adalet.az header logo
  • Bakı 16°C
20 Iyul 2017 17:17
10712
DÜNYA
A- A+

Bolnisidə vəziyyət pisləşib – deputat təhlükəli virus haqda məlumat verdi

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda Denqe virusuna yoluxma halı qeydə alınıb. Təhlükəli virus Fazisi kəndinin sakinində aşkarlanıb. Gənc oğlan xəstəxanaya yerləşdirilib.

Artıq GürcüstanSəhiyyə Nazirliyi virusun yayılmasının qarşısını almaq üçün Bolnisiyə 10 həkim göndərib.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər SüleymanovModern.az-a açıqlamasında yayılan virusu təsdiqləyib. O, bildirib ki, Denge virusu qorxuludur.

"Həkimlər çalışırlar ki, daha çox insanları əhatə etməsin. Bir gürcü ailəsi virusa yoluxub. Hazırda həmin ailə karantinə alınıb. Çox təhlükəli virusdur. Hökumət səviyyəsində virusun yayılmamasına çalışılır. Hətta, bu virus Gürcüstandan kənara da çıxa bilər. Çünki bura gələn adamlar virusun daşıyıcısı ola bilər”.

Azərbaycanlı deputatın sözlərinə görə, virusa azərbaycanlılar arasında yoluxan yoxdur.

"İstənilən halda heç kəsin virusa yoluxması halı yaxşı deyil. Gürcüstanda yaşayan azərbaycanlılar arasında bu virusa yoluxanlar yoxdur. Hələ ki, virusun hardan gəldiyi bilinmir. İlkin ehtimala görə ağcaqanadlar yayıb”.