adalet.az header logo
  • Bakı 18°C
19 Iyul 2017 14:11
21073
ŞOU-BİZNES
A- A+

Könül Xasıyeva üçün bir araya gələcəklər

Uzun müddətdir ağır xəstə olan xalq artisti Könül Xasıyeva ilə bağlı xeyriyyə tədbiri keçiriləcək.

Adalet.az axşam.az-a istinadən bildirir ki,konsert iyulun 21-də saat 17:00-da baş tutacaq.

Muğam ifaçısına dəstək məqsədilə keçirilən tədbirdə sənət adamları iştirak edəcəklər.

Qeyd edək ki, onurğa iflicindən əziyyət çəkən ifaçı hazırda müalicə alır. Özü ilə yanaşı oğlu Kazımın da səhhətində problem olan ifaçı deyib ki, bütün var-dövlətini övladının müalicəsinə sərf edib. O, hətta hazırda evsiz olduğunu bildirib.

K.Xasıyevanın müalicəsini aparıcı Hacı Nuran Hüseynovun "Həyat" fondu qarşılayır.

Tədbirdən əldə olunan gəlir muğam ifaçısına veriləcək. Mərasim "Loqos" psixologiya və nitq mərkəzinin binasında olacaq.