adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Şeir təhlilləri

VURĞUN ƏYYUB
57091 | 2013-03-08 00:54

AbbasSəhhət

Tərcümeyi-halım,yaxud hululu.

Eşq zənciriqırıldı, yol açın,

Ey uşaqlar,hululu gəldi, qaçın.

Od saçırağzı, vucudu alışır,

Od tutarkim ona bir dəm yanaşır.

Məğzi birsaiqə, bir vulkandır,

Könlüniyran, əməli xüsrandır.

Uçurumlar,qayalar məskənidir,

Qanlı,müdhiş qayalar məmənidir.

Daldığıfikri dərin dəryalar,

Düşdüyüeşqi çətin sövdalar,

Qəlbi qan,halı yaman, xanəxərab,

Göz yaşıiçdiyi su, bağrı kəbab.

Satdığıcinsi böyük niyyətlər,

Aldığı nəfifəna töhmətlər.

Fikri ali,bədəni xarü zəlil,

AdıSəhhətkən, özü xəstə, əlil.

Qanlıəllərlə tıxanmış nəfəsi,

Bağırır, çıxmayıramma ki, səsi.

Çırpınır,bəlkə qurtarsın özünü,

Dinləyənləreşidərlər sözünü:

Şişə çəksəzdə diriykən ətimi,

Atmaram mənvətənü millətimi.

Məsləkimtərcümeyi-halımdır.

Lütfi-həqqayeyi-amalımdır.

XX əsr Azərbaycan romantizminin görkəmlinümayəndəsi Abbas Səhhətin bu şeiri yazıldığı dövrün (1912) mühüm birproblemini şeirin mövzusuna çevirmişdir. "Şair və zaman", "şairvə mühit", "şair və xalq" münasibətləri, şairin zamanında düzgünanlaşılmaması, mühit, xalq tərəfindən rədd edilməsi romantiklərinyaradıcılığında şair şəxsiyyətini əsərin qəhrəmanına çevirən silsilə şeirlərinortaya çıxmasına səbəb olmuşdur. Başqa sözlə, şairlər arzuladıqları, mühitəqarşı qoymaq istədikləri romantik qəhrəman olaraq öz şair "mən"lərinitəsvir edirdilər. A. Səhhətin haqqında danışacağımız şeiri də bu tiplişeirlərin parlaq örnəyi və XX əsrin əvvələrində "şair-zaman","şair-mühit", "şair-xalq" qarşıdurmalarını əks etdirən birəsərdir.

Kiçik biraraşdırma

Şeirinadına diqqət edək: "Tərcümeyi-halım, yaxud hululu". Əsərin adıoxucuya avtobioqrafik səciyyəli bir məzmun vəd etsə də, burada tərcümeyi-halaməxsus çılpaq sənəd faktları, fəaliyyət məlumatları yoxdur. Tərcumeyi-halsərlövhəsi altında şair şeirin qəhrəmanının zahiri görkəmini, yaşam məkanını,daxili dünyasını, düşüncələrini ifadə etmişdir. Şeirin başlığındakı"hululu" (bu adı bəzən "hülülü", "hololo"şəklində də oxuyublar) sözü şeirin obyekti haqqında qarışıqlıq yaratsa da,əsərə fərqli bir kompozisiya verməklə bərabər, elə başlanğıcdaca şairlə hululuarasındakı bağlılığa işarə edir. Kompozisiya haqqında bir az sonradanışacağımızı nəzərə alıb, "hululu" sözünün şeirdə nə məqsədləişlədildiyini araşdırmağa çalışaq. A.Səhhət əsərlərinin tərtibçisi vətədqiqatçısı akademik K. Talıbzadə bu sözün izahatında yazır: "Hululu -"hüluli" sözünün xalq danışıq dilində işlənmiş şəklidir. Hüluliyyəorta əsrlərdə və XIX əsrdə Şərqdə mütərəqqi cəhətləri olan ictimai-fəlsəficərəyan olmuşdur". Bu qiymətli məlumata baxmayaraq hörmətliədəbiyyatşünasımız şeirin qəhrəmanının nədən "hululu"adlandırılmasını izah etməmişdir. Şair nə səbəbdən uşaqları "hululu"ilə qorxutmaq istəmişdir? "Hululu" ilə qorxu arasında hansı bağlılıqolmuşdur? Düşünmək olar ki, şair o dövrdə islam dünyasının sükunətini pozan butəriqətin adını çəkməklə onun kimi qələm sahiblərinin qaragüruh tərəfindən necəqarşılandığını göstərmək istəmişdir. Bu, sadəcə, bir mülahizə ola bilər. Lakinaraşdırma zamanı diqqətimizi çəkən bir fakt başqa şərhə də meydan açır. Beləki, Doktor Hüseyn Məhəmmədzadə Sədiqin (Düzgün) 2001-ci ildə Tehrandahazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin Ərdəbilinin (Şah İsmayıl Xətainin ulubabası) "Qara məcmuə" kitabında "Qaçın" adlı iki misralıqbir şeirinə rast gəldik:

