adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyul 2017 14:29
4565
GÜNDƏM
A- A+

SAĞ OLUN, CƏNAB PREZİDENT!

Cənab Prezident!

Mən Dağlıq Qarabağda, Xocavənd rayonunun (keçmiş Hadrut rayonu) Tuğ kəndində doğulmuşam. Həyat elə gətirib ki, Dağlıq Qarabağ hadisələri başlanandan bir jurnalist kimi qaynar nöqtədə olmuşam. Xankəndində, Şuşada, Ağdərədə, Xocalıda, Xocavənddə… eləcə də ətraf rayonlarda. Torpaqlarımızın işğalı zamanı Xankəndindən Şuşaya, Şuşadan Füzuliyə, Füzulidən Beyləqana, oradan isə Bakıya köçməyə məcbur olmuşam. Qarabağda evimi düşmən yandırıb, məni evsiz qoydu. Övladlarım uşaq bağçasına sığınıb böyüdü. Bütün həyatımı ev-yuva qurmağa sərf etdim. Amma jurnalist məvacibi buna imkan vermədi. Və onu da qeyd edim ki, Siz mənim əməyimi öncə imzaladığınız sərəncamla «Əməkdar jurnalist» adına layiq gördünüz. Şükürlər olsun ki, Ulu Öndərimizin layiqli varisi olan Siz, möhtərəm Prezidentim mənə ev verdiniz. Bu xeyirxah savab addımınızla jurnalistlərin dostu olduğunuzu sübut etdiniz!

Cənab Prezident!

Mənə, ailəmə göstərdiyiniz bu diqqətə, bizə bağışladığınız isti yuvaya görə, Sizə minnətdaram. Tanrı Sizi qorusun! Tanrı Azərbaycan xalqını qorusun! Tanrı Azərbaycanımızı qorusun!

Əbülfət MƏDƏTOĞLU

"Ədalət” qəzetinin baş redaktorunun müavini,

"Əməkdar jurnalist”