YEDDİ İL BUNDAN ƏVVƏL

FAİQ QİSMƏTOĞLU
61525 | 2017-07-19 12:37

Yaxud çinar ağaclarınınpıçıltısı

Dünyada çox gözəl,üca, boylu-buxunlu ağaclar var. Və bu ağaclar öz gözəlliyi, öz böyüklüyü ilə insanlarabir rahatlıq gətirir. Ən böyük uca ağaclardan biri də çinardır. Çinarın vətəni deyilənlərəgörə Göyçaydır. Amma Gəncədə də, Şəmkirdə də, lap elə Cəbrayılda da mən çoxlu gövdəliiri çinar ağacları görmüşəm. Elə bizim Bəhmənlidə 20 il bundan əvvəl bir-birinə qovuşan və hündürlüyü70 metrdən çox olan 6-7 çinar ağacı vardı. Və o çinar ağacları qoyun sürülərininsidiyindən qurudu. Böyüklərimizin dediyinə görə, həmin çinar ağaclarının 200-dənçox yaşı vardı…

Çinar ağacları qədərətrafa sərinlik gətirən, kölgəlik salan və isti yay günlərində insanlara əvəzsizbir rahatlıq bəxş edən ikinci bir ağac tanımıram. Hətta ona təbiətin «kondisioneri»deyirlər. Və bu çinar atacları uca, möhtəşəm olduğu kimi, həm də insanlara çox sədaqətlidilər.Deyilənlərə görə, çinar ağaclarının digər ağaclar kimi odun kimi qırıb yandırmırlar.Çünki bu ağaclara insanlarda bir inanc davar. Bizim kənddə qurumuş və budaqları yerədüşmüş çinar ağacını ancaq Seyid Mənsumə arvad yığıb apararaq yandırardı. Ondansonra heç kəs cürət eləyib o ağacların qurumuş budaqlarını götürüb yandırmazdı…

7 il bundan əvvəlFüzulidə bütün yol boyu çinar ağacları əkilib. Və 7 il bundan əvvəl Füzuli rayonunungirəcəyindən düz Horadiz şəhərinə qədər respublika əhəmiyyətli avtomobil yolununsol və sağ hissəsindən çoxlu sayda minlərlə çinar ağacları basdırıldı. Hələ bu dayetərli olmadı. 7 il bundan əvvəl Füzulinin bütün kəndlərində yolun sağ və sol hissəsində çinar ağacları əkildi. İndi Füzulidə elə bir kənd,elə bir qəsəbə, elə bir yer yoxdu ki, yolun kənarında bu çinar ağacları gözə dəyməsin…

Və çinar ağaclarınınəkilməsi də rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə gerçəkləşdirildi.Çünki Alı müəllim bu təşəbbüsü irəli sürdü və füzulilər də bu təşəbbüsü hamı birnəfər kimi həyata keçirdi. İnsanlar 7 il bundan əvvəl qolunu çırmayıb Füzulininbütün kəndlərində yol kənarında çinar ağacları əkdilər və bu çinar ağaclarına eləbaxdılar ki, sanki öz övladlarını, balalarını, nəvələrini bəsləyirdilər. Alı Alıyevinçox gözəl bir deyimi var: «Biz Füzulidə əkilmiş hər bir ağacı bəsləmişik. Onu yayınistisində susundan yanmağa qoymamışıq. Bir qayda olaraq mövsümə uyğun o ağacalarbecərilib, dibləri boşaldılıb və gövdələriziyanvericilərdən qorunmaq üçün əhənglənib. Füzuliyə gələn hər bir insan bu gözəlliyə,bu yaşıllığa, bu ağaclara baxanda təbii ki, onu əkənlərə alqış deyir».

Hörmətli icra başçısıAlı Alıyevin bu sözünə qüvvət olaraq demək istəyirik ki, son 7 ildə Füzuli rayonundaon minlərlə küknar, eldar şamı, çinar ağacları əkilib. Və bu ağaclar bu gün hamısıqol-budaq atıb, böyüyüb, ətrafa kölgə salıb.

