adalet.az header logo
  • Bakı 18°C
18 Iyul 2017 22:30
19373
ŞOU-BİZNES
A- A+

Aparıcı Afaq Gəncəli bu məşhurla...?

"Görürsünüz, əcəb edirsiniz. Əslində insanların həyatında "işdə məhəbbət" çox olur. Bunun şahidi tez-tez oluruq".

Bu sözləri aparıcı Şəhriyar Əbilov deyib.

Adalet.az big.az-a istinadən bildirir ki, onun Afaq Gəncəli ilə tez-tez bir yerdə şəkil çəkdirib paylaşmağı suallar ortaya çıxarıb. Belə ki, iki məşhurun sevgili olduğu deyilir:"Bəzi tanınmışlar hansısa serialda bir yerdə rol aldıqdan sonra, görüşməyə başlayırlar və sevgili olurlar. Hazırda Oksana Rəsulova ilə görüşüb, danışırıq. Bu yaxınlarda baş rollarında ikimizin çəkildiyi yeni bir serial yayımlanacaq. İndi deyəcəklər ki, mən Oksana ilə sevgiliyəm? Yox, belə bir şey yoxdur. Afaq, Oksana və Nərgiz mənə ən yaxın olan dostlarımdandır. Düzdür, çoxu deyəcək ki, oğlanla qızın nə dostluğu? Amma inan ki, bəzən alınır. Əslində, bu hələ heç bir şeydir. İnsanlarda maraq deyilən bir pis cəhət var: görəsən, filan şey necə oldu, gəlin, vedrə bağlayaq. Kiminsə bir mənfi tərəfini tapıb müzakirə edək. Bax, sənə nə var? Get, çörək pulu qazanmağında, dirçəlməyində ol. İnsanların şəxsi hayatına burnunu soxmaqda nə marağınız var?

Elə ki insanın ayağı büdrədi, başlayacaqlar daşlamağa".