adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Iyul 2017 11:34
6361
MƏMLƏKƏT
A- A+

Məktəbli forması bahalaşacaq? - Bakı Tikiş Evindən AÇIQLAMA

Manatın məzənnəsi stabilləşdiyindən məktəbli formalarının qiymətində dəyişiklik gözlənilmir.

Adalet.az xəbər verir ki, bu barədə Modernaz-a Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

O hazırda məktəbli formalarının tikildiyini qeyd edib:

"Tikiş evində məktəbli formalarının tikilişi davam edir.Biz parçaları Türkiyədən dollarla alırıq. Həmin parçalar yüksək keyfiyyətlidir. Hələlik manatın məzənnəsi stabil olduğundan qiymət dəyişikliyi barədə düşünmürük. Əgər dollar yenidən bahalaşsa, məcbur qalıb qiymət artımına gedə bilərik”.

E.Əzimov milli valyutanın məzənnəsində baş verə biləcək dəyişiklikdən sonra qiymətlərin bahalaşacağını istisna etməyib.

Qeyd edək ki, 2016-cı ildə BTE istehsalı olan məktəbli formalarının qiymətini 8,5 faiz bahalaşıb. Aşağı siniflər üçün 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37 manatadək, yuxarı sinif şagirdləri üçün 32 ölçüdən 54 ölçüyədək məktəbli forması dəstinin qiyməti 43 manatdan 46 manatadək artırılıb.