adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Iyul 2017 11:34
4159
SAĞLAMLIQ
A- A+

Zəhərlənən FHN əməkdaşlarının vəziyyəti necədir? - Açıqlama

Ötən gün Sumqayıt şəhərində 76-cı məhəllədə kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin(FHN) dörd işçisinin vəziyyəti dəyişməz olaraq qalır.

Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, FHN işçilərindən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta-ağır olaraq qalır.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyi(FHN) Sumqayıt Regional Mərkəzinin bir əməkdaşı kanalizasiya quyusuna düşən şəxsi xilas edərkən qazdan boğularaq dünyasını dəyişib. Eyni zamanda mülki vətəndaş da qazdan boğularaq ölüb.(azvision)