Bir neçə həftə bundanəvvəl Füzuliyə dünyanın ən gözəl uşağı Zəhra Quliyevanın yas məclisinə getmişdik.İnanın, həmin yas məclisinə getməmişdən öncə rayonun Kərimbəyli kəndindən sağa dönübyeni salınmış asfalt yolla Zobucuq qəsəbəsinə gedərkən möhtəşəm çinar ağaclarınıngözəlliyinə heyran qaldıq. Düz Alxanlı kəndinə qədər yolun sağ və sol hissəsindəbu çinar ağacları elə bir gözəllik yaratmışdı ki, adam baxmaqla doymaq istəmirdi.Hansı ki, 10 il bundan qabaq bu yerlərdə ilan mələyərdi. Adamın susuzluqdan dodağıdörd yerdən çatlayardı. İndi böyük beş qəsəbədən ibarət burda yaşayış məntəqəsisalınıb. Sürücümüz Aydın, oğlum Emil və mamam oğlu Tehran bu gözəllik qarşısındaməəttəl qalmışdı. Düzdü, yas məclisinin ağırlığı, şəhid balamız Zəhranın kədəribizim bu sevincimizi bir an içində əritdi. Çünki dünyanın ən gözəl uşağı şəhid olmuşdu.Və dünyanın ən gözəl uşağının yas məclisinə Azərbaycanın hər yerindən insanlar axışırdı.Və bir neçə maşının yolun kənarında saxlayaraq insanların kölgəlikdə dincəldiyinigördük. Geri qayıdanda isə yolun sağındapambıq alağı eləyən qadınlar və qızlar günorta yeməklərini o çinar ağaclarınınkölgəsində yeyirdilər. Onların ürəyindən təbii ki, bu sözlər keçirdi: «Kim bu ağacıəkibsə, Allah ona can sağlığı versin və ölənlərinə rəhmət eləsin!»

Kimliyindən asılıolmayaraq, Füzuliyə gedərkən yol kənarında əkilmiş bu çinar ağaclarını görəndə istər-istəməzheyrətlənəcək. Və ən böyük heyrəti həmin insan Füzulinin Horadiz şəhərindəki «Bayraqmeydanı»nda keçirəcək. Və bu «Bayraq meydanı», eləcə də on minlərlə əkilmiş ağaclarFüzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyevin yeni yazdığı bir tarixdi. Heçkim vəzifədə əbədi deyil. Amma əbədi olan insanların gördüyü işlərdir. O işlər ki,gələcək nəsil ona baxacaq, «Bayraq meydanı»nı görəcək, çinar ağaclarına tamaşa edəcəkvə deyəcək ki, kim bunları yaradıbsa, Allah ona can sağlığı versin və ölənlərinərəhmət eləsin!

Azərbaycanda inşaedilmiş bütün möhtəşəm tikililər, abadlıq və quruculuq işləri Ulu Öndər Heydər Əliyevinvə onun bu gün layiqli davamçısı prezident İlham Əliyevin yazdığı yeni tarixdi.Və bu tarix Azərbaycan salnaməsinə qızıl hərflərlə həkk olunacaq. Füzuli rayon icrahakimiyyətinin başçısı Alı Alıyev deyir ki, Füzulidə hansı möhtəşəm quruculuq vəabadlıq işləri varsa, hamısı Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevinəməyinin bəhrəsidir. Sadəcə olaraq biz verilmiş tapşırıqları icra edirik.

Hər bir ağac, hərbir gözəllik, hər bir tikili yeni bir tarixdi. Yeni bir tarixi isə yaşatmaq və qorumaqhər bir azərbaycanlının, hər bir vətəndaşın borcudu. Çünki bu gözəllik, bu abadlıqvə bu ağaclar insanlar üçün yaradılıb. İnsanlar isə onu sevməli və qorumalıdı...


TƏQVİM / ARXİV