SEVİNMƏYƏ QOYMAYAN ƏL…

ƏBÜLFƏT MƏDƏTOĞLU
78476 | 2017-07-21 16:40

Sənidə kəsən var

Buyazını hardan və necə başlayım? İnanın ki, bilmirəm. Əlimi ürəyimin üstünə qoyuband da içə bilərəm. Çünki yaşadığım hisslər, mənim aylarla, illərlə keçirdiyim sarsıntıları bir anıniçində 360 dərəcə dəyişib. Mənə gələn təsəlli zənglərini indi təbrik zəngləri əvəzedib. Özü də bu zənglərin coğrafiyası o qədər genişdir ki, mən dostlarımın, tanışlarımınqarşısında baş əyməkdən başqa ağlımdan, ürəyimdən heç nə keçirə bilmirəm. Bir Allahşahiddir ki, ən çox Naxçıvandan, ordakı dostlarmıdna gələn zənglər, təbriklər, Qubadan,Şəkidən, Gəncədən, Mingəçevirdən, Füzulidən, Xocavənddən, Lənkərandan, Lerikdəndənhətta Trabzondan... Eləcə də bu gözəlim Azərbaycanın hər yerindən. Bax, o zənglərmənə kimliyimi bir daha xatırlatdı. Yadıma saldı ki, bu dünyada yaşamaq, bu dünyadaadam arasına çıxmaq hüququm var. Ona görə də mən o elektron məktubların, zənglərinsahiblərinə ömrüm boyu minnətdar olacam. Yaxşı ki, varsınız! Allah sizləri qorusun!

Yazınıminnətdarlıq duyğularıyla başlamağım bir az ürəyimə rahatlıq gətirdi. Elə bil ki,nə yazacağımı artıq tapmışam. Və bu yazdığım yazının girişində elə indicə ağlımdangəlib keçən misraları da diqqətinizə təqdim edirəm. Bilmirəm necə alındı, amma içimdəngəldi.


İçimdəsevinc, kədər

Uzunzaman döyüşdü.

Yazısıntaleh qədər

Biraz sildi, dəyişdi...…


Həyatımdabir işıq

Yarıbzülməti - yandı!

Donubolmuş bir qaşıq -

Qanım,sanki oyandı...…


Çiynimdədost Əlinin

İstisiniduyunca

Yaşadımbir sevincin -

Anlarınıdoyunca...…


Hə,bu anların içərisində itib-batmaq, bu dünyanı unutmaq istəyirəm. Çünki yaşamağımbelə bir məqamının da olduğuna ilk dəfə təsadüf edirəm. Zaman-zaman, xüsusilə1988-ci ildən dünənki tarixə qədər mən həyatın ancaq zərbələrini, yamanlıqlarınıgörmüşəm, dadmışam. Bu zərbələr, bu ağrı-acılar həyatımı bəzən sözün böyük mənasındadözülməz edib. Hətta ağlımdan dəfələrlə intihar da gəlib keçib. Həmin o məqamlardamənə dəstək olan könül dostlarım, bir də Sən olmusan. Və mən məhz Sənin, eləcə dədostların sayəsində sıxıntılardan çıxmağa çalışmışam. Yazmışam ki:


Qapımıdöyməyən kədər qalmayıb

Mənəyazılmayan qədər qalmayıb.

Canımbu dünyada hədər qalmayıb -

Qalıbki, qurbanın olsun həmişə!


Gecəpəncərəmdən yuxu tökməyib

Qaranlıqiçimə enib, çökməyib…

Ürəyimdan yerin sənsiz sökməyib -

Sökübki, qurbanın olsun həmişə!..


Mənömrüm dediyim - mələk qadına

Əlimaçılıbdı Tanrı adına!

Açıbgecə-gündüz salıb yadıma -

Salıbki, qurbanın olum həmişə!


Bəli,mən əlimi açdığım Allah, ətəyindən tutduğum Tanrı, ümidimi bağladığım Yaradan vəbir də sevgimin ünvanı olan Sən həmin o 1988-dən bu ana qədər məni tək buraxmadınız.Ona görə də ayağımı yerə dirəyib içimdəki ahları boğa-boğa yaşadım. Yaşadım ki, günlərin bir günü Allahıniradəsi, dostların yardımı və dəstəyilə bu sevincin əlini sıxım. Bu xoş anlar üzüməqapı açsın!

