adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyul 2017 18:43
8686
SİYASƏT
A- A+

Fillipin prezidenti İlham Əliyevə məktub yolladı

Filippin prezidenti Rodriqo Rao Duterte Azərbaycan prezidentiİlham Əliyevə Filippin-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məktub göndərib.

Adalet.az xəbər verir ki, məktubda deyilir:

"Filippin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Mən, həmçinin bu xoş fürsətdən istifadə edərək, Filippinin ikitərəfli münasibətlərimizi daha da möhkəmləndirmək arzusunu bildirir və gələcək illərdə əlaqələrimizin qarşılıqlı maraq doğuran daha çox sahəni əhatə edəcəyinə ümidvaram. Mən Zati-alinizə möhkəm cansağlığı arzulayır, Azərbaycanı daha böyük inkişaf və rifaha apardığınız bu yolda Sizə davamlı müvəffəqiyyətlər arzulayıram. Zati-aliləri, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.