Eşqzəncirini üzdü, yol açın,

Ey uşaqlar!Ululu gəldi, qaçın!

Kitabın sonundaverilən lüğətdə Ululunun "al arvadı, hululu" olduğu bildirilir. ŞeyxSəfiəddinin bu şeiri ilə Səhhətin tanışolub-olmadığı barədə əlimizdə məlumat yoxdur. Ancaq"Tərcümeyi-halım..." şerinin ilk iki misrası ilə Şeyx Səfiəddininbeyti arasındakı eynilik göz qabağındadır. Səhhətin şerində də"hululu"nun məhz "al arvadı" olduğu daha ağlabatandır.Analar övladlarını Al (Hal) arvadı ilə qorxudardılar. Çünki xalq inancına görəAl (Hal) arvadı həm də yeni doğulmuş uşaqların ciyəri ilə bəslənirmiş. Alarvadı görkəmcə qorxunc, gözləri qanlı, uzun dırnaqlı, uzun boylu imiş. Türkxalqlarının inancında Al pisliyi, yandırmağı, aldatmağı, hiyləni ifadə edənanlayışdır. Al sözündə atəş anlamının olduğunu da nəzərə alsaq, Səhhətin təsviretdiyi Hululu ilə Al arvadının arasındakı bənzəyişləri görə bilərik.

Od saçırağzı, vucudu alışır,

Od tutarkim ona bir dəm yanaşır.

Məğzi birsaiqə, bir vulkandır...

Şeirinmövzusu və ideyası

Şeirdəqəhrəmanın həm zahiri görünüşü, həm də daxili dünyası təsvir edilmişdir. İlk iki misra qəhrəmanın varlığı, gəlişi iləbağlı xəbərdarlıqdır. "Eşq zəncirinin qırılması" təsəvvürdə"məcnun" (dəli) obrazı ilə assosiasiya olunur. Eşq zəncirini qıranındəli olması artıq bizə klassik eşq poeziyasından bəllidir. İkinci misrada"hülulu" adının çəkilməsi vəziyyəti daha da dramatikləşdirir, qorxuhissini daha da artırır. Gələnin qorxulu bir varlıq olması yığcam şəkildətəqdim edilmişdir. Sonrakı iki misra şeirin obyektinin zahiri təsviri iləbağlıdır. Şairin təsvirində qəhrəmanın (hululunun) görkəmi belədir: ağzından odsaçılır, bədəni alovlanır. Zahiri görkəm qorxuncdur. "Hululu"nunzahiri görünüşünün - bədheybət olmasının, ətrafa dəhşət saçmasının təsviriSəhhətin izləmək istədiyi məqsədə, vermək istədiyi mənaya tam uyğundur. Məqsədisə təbii ki, heç də uşaqları qorxutmaq yox, mühitin, zamanın, xalqınşairə münasibətini ifadə etmək, qəhrəmanın öz dövründə necə qəbul edilməsinigöstərməkdir.

Qəhrəmanınyaşadığı məkan da qorxunc və təhlükəlidir: uçurumlar, qayalar, qanlı və müdhişquyular! Məkanın qorxunc varlıqlara məxsusluğu oxucunu gərginlik içərisindəsaxlayır, şairin ideya və məqsədinin daha aydın qavranılmasına xidmət edir:şairlə mühit arasında böyük uçurum vardır! Şeirin sonrakı misraları qəhrəmanındaxili dünyası, düşüncələri ilə bağlıdır. Qəhrəmanın bağlı olduğu niyyətlər,dəyərlər bunlardır: vətən, millət, inanılan, qəbul edilən məsləyə sədaqət!Niyyətin paklığı, ideyanın aliliyi ilə görkəmin, ona münasibətin arasındakıtəzad qəhrəmanın düşdüyü faciəvi vəziyyəti gözəl bir şəkildə əks etdirəbilmişdir. Şairin yaşadığı mühitdə təmiz niyyət, xalqa xidmət ideyası qorxuncsəslənir. Səhhətin qəhrəmanı uca dəyərlər uğrunda özünü fəda etməyi bacaran birqəhrəmandır:

Şişə çəksəzdə diriykən ətimi,

Atmaram mənvətənü millətimi.

Şeirinsənətkarlığı

Şeirkompozisiya baxımından mürəkkəb şəkildə qurulmuşdur və müəyyən bir qarışıqlıqnəzərə çarpır. "Tərcümeyi halım" ifadəsi birinci şəxsin təkindəndanışılacağı təsəvvürü yaratsa da, şeirin əvvəlində Səhhət sanki tamam başqabir şəxs-üçüncü şəxsin təki ("hululu") haqqında danışır."O"nun görkəmini, yaşadığı məkanı təsvir edir. Onun gəlişixəbərdarlığı və görkəminin təsviri ilə ətrafdakıları qorxudur. Bundan sonrakı(9-15-ci) misralar oxucuda çaşqınlıq yaradır. Bu misralarda ifadə edilən məzmunvə mənaların Hululuya aid edilməsi çətindir. Yalnız on altıncı - "AdıSəhhətkən, özü xəstə, əlil" misrası bu qəhrəmanın kimliyini bəlli edir.Bəlli olur ki, bu qəhrəman şairin özü imiş. O, öz tərcümeyi-halından söhbətaçırmış: vətəndaşlıq duyğuları onun qəlbindən vulkan kimi püskürməyə hazırmış,böyük, ali niyyətlərlə yaşayır, zəmanə isə onu faciəli hallara məhkum etmişdir.Şeirin son dörd misrasında üçüncü şəxsin dilindən deyilən sözlər brinci şəxsindilindən, əslində şairin öz dilindən deyilən fikirlər kimi səslənir. Üçüncüşəxsin birinci şəxsə transformasiyası, çevrilməsi təbii bir yolla baş verir.Şeirin son dörd misrasında romantizmə məxsus subyektivizm şairi öz adından,birinci şəxsin təkinə mənsub mövqedən çıxış etməyə məcbur edir. Şeirin əvvəlində təsvir üsuluna yer verənşair sonda xitaba keçir, mühitə, insanlara səslənir:

Şişə çəksəzdə diriykən ətimi,

Atmaram mənvətənü millətimi.

Məsləkimtərcümeyi-halımdır.

Lütfi-həqqayeyi-amalımdır.

Bumisralarla Səhhət bir tərəfdən ətrafını bürümüş zülmət mühitə üsyan edirsə,meydan oxuyursa, digər tərəfdən də özünün amal və məsləyini elan etmiş olur.

Şeirdəqəhrəmanın daxili aləmini, üzüntülərini, düşdüyü faciəvi vəziyyəti aydınşəkildə göstərmək üçün təzadlardan istifadə edilmişdir: "adı Səhhətkən,özü xəstə, əlil", "könlü niyran, əməli xüsran", "fikri ali,bədəni xarü zəlil", "böyük niyyətlər" qarşısında "fənatöhmətlər"... Məlumdur ki, şairin təxəllüsünün-Səhhət sözünün mənası"sağlamlıq" deməkdir. Adın mənası ilə fiziki durumun bir-birinə taməks olması (qəhrəmanının xəstəliyi, əlilliyi) bir tərəfdən qəhrəmanın daxilialəmini açırsa, digər tərəfdən vəziyyətin ziddiyyətinə işarə edir. "Gözyaşı içdiyi su, bağrı kəbab" ifadəsi özündə daha böyük məzmun ifadə edir.İnsan susuzlayarkən təmiz və şirin su axtarar. Qəhrəmanın faciəsi bundadır ki,o ürək yanğısını söndürmək üçün təmiz su (niyyətlərinə, arzularına dəstək)tapmadığından duzlu göz yaşlarını su əvəzinə içməli olur. Bu isə susuzluğu dahada artırır. Lakin şeirdəki "bağrı kəbab" ifadəsi daha bir qata işıqsaçır. Məlumdur ki, kabab bişirilərkən közün alovlanıb əti yandırmaması üçünonun üzərinə duzlu su çiləyərlər. Şair bu detaldan ustalıqla istifadə etmişdir.Gördükləri, cəmiyyət tərəfindən anlaşılmamazlığı, tuş olduğu töhmətlər, bəlalaronun bağrını kabab kimi bişirmişdir. O, duzlu göz yaşlarını bağrının alovuüzərinə çiləyərək alovunu söndürməyə çalışır.

Şeirhəyəcanlı, sərt bir üslubda yazılmışdır. İlk misradan başlayaraq şair durumungərginliyinə, obyektin vahiməli olmasına diqqət çəkir. Bu da hər şeydən əvvəlmücərrəd deyil, real bənzətmələr, gerçək detallar hesabına baş verir. Şeirinson dörd misrasına qədər oxucuda belə bir fikir oyanır ki, bu qəhrəman çarəsiz,üzülmüş, ümidsiz, mühitə küskün və təslim olmuş durumdadır. Son misralar isəgələcəyə, tutduğu yola dərin inam, dönməzlik və nikbinlik ruhundadır.

"Tərcümeyihalım..." Səhhətin texnika baxımından ən kamil şeirlərindən biri hesaboluna bilər. Dili bir çox başqa şeirlərinə nisbətən sadədir, aydındır.Ərəb-fars kəlmələri azlıq təşkil edir, daha çox xalq danışıq dilinə yaxınlaşmacəhdləri görünməkdədir. Məsnəvi şəklində qafiyələnməsi fikrin yayınmadanbirbaşa ifadəsinə imkan vermişdir. Bir neçə misra istisna olunmaqla hər misrabir fikir ifadə edir ki, bu da deyilişə, ahəngə bir qətilik verir. Şeirinqafiyə sistemi /açın-qaçın, xanəxərab-kəbab, ətimi-millətimi, əlil-zəlil və s./mükəmməldir. Yalnızca iki qafiyə zəif qafiyə hesab oluna bilər: alışır-yanaşır;dəryalar-sövdalar. Şeirdə ş, s, ç, c, q, k, d samitlərinin təkrarlanması vəbir-birini izləməsi gözəl bir ahəng yaratmışdır.

"Tərcümeyi-halım,yaxud hululu" şeri yalnızca A.Səhhətin deyil, həm də Azərbaycanromantizminin demokratik mahiyyətinin, vətəndaşlıq ruhunun örnəyi, romantiklirikanın xalq dilinə və ruhuna daha yaxın olmaq istəyini əyani şəkildə əks etdirənbir əsərdir.

VURĞUNƏYYUB

Filologiyaüzrə fəlsəfə doktoru

TƏQVİM / ARXİV