adalet.az header logo
  • Bakı 18°C
17 Iyul 2017 12:54
7734
İDMAN
A- A+

Zlatan İbrahimoviç MLS klubuna rədd cavabı verdi

Zlatan İbrahimoviç "LA Galaxy" klubunun təklifini qəbul etməyib.

İsveçli ulduz "Manchester United"ə qayıtmağa ümid edir. Kaliforniya təmsilçisi Zlatana illik 7.7 milyon dollar məvacib təklif etmişdi. İbrahimoviç buna razı olsaydı, MLS-in ən ödənişli futbolçusuna çevriləcəkdi. 35 yaşlı forvard hazırda zədəsini bərpa etməklə məşğuldur.

Ötən mövsüm Premyer Liqada 28 oyuna çıxan hücumçu 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalmışdı. O, karyerasında ilk Avrokuboku da məhz "qırmızı şeytanlar"ın heyətində qazanıb.