adalet.az header logo
  • Bakı 17°C
20 Iyul 2017 14:22
8293
MƏMLƏKƏT
A- A+

Bakı sakinləri vafli stəkanlı və vanil dadlı dondurmaları tərcih edir - SORĞU

İsti yay günlərinin vazgeçilməzlərin biri də dondurmadır. Yeddidən yetmiş yeddiyə hər kəsin sevə-sevə yediyi dondurma ağzımıza dad, ürəyimizə sərinlik gətirir. Bəs bu qızmar havalarda paytaxt əhli hansı dondurmaya üstünlük verir ?

Rəyi öyrənilmiş sakinlərin böyük əksəriyyəti (83 %) dondurma yediyini bildirir. Onlar əsasən aşağıdakı qablaşdırmada dondurmalara üstünlük verirlər :

Respondentlər arasında ən çox istifadə olunan vafli stəkan formasında satılan "plombir”dir (63 %). Xüsusi qablaşdırmada çəki ilə satılan dondurmalara maraq da kifayət qədərdir (30 %). "Eskimo” bəyənənlər nisbətən azdır (23 %). Sendviç formalı (10%) və plastik stəkanda (9 %) satılan dondurmalar respondentlər tərəfindən daha az istifadə olunur.

Bəs hansı dondurma paytaxt sakinlərinin ağız tamına daha çox uyğun gəlir ?

Vanilli dondurma rəyi öyrənilmiş respondentlərin tam yarısının qəlblərini fəth edib (47 %). Şokoladlı dondurma heç də ondan geri qalmır (45 %). Meyvəli dondurma sevərlər respondentlərin beşdə birini təşkil edir (20 %). Kakao həvəskarları siyahıda dördüncüdülər (15 %). Üzəri fındıqla bəzədilmiş dondurmalar cəmi 4 % respondentin seçimidir.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.