adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Iyul 2017 10:27
9690
DÜNYA
A- A+

İstanbulda antiterror əməliyyatı keçirilir

İstanbul polisi Kürd İşçi Partiyasının (PKK) üzvlərinə qarşı antiterror əməliyyatı keçirir. Adalet.az xəbər verir ki, əməliyyat barədə şəhər polis idarəsi məlumat yayıb.

Reydlər zamanı 12 nəfərin saxlanıldığı bildirilir. Onların hamısının Türkiyə vətəndaşları olduğu deyilir.

Hazırda saxlanılanların PKK ilə əlaqələri araşdırılır.