adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Iyul 2017 17:05
4554
SAĞLAMLIQ
A- A+

Narkomanların yaş və cins bölgüsü AÇIQLANDI

Bu ilin ilk yarısında narkotiklərlə bağlı 1309 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, onlardan 3-ü 18 yaşadək, 112-si 18-25 yaşadək, 181-i 26-29 yaşadək, 1013-ü 30 yaşdan yuxarı, o cümlədən 15-i fəhlə, 2-si qulluqçu və ya maddi məsul şəxs, 1167-si işsiz, 513-ü təkrar cinayət törətmiş şəxs, 1289-u kişi, 20-si qadın, 17 nəfəri isə xarici ölkə vətəndaşıdır.

Hesabat dövründə 432 ha 63,66 sot ərazidən 111 ton 420 kq 868,99 qr (307 min 356 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub ki, onlardan 24056 nəfəri dispanser, 5392 nəfəri profilaktik qeydiyyatdadır. Həmin şəxslərdən 18 yaşa qədər 5 nəfər, 612 nəfər qadın, 183 nəfəri toksikoman, 20576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçisidir. 2016-cı ildə 2142 nəfər yeni qeydiyyata götürülüb, 1249 nəfər isə qeydiyyatdan çıxarılıb.