətində bəslədiyi tutuquşunun gözü qarşısında həyat yoldaşını öldürən Glenna Duramın məhkəmə prosesi başa çatıb.

Adalet.az xəbər verir ki, qadın həyat yoldaşını odlu silah vasitəsilə öldürüb.
Məhkəmə qadının birinci dərəcəli cinayətkar kimi həbsinə qərar verib.

Glenna həyat yoldaşı Martini 5 güllə ilə öldürdükdən sonra intihar etməyə cəhd edib, lakin sağ qalıb.

Hadisəyə şahidlik edən Bud adlı tutuquşunun "atəş açma" sözləri isə hakimin istəyinə rəğmən, dəlil kimi arxivə verilməyib.Tutuquşuya baxmağı öz üzərinə götürən Martinin əvvəlki həyat yoldaşı Kristina tutuquşunun şahid kimi qəbul edilməsini istəyib. O, tutuquşunun orada olduğuna və Martinin dediyi bütün sözləri xatırladığına inandığını deyib.

Məhkəmənin hakimi də tutuquşunun şahid kimi dindirilməsini istəyib. Lakin məhkəmə heyəti tərəfindən bu tələb rədd edilib.

Buna baxmayaraq, cinayətin Glenna Duram tərəfindən törədildiyi sübuta yetirilib.(publika.az)