adalet.az header logo
  • Bakı 16°C
20 Iyul 2017 16:32
8442
İDMAN
A- A+

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

Qadınlardan ibarət Azərbaycan milli komandası Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Adalet.az apasport.az-a istinadən xəbər verir ki, iyulun 26-da və 29-da keçiriləcək görüşlər "Dalğa Arena"da baş tutacaq.

Hər iki oyun saat 19:00-da başlayacaq. Qarşılaşmalara hazırlıq məqsədilə bu gündən etibarən Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb.

Toplanışda 24 futbolçu iştirak edir: Günay İsmayılova, Rövşanə Sərdarlı, Susən Mənsimzadə (hamısı "Fidan"), Aytac Şərifova, Kristina Bakarandze (hər ikisi "Okjetpes ", Qazaxıstan), Nigar Abdulova, Kamilla Məmmədova, Vüsalə Hacıyeva, Roza Quliyeva, Həqiqət Qasımova (hamısı "Təhsil"), Ayşən Əhmədova, Vüsalə Seyfətdinova (hər ikisi "Sumqayıt"), Aysun Əliyeva ("Samsunspor", Türkiyə), Manə Mollayeva ("Kubanochka", Rusiya), Cəmilə Hüseynova ("Məşəl"), Firəngiz Teymurova, Bozdağ Peritan (hər ikisi "Konakbelediyyespor", Türkiyə), Güləmbər Qasımova ("Qəbələ"), Sevinc Cəfərzadə ("Rossiyanka", Rusiya), Natalya Rodelgo ("Atletiko", Madrid, İspaniya), Jalə Məhsimova (klubsuz), Merve Özdemir ("Ayntraxt", Almaniya), Nigar Mirzəliyeva ("Mingəçevir"), Öznur Taş ("Antalyaspor", Türkiyə).