Birmüdrik kəlam var. Deyirlər ki, "əlini, ümidini Allahdan üzmə". Yəni ümidsizyaşama. Bax, mən də ümidin ətəyindən tutub fərəhimə, sevincimə doğru zaman-zaman yol gəldim. Gəldim və gördüm ki, osevinc, o fərəh bir işıq topası kimi dayanıb yolumun üstündə. O yolun yolçusu olmaqəzablı olduğu qədər də sevincliymiş...…

İstənilənyerdə, istənilən məqamda insanın əhvalı dəyişə bilir. Bu, sübuta ehtiyacı olmayanbir həqiqətdir. Mən həmin həqiqəti öz içimdən, öz canımdan çox keçirmişəm. Həttaelə bu sevinc xəbəri qapımı döyəndə də ovqatıma zəhərdən də tünd bir soğan doğradılar.Bilmirəm, günahım nə idi?Bilmirəm, hansı yaxşılığımın cavabıyıdı?! Amma bircə onu bilirəm ki, hətta bunabütün "Ədalət"çilər də şahid oldular ki, mən bir anın içində iki zərbə,iki sarsıntı və bir sevinc qazandım! Özü də bunlar ikisi də bir anda açılan atəşoldu. Bu atəş çox sərrast idi. Düz ürəyimdən nişan almışdılar. Zavallı ürək! Hamısəni vurur, hamı səni zədələyir, hamı səni sıxıb nar kimi cecəyini bir tərəfə atır...Görəsən niyə? Ümumiyyətlə, ürəyə qarşı hücumlar,təxribatlar, haqsızlıqlar, sayğısızlıqlar nədəndi?

İndinin özündə də yazını bilgisayara hələ ki, tanıdığım gündən dəyişməyən,olduğu kimi qalan əzizim Gülər xanıma diktə edəndə də o anı təkrar yaşadım. Zavallıürək elə sıxılıb açıldı ki, həmin o zaman kəsiyində elə bildim ki, nəfəsim durdu!İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Gerçəkdən gerçəyə mən hər şeyin, xüsusilə ölümün gözlə-qaş arasındaolduğunu yaşadım. Bunu heç kimə arzu etmirəm. Yəni hətta məni sevməyən istənilənAllah bəndəsi qoy haqsız basqıdan, qoy səbəbsiz sancmalardan və bir də günahsızatəşdən uzaq olsun. Allah bunu kimsənin adına, bəxtinə yazmasın. Mən sadəcə olaraqhəmin o gündən bu anın özünə qədər hansısa bir səbəbdən baş verən məqamı xatırlayandaçox təəssüflənirəm. Bu yerdə yaxşı ki, dediyim o Allaha güvənc və bir də Sənə sevgiköməyimə çatır. Bir fərəh hissiylə pıçıldayıram:


Ad çəkmirsən qoybarı

Yuxunda əyan olum.

Sözsüz öldürən yarın-

Nazında bəyan olum.


Sevib hər tərəfini

Qəmini, fərəhini…

Sən adlı şərəfini-

Ömrünə oyan olum!


İçindəki ülfətdən

Keçib gəl, Əbülfətdən.…

Nə sən bu məhəbbətdən-

Nə də mən doyan olum!


Qəribədi, elə bilki, hansısa bir gizli əl, hansısa bir gizli caynaq addım-addım izləyir məni. İmkanvermir o sevinci, o fərəhi, o xoşbəxtliyi heç olmasa bir sutka, heç olmasa 24 saatunudum. Bir sutkalıq da olsa xalq artistimiz, böyük sənətkarımız Zeynəb Xanlarovademiş, "dünyanın xoşbəxti mənəm dünyada!"- deyim. İndi düşünəcəksiniz ki, yəqin hansısa nostalji duyğular, hansısa nüanslaryadıma düşüb, gözümün önünə gəlib... Yox, belə deyil. Sadəcə, dediyim kimi, mənqurtula bilmirəm. Nə qədər cəhd etsəm də, nə qədər özümü dağa-daşa çırpsam da xilasola bilmirəm. Boyuma biçilmiş kədərdən, ağrıdan və qurtara bilmədiyim kədər də,ağrı da məni özündən uzaq buraxmır. Görünür, həmin o kədər, o ağır xoşbəxtliyiniməndə tapır. O mənim içimdə, mənim canımda daha rahat, daha sərbəst olur. Əks halda,mənim az qala canımdan da bezdiyim zamanın özündə heç olmasa bir iynə boyu kənaraçəkilərdi...…

Təəssüf, bu da başvermir. Ona görə də mən varlığına hakim olan Sənin işığında öz-özümə pıçıldayıram:


Mən yıxılsam sənqorxma

Baxtımdan yıxılacam.…

Ürək adlı ən uca-

Taxtımdan yıxılacam!..


Əlçim-əlçim diddiyin,

Qarış-qarış getdiyin,…

Sən mənə sərf etdiyin-

Vaxtından yıxılacam!


Ayrılıq istədiyin,

İçində bəslədiyin,…

Məni də səslədiyin-

Əhdindən yıxılacam!


Bu şeirin hansı ovqatyaradacağını anlayıram. Amma buna baxmayaraq, bir rahat ovqatla demək istəyirəmki, inciməyin məndən, qınamayın məni. Mənsevinmək istəsəm də, sevinc qapımı döyüb içəri daxil olsa da, ondan qabaq həmino gözəgörünməz əl önə keçir. Sevincə uzatdığım əlimi o sıxır...…

Ola bilsin ki, bu,mənim heç vaxt dəyişməyəcək alın yazımdı. Nə deyə bilərəm ki? Ən yaxşı halda, bircə rahat şəkildə onu deyə bilərəm ki, mən kədəriözüm axtarmıram, özüm yaratmıram, özüm icad etmirəm. O, mənim adaşım, mənim çiyindaşımdı.Bu da belə!.. Amma...…

Amma bir həqiqətdə var. Ən böyük, ən güclü, ən ədalətli Allahdı. Deməli, mənim üçün də yazılanlarıo imzalayıb. Bu da o deməkdir ki, hələ nələr olacaq, nələr oxunacaq heç kim deyəbilməz. Heç mən də deyə bilmərəm, heç Sən də. Sadəcə...…


Sən kədərə köklənmə

Kədər mənim havamdı…

Bu meydanda təklənmə-

Dava mənim davamdı!..


Harda dursam, dayansam

Ordan uzaq dayansən!

Qanıma da boyansam-

Cəfa mənim cəfamdı!..


Nə bulud ola, nəələm,

İşığa, nura bələn.…

Məcnundan keçib gələn-

Vəfa mənim vəfamdı!..


Deyəcəksiniz ki,ilin-günün bu vaxtında özünü təriflədi, özünü reklam etdi. Olsun! Niyə də olmasınki?! Axı mən də bu millətin bir sıra nəfəriyəm. Mənim də hardasa, nədəsə, kiminsəyadında və yaxud yanında iynə boyu yerim, nüfuzum var. Bax, elə iynə boyu yerimə güvənib özümü tərifləməyə cəsarətetdim. Ümumiyyətlə isə hər bir risk, hər bir cəsarət mütləq nəyisə ortaya qoyur, nəyəsə çatmaqda yardımçı olur. Məndə düşünürəm ki, elə özümü tərifləməyim bəlkə mənə də uğur gətirdi, bəlkə məni sıxıntılarıncaynağından xilas etdi, ya da məni izləyən o qara əli biləkdən kəsdi. Və mən dəbu duyğuları yaşaya-yaşaya bir könül rahatlığı içində sənə yazdım:


Baxışında ağırlıqvar, sən belə

Baxma mənə, bu baxışıyığışdır.…

Nə özünə, nə də mənəzülm elə -

Nə də məni baxışınlasıxışdır!


Qoy yaşayım öz odumla,közümlə,

İçimdəki sızıltıyla,dözümlə,…

Düzdü, mən də bacarmıramözümlə -

Neyləyim ki, bu gileylibaxışdı!


Söz versəm də öz-özüməmin dəfə

Ürək sınır hər yanlışa,hər səhvə!

Düşmədin sən, ay Əbülfət, bu əfvə -

Düşməməyin özü dəbir naxışdı!


Və nəhayət, yazımınəvvəlinə qayıdıram. Necə deyərlər, özümü bütün imkanın, bütün riskin daxilində toparlayıbmənə xoş anlar yaşadan hər kəsə, mənə xeyir-dua verən insanlara və bir də məni sınmağaqoymayan Şəxsə Var olun! - deyirəm. Sevindirənləri Allah sevindirsin! - söyləyirəm.



TƏQVİM / ARXİV