adalet.az header logo
  • Bakı 21°C
20 Iyul 2017 14:59
9264
SİYASƏT
A- A+

Deputat prezidentə təşəkkür etdi – jurnalistlərə görə

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev kütləvi kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındasərəncam imzalayıb. Sərəncamda bildirilib ki, jurnalistlərin yeni binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə ölkə başçısının bu sərəncamına münasibət bildirib.

Modern.azxəbər verir ki, deputat öncəliklə ev almış bütün jurnalistləri ürəkdən təbrik edib.

"Möhtərəm prezidentə təşəkkür edirəm. Dünyada iqtisadi çətinliklər tüğyan etdiyi bir zamanda növbəti 255 mənzilli binanin tikintisi üçün təməl qoyulması və vəsaitin ayrılması Azərbaycanda azad mətbuata olan diqqət və qayğının təzahürüdür”.