adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Iyul 2017 10:16
29046
MARAQLI
A- A+

Bakıda gənclər üçün öpüşmək yerləri - XƏRİTƏ

Heç kəsə sirr deyil ki, gənc cütlüklər evlilikdən öncə bir-birilərini tanımaq üçün dəfələrlə söhbətləşir, düşüncələrini bölüşür, eyni zamanda cismani yaxınlıq edir.

Hər kəs məhrəm hisslərini başqalarından gizlətməyə çalışsa da, müasir gənclərin bu və ya başqa məkanlarda sevgililəri ilə öpüşdüyü, sevişdiyi aydındır. Bəs Bakıda yaşayan cütlüklər bu tip yaxınlıqları harada reallaşdıra bilir?

Metroda öpüşsələr hansısa bir jurnalist onlara təpik atır, ictimai yerdə bu işi görsələr, polis məsələyə müdaxilə edir, otellərə nikah şəhadətnaməsi olmayan cütlüklər, demək olar ki, buraxılmır, bir günlük kirayələdiyi evdə bu işi planlayan gənclər hüquq mühafizə orqanlarına yaxalansalar, həmin ev əxlaqsız yuva, cütlük isə əxlaqsız adlandırılır, transformatorun içində sevişən gəncləri cərəyan şiddəti vurur…

Bəs Bakıda cütlüklər harada öpüşə bilər?

Adalet.az a24.az-a istinadən şəhərdə gənclərin öpüşməsi üçün münasib yerlərgöstərəcək.

Öncə ümumi məkanları təqdim edirik, hansıki bu yerlərdə təkcə gecələr deyil, gündüzlər də öpüşmək və sevişmək üçün münbit şərait var.

1. Əhmədli istiqamətində yerləşən Ukrayna dairəsi yaxınlığındakı park.

2. Əlüstü sevişmək üçün Azərbaycan Milli Elmlər Akademiyasının sol tərəfindəki ağaclı yoldan istifadə etmək məsləhətdir. Yaxınlıqdakı elektrik qurğularına daldalanmaq olar. Daxil olmaq qadağandır.

3. Nərimanov metrostansiyasının yaxınlığındakı məşhur park. Amma bura artıq hüquq mühafizə orqanlarının da diqqətini çəkdiyindən belə işlər üçün çox etibarlı məkan sayılmır.

Amma ümumi reallığı və metroya yaxınlığını nəzərə alsaq, açıb-ağartmadan bu parkda ehtiyatla öpüşmək olar.

4. Əcəmi metrostasiyasından 3-cü mikrarayon dairəsinə gedərkən yolun sağ tərəfindəki məşhur park.

Narahat olmayın, burada həmkarlarınızla rastlaşacaqsıznız.

İndi isə daha rahat öpüşmək və sevişmək üçün uyğun məkanlar haqqında videomaterial təqdim edirik.

Yəqin ki, bu materialdan sonra əksər insanlar reportajın müəlliflərini təhqir edəcək. Lakin bunu etmədən öncə bir neçə sual ətrafında düşünmək daha yaxşı olar… Niyə cəmiyyətimiz belə cılız məsələlər qarşısında aciz qalıb? Niyə gənclərin öpüşmək məsələsi ölkə ictimaiyyətini, sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib?

Sevgisini, ehtirasını, potensialını düzgün ifadə edə bilməyən insanlar nəticədə metroda bir-birinə təcavüz edir. Qadınlara, uşaqlara qarşı təcavüzlər, zorlamalar qeydə alınır. İctimaiyyət içində bəzi oğlanlar qadınlara olan hisslərini iyrənc sözlərlə ifadə edir.

Bir sıra Avropa ölkələri, Yaponiyanın yaşadığı mənəvi inqilab (seks inqilabı) sonrası cəmiyyətdə baş verən intiharlar, böhranların səviyyəsi aşağı düşdü. Bir-birilə əlaqəsi olmayan sahələrin inkişafına şərait yarandı. Cəmiyyətin yanlış əxlaq normativləri, stereotipləri həmişə insanları xırda məsələlərdə girinc edir.