…Onun çöhrəsində həmişə bir nur vardı. Və bu nuru ona Allah-Təala vermişdi. Düşünürdükki, Famil Mehdi haçan bizə mühazirə oxuyacaq və biz də onun çöhrəsindəki o nurunə vaxt görəcəyik. Hər dəfə auditoriyaya girəndə son dərəcə hamımızla səmimi salamlaşarvə sonra da mövzu ilə bağlı mühazirə oxuyardı. Hər mühazirəsi o qədər maraqlı, oqədər şirin və o qədər yaddaqalan olurdu ki, vaxtın necə gəlib keçdiyini qətiyyənhiss eləməzdik. Arabir nəzərləriniauditoriyaya yetirər və bizə baxardı. Onda da hiss edərdik ki, Famil müəllim artıqürəyini boşaldıb. Onun ürəyi boşalırdı, bizim də qəlbimiz boşalan ürəkdən aldığımıznurla, işıqla dolardı…
Azərbaycan DövlətUniversitetində (BDU) jurnalistika fakültəsində oxuyanda bizim çox istedadlı vədəyərli, işıqlı, nurlu müəllimlərimiz vardı: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev,Şirməmməd Hüseynov, Nurəddin Babayev, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Qulu Xəlilov,Cahangir Məmmədli, Akif Rüstəmov, Nəsir Əhmədov… adları və soyadlarını unutduğummüəllimlərim məni bağışlasınlar. Və onların da adı yuxarıda sadaladığım işıqlı ziyalılarkimi hamısı qəlbimizdədir. Sadəcə olaraq, yazını birbaşa bilgisayara diqtə elədiyiməgörə, bəzi hadisələri xatırlaya bilmirəm…
Famil Mehdi gözəlşair idi, gözəl alim idi, gözəl ziyalı idi və gözəl də müəllim idi. Allah-Təalahəm ona şairlik qismət eləmişdi, həm də alimlik. Və bir çox halda şairlik alimliyiüstələyirdi, bəzən də alimlik şairliyə qalib gəlirdi. Bütün hallarda yenə udan və qalibolan Famil Mehdi idi. O Famil Mehdi ki, biz tələbələrin ürəyində hər mühazirəsində,hər söhbətində bir iz qoyardı...
Ağıroturub batman gələn kişilərdən idi Famil Mehdi. Biz heç vaxt onun özündənrazılığınıvə təkəbbürlüyünü görmədik. Biz gördük ki, Famil müəllim hamı ilə çox səmimi münasibətqurub. Xüsusən biz tələbələrinqəlbini, ürəyini ələ alardı. İmtahan götürəndə isə heç kimin xətrinə dəyməzdi vəbilərdi ki, imtahana gələn hər bir tələbə onun öyrətdiklərinin hamısını yadda saxlayıb.Və buna görə də Famil müəllim heç bir tələbəni kəsməzdi. Bəzən kimlərsə özlərinitapşırtmaq istəyəndə Famil müəllim deyərdi ki, heç bir tapşırığa ehtiyac yoxdur.Özünüz gəlin məndən xahiş eləyin, qiymətinizi yazacam. Təbii ki, biz o xahişi eləməzdikvə Famil müəllim də hamımıza övlad məhəbbəti göstərərdi.
Biz 3-cü kursda oxuyandarayon qəzetlərində təcrübədə olardıq. Məni də öz rayonumuzdakı «Araz» qəzetində3 aylıq təcrübəyə göndərmişdilər. Təcrübə rəhbərimiz də Famil Mehdi idi. Mən məktubuqəzetin redaktoru Məcnun Namazəliyevə təqdim elədim. O da çox sevgi ilə məktubualdı və dedi ki, sabahdan fəaliyyətə başla. Mən də 3 ay yorulmadan müxtəlif janrlıyazılar qələmə aldım. Təcrübəmiz bitəndə bizə redaksiyadan xasiyyətnamə verdilər.Həmin xasiyyətnamənin sözlərini rəhmətlik istedadlı jurnalist Kərəm Hətəmov yazmışdı.Xasiyyətnaməyə möhürü və imzanı isə Məcnun Namazəliyev vurmuşdu. Elə oldu ki, yenidərs ilinə qayıdan kimi bizim təcrübəmizin hesabatı dinlənildi. Onda Famil Mehdimənim barəmdə xasiyyətnamədə yazılmış bu fikirləri olduğu kimi yığıncaq iştirakçılarınındiqqətinə çatdırdı: «…Jurnalistika fakültəsinin tələbəsi Faiq Hüseynov çox istedadlıbir gəncdir. Biz fakültənin dekanlığına təşəkkür edirik ki, bu cür istedadlı vəsavadlı tələbəni bizim redaksiyada təcrübəyə göndərib…»
Famil müəllim bufikri hamıya çatdırandan sonra bir daha üzünü mənə tutub dedi ki, çox sağ ol ki,fakültəmizin adını uca tutaraq gözəl yazılar qələmə almısan. Mən sənin hər bir yazınadiqqət yetirdim. Gördüm ki, bütün janrda qələmə aldığın yazılar çox maraqlı, orijinalvə yaddaqalandı. Dil və üslubun xüsusilə xoşuma gəlir. Ona görə də mən də təcrübərəhbəri kimi bir daha sənə öz təşəkkürümü bildirirəm.
Famil Mehdidən busözləri eşitmək bir tələbə olaraq mənə çox xoş idi. Onun haqqımda söylədiyi dəyərlifikirlərdən sonra bir qədər də həvəsləndim və respublika mətbuatında çoxlu saydayazılar qələmə aldım. O vaxt bizim müəllimləryazılarımızı böyük maraqla izləyirdilər. Oxuduqdan sonra fikirlərini və iradlarınıbildirirdilər. Biz də gələcək yazımızda həmin qüsurları aradan qaldırırdıq.
Famil müəllim çoxböyük ürək sahibiydi və heç kəsin də paxıllığını çəkməzdi. Əksinə, çalışardı ki,hamıya kömək eləsin. Və Famil müəllim həm də ona çalışardı ki, kimsəsiz və kasıbtələbələr ədazıl müəllimlər tərəfindən incidilməsin, sıxılmasın. Bax, onda FamilMehdi sinəsini qabağa verər, öz haqq səsiniucaldar və tələbəsini müdafiə eləyərdi.
Birdəfə 5-ci kursda oxuyanda diplom müdafiəsi idi. Mən də müdafiə edərkən bəzi müəllimlərüstümə hücum çəkdi. Hətta eləsi vardı ki, lap ədazıllıq eləyirdi. Yəni diplom işimdəyüksək qiymət almağıma imkan vermirdi. Bax, o vaxt da Famil müəllim haqlı olduğumagörə, sinəsini qabağa verdi və məni müdafiə elədi. Dedi ki, indi bu tələbənin arxasıyoxdu deyə üstünə yeriyəcəksiz? Onun arxası yoxdu, amma istedadı və savadı var. Famil Mehdinin bu sözlərindən sonra çoxları sakitləşdi.Onda Qulu Xəlilov da mənə qahmar çıxdı.
Müəlliməən obyektiv qiyməti verən tələbədi. Və düşünürəm ki, bizim müəllimlər də elə biztələbələr tərəfindən əksəriyyəti «5» qiyməti alıb. Çünki onlar həmişə ədalətli olublar,haqlı olublar və hansısa tələbənin nahaq yerə incidilməsinə, sıxılmasına imkan verməyiblər...
FamilMehdi hamıya yaxşılıq eləyən adam idi. Təsəvvür edin, kimsə yolda onun maşınını digər maşınla əzib. Bunun müqabilində Famil müəllim ona yaxşılıq edib. Çətingündə həmin adama arxa durub. Amma bir başqası olsaydı, nəinki maşınını əzsə, ayağınıtapdalasa belə ondan qisas alardı…
… O gözəl şairin,o gözəl alimin, o gözəl ziyalının çox böyük Allah sevgisi olub. Ürəyində və qəlbindəAllah sevgisi olan insanlar həmişə digərlərinə böyük sevgi və məhəbbətlə yanaşıblarvə onlara heç vaxt yuxarıdan aşağıya baxmayıblar.
Famil müəllim bəlkədə uzun ömür sürərdi, bu gün də yaşaya bilərdi. Amma o heç vaxt haqsızlığa, ədalətsizliyədözə bilmirdi. Onu vaxtından tez bu dünyadan aparan həm də Qarabağ dərdi oldu. Familmüəllim Qarabağsız, Ağdamsız yaşaya bilməzdi. Bir dəfə onunla görüşdüm. Gördüm ki, dağ boyda olan FamilMehdi indi yaman balacalaşıb. Çünki dağ boyda olan Famil Mehdini Qarabağ dərdi,Ağdam dərdi yumağa çevirmişdi. Familmüəllim təpədən-dırnağa, başdan-ayağa vətənpərvər bir ziyalıydı. Famil müəllim elini,obasını, Qarabağın hər daşını, hər otunu, hər bulağını, hər çiçəyini sevən bir insanıydı.Elə Qarabağın o ağır dərdi də götürüb apardı onu Allahın dərgahına. İndi Famil MehdiAllahın dərgahında Qarabağın, Ağdamın güllərinin, çiçəklərinin, bulaqlarının yanındadı…
O, gözəl şair idi və həmişə də qəlbi vətən eşqiilə döyünərdi. Vaxtı ilə o, Təbrizin, onun xalçasının həsrətini çəkib. Nə Təbrizigörüb, nə də onun xalçasını. Sonradan «Təbriz xalçası» adlı bir şeir yazıb:
Aha, görüşünə kimgəlib, kim.
Dünyanın,taleyin hökmünə bir bax?
Mənsəni Təbrizdə görə bilmədim
BarıLissabonda gəl qucaqlaşaq,
Dünyada böyükdür, dərddə böyükdür
Eyəziz torpağın əziz xalısı
Ayrılaq…biz buna öyrəncəliyik
Əlvida,əlvida, Təbriz xalısı…
FamilMehdi bax, belə bir ürəyin, belə bir qəlbin sahibi olub. Belə bir ürəyin, belə birqəlbin sahibini isə heç vaxt onu tanıyanlar unuda bilməzlər. Çünki o qəlb, o ürəkdupduru olub, pak olub. Pak ürək və pak qəlb sahibi isə zamanından və məkanındanasılı olmayaraq, həmişə yaşayırlar. Famil Mehdi bu gün də, bu an da yaşayır öz şeirlərində,öz mahnılarında, öz tələbələrinin ürəyində və öz sevənlərinin qəlbində…