adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Iyul 2017 22:08
23478
ŞOU-BİZNES
A- A+

Aygünlə Röyanı barışdırmaq istəyir

Aktyor Allahverdi Yolçuyev xalq artisti Aygün Kazımova və əməkdar artist Röya Ayxanı barışdırmaq istəyir.

Axşam.az-ın məlumatına görə, aktyor bu haqda "ATV maqazin onlarla” verilişində deyib.

O bildirib ki, hər iki müğənni ilə dostdur və onları barışdırmağa nail ola bilər:

"Aygün də, Röya da mənə yaxın olan insanlardır. Məmnuniyyətlə ikisini də barışdırardım. Mənim sözümə baxarlar. Aygün xanım mənə "Alı kişi" deyir. İkisinin də mənə hörməti var. İki küsülü insanı barışdırmaqdan gözəl heç nə yoxdur. Bu dünya fanidir, parıltılar müvəqqətidir.

Şou-biznes nümayəndələrindəkalsium, sinq çatışmır. Onlar vaxtında bu vitaminlərlə təmin olsalar, dava, özünü tərifləmək yox olar. Bir-birilərini bizləyə-bizləyə gedirlər".