adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Iyul 2017 22:51
4857
SAĞLAMLIQ
A- A+

Soydaşlarımızın yaşadığı ərazidə təhlükəli virus yayıldı

Gürcüstanın azərbaycanlıların kompakt məskunlaşdığı Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda "Denqe” virusu qeydə alınıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, təhlükəli virusa Fazisi kəndində cavan kişi yoluxub. "www.newsgeorgia.ge” saytının məlumatına görə, Bolnisi rayonunun İctimai səhiyyə mərkəzinin direktoru Maka Mamardaşvili deyib ki, xəstədə virusun yüngül formasıdır və o, demək olar ki, sağalıb.

Bolnisiyə artıq entomoloqlardan ibarət qrup yollanıb və qrup 10 gün iş aparacaq. Əgər mütəxəssislər virusun daşıyıcısını aşkar etsələr, dezinfeksiya işləri aparacaqlar.

Qeyd edək ki, "Denqe” virusu ağcaqanad vasitəsi ilə yayılır, bu virus tropik ərazilərdə geniş yayılıb. Gürcüstanda "Denqe” virusu ilk dəfə 2013-cü ildə və daha sonra 2016-cı ildə qeydə alınıb.