adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Iyul 2017 10:32
3174
HADİSƏ
A- A+

Qayınata və qayınana hamilə gəlini döydü - Bakıda

Bakıda hamilə qadın qaynatası və qaynanası tərəfindən döyülüb.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan ərazidə 1991-ci il təvəllüdlü Rəcəbova Mərziyyə Ramazan qızı yaşadığı evdə qohumları ilə mübahisə edib. Nəticədə o qaynatası və qaynanası tərəfindən döyülüb. O bədənindən müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Həkimlərin verdiyi məlumata görə, M.Rəcəbova hamilə olduğundan xəsarətləri onun qarın nahiyyəsinə dəyib. Buna görədə qadının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(report)