SƏNİ SEVİRƏM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
32819 | 2013-03-08 00:53

Əslində bugün hamı hədiyyə almaq barədə düşünür. Daha doğrusu, hədiyyəni necə alacağını,nə alacağını götür-qoy edir. Amma mən asan bir yol tapmışam - çoxbilmişlikedirəm. Sözlə, beş-altı cümlə ilə cənnəti ayaqları altında seyrangaha çevirənqadınlara könül xoşluğu bağışlamaq istəyirəm. Bilmirəm alınacaq, alınmayacaq,amma həqiqətən içimdən gələn bir istəklə bu yazını yazmağa, daha doğrusu, onubilgisayara diktə etməyə başlayıram. Ən maraqlısı da odur ki, mənim diktəetdiyimi, bayramını təbrik etməli olduğum xanımlardan biri çox adi bir şəkildəgündəlik işi kimi yazır. Yəni, onun üçün bu yazının digər yazıdan elə bir fərqiyoxdur. O, "Ədalət"də bilgisayar bilicisidir. Başını salıb aşağıdeyilənləri, tapşırılanları aramla yazır. Amma...

Ammaəslində indi o da yazmamalıdı, o da bir xanım kimi çəkilib bir kənardadayanmalı, onu təbrik edəcək qarşı cinsi gözaltı müşahidə edib, əməllərinəqiymət verməlidi. Lap ürəyinin dərinliyindəki "ağ atlı" oğlanıngəlişini gözləməlidi, hədiyyəsini göz önünə gətirməlidi. Mən isə buna imkanvermirəm, əməlli-başlı namərdlikdi bu. 8 Martla bağlı yazını həmin gününqəhrəmanlarından birinə yazdırmaq və bu yazını da bir növ ona hədiyyə etmək...Görəsən nə qədər doğrudur? O, bu hədiyyəni qəbul edəcəkmi? Nə isə...

Bəli,dünyada ən şirin, ən bər-bəzəkli, ən təravətli, ən kövrək, ən munis və həttaAllahın adı ilə bərabər yol getməyə haqqı olan bir ad var. Bu, təbii ki, ANAdı,QADINdı! Mən bunu xoşa gəlmək üçün yazmıram. Yarınmaq üçün etmirəm, günah yumaqniyyətim yoxdu. Əliboş olduğumu unutdurmaq niyyətindən çox-çox uzağam. Bunu minillərdi deyiblər. Peyğəmbərimiz də deyib, Allahın yanında yeri, məqamı olanCavidimiz də, Müşviqimiz də, Cəfərimiz də, Məmməd Arazımız da, Bəxtiyarımız da,Əli Kərimimiz də və digərləri də. Mən sadəcə, o deyilənlərin toplumundan biriynə ucu boyda yaddaşıma köçürüb saxladığımı indi xatırladıram, indipıçıldayıram. Axı dünyanın əşrəfi insandısa, elə insanlığın da əşrəfi ANA-dı, QADINdı!

Lap kiçikyaşlarımdan yaddaşımda iz salanları bu günlər vərəq kimi sola-sağa çevirməyə,yenidən oxumağa, öyənməyə cəhd göstərirəm. Çalışdım ki, xatirələri təzələyim...o xatirələrin işığında yazacağım yazının eskizlərini çəkim... çəkiləneskizlərdən özümə baxım, özümdən onlara... üz-üzə dayanaq ana-balakimi...bacı-qardaş kimi... aşiq-məşuq kimi... Və bir də Leyli və Məcnun kimi!Sonuncunu ona görə xüsusi vurğulayıram ki, bu simvoldu, sevgi simvolu, məhəbbətsimvolu, sədaqət simvolu, ucalıq və ucaltmaq simvolu!

Hə, uşaqvaxtı hamı kimi mən də ən çox anamın dizinə sığınmışam... ən çox ona sirrvermişəm və ən çox da kənd klubunda göstəriləcək 10 qəpiklik filmlərin biletpulunu ondan almışam. Amma ən çox da onun danlağına tuş gəlmişəm -tay-tuşlarımla oynayıb üst-başımı bulayanda, təndir üçün şaxı gətirməyiunudanda, mal-davarın otunu-suyunu verməyi yaddan çıxaranda, qışda isə xizəkləsürüşüb şalvarı, köynəyi qar suyuna batıranda, üstəlik də soba üçün odundoğramağı unudanda... Bütün bunlara görə danlanmışam. Hətta sərt bir şillə dədadmışam. Amma ürəyim sınmayıb. Bilmirəm, bu nə sirrdi, möcüzədi, anamındanlağı, silləsi məni ondan uzaqlaşdırmayıb, ondan soyutmayıb. Əksinə, çox qısabir vaxtdan sonra hər şey unudulub. Yenə həmin mehriban baxış, yenə həmin dizindibinə sığınmaq, yenə ən şirin tikəni anadan alıb acgözlüklə, hətta ağzınımarçıldada-marçıldada yemək... Sizi deyə bilmərəm, mən öz payıma tamsəmimiyyətimlə etiraf edirəm və özüm qədər də inanıram ki, ana ən şirintikəsini, ən şirin payını övladına verəndə alnını turşutmur, əlləri əsmir,özündə bir təəssüf hissi daşımır, yaşatamır. Əksinə, elə bil o şirin payıverməklə ananın ömrünə ömür calanır, ana qol-qanad açır, ananın ürəyi dağ boydaolur. Bir də ki, övladın hər sözünə can deyən kimdi? - ANA! Övlad üçün yuxusuzgecələri keçirən kimdi? - ANA! Övlad üçün dualar edən kimdi? - ANA! Övlad üçünqız bəyənən, cehiz tədarükü görən kimdi? - ANA! Və nəhayət, bir də nəhayət -övladın övladı üçün qol qaldıran, övlad qədər sevinən kimdi? - yenə ANA! Axı anahəmişə ANA yaşındadı. Bunu də Məmməd Araz deyib, mən yox. Mən sadəcə oxumuşam,duymuşam, hiss etmişəm. Elə indi də duyuram, hiss edirəm. Bu yaşımda hər birsızıltımda, hər bir pıçıltımda, hər bir sevincimdə, hər bir nisgilimdə gözümanamı axtarır, dilim anamı çağırır. Bəzən övladlarım təəccüblə baxır mənə:

- Kişiyəbax ey, bu yaşda anasını axtarır...

Hə, indibir xatirə çözmək istəyirəm... tələbəlik illərindən... Bakıya oxumağagəlmişdim. Hamı da bilməsə, anam qonşu arvadlara çox arın-arxayın, hətta bir azqürrələnə-qürrələnə demişdi ki, "oğlum Bakıya oxumağa gedib".Sonralar fərqinə vardım bu sözün... sonralar anladım onda anam nələr yaşayıb,nələr keçirib ürəyindən. Amma təəssüf ki, Bakıda oxuyan oğul ana üçün heç nəedə bilmədi. Çünki dəyişən zaman ananı da, oğulu da və bütün anaları da,oğulları da elə sıxdı, elə sıxçaladı ki, tay nə demək mümkündü, nə də yazmaq.Çünki hər şey ortadadı. Bir də ki, oğul düşmən çəpəri ola bilmirsə, düşmən buçəpərdən keçib evi-yurdu viran qoyursa, burda ananın nə günahı var? Ana oğluna"can" deyib, "canım" deyib. Oğul isə anaya "can","canım" demək haqqını hələ ki, haqq etməyib. Deməli, bu dərdin hələçözümü çox zaman aparacaq...

Bir dəfəyazmışdım ki, indii də mənə "can" deyən anama canının yox, sözünündəyərinin milyardda birini qaytara bilmirəm. Ona görə də gözükölgəliyəmqarşısında, ona görə də elə susmaqla bayramlaşıram, susmaqla içimdə qövr edənağrılara dözürəm...O da bilir nə çəkirəm, mən də bilirəm o nələri hiss edir...

***

Bