adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyul 2017 21:10
3677
HADİSƏ
A- A+

Kürdə batan ata və oğulun meyiti tapıldı - YENİLƏNİB

Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində batan şəxslərin meyiti tapılıb.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəridin meyiti sudan çıxarılıb

***

Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.

Adalet.az "Report”a istinadən xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb.

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib.

Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib.

Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-in Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər.

***

Kür çayının Hacıqabul rayonu ərazisindən keçən hissəsində iki nəfər batıb. Artıq batan şəxslərin adları məlumdur.

Adalet.az APA-ya istinadən xəbər verir ki, onlar 43 yaşlı Ağabəyzadə Bəxtiyar və oğlu 15 yaşlı Fəriddir.

Batan şəxslərin axtarışları davam etdirilir.