adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyul 2017 16:44
96014
AVTOMABİL
A- A+

Bakıda klassik avtomobillərin yürüşü təşkil olunacaq

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək. Bununla əlaqədar olaraq AAF klassik avtomobil sahiblərini tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri 22 avqust saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.İştirak etmək istəyən şəxslərdən qeydiyyat üçün Avtomobil Federasiyası ilə(012) 505 60 03və ya(050) 295 01 00telefon nömrələri, eləcə də[email protected]zelektron poçt ünvanı ilə əlaqə saxlamaları xahiş olunur.

Qeydiyyatdan keçən avtomobil və sahibləri 26 avqust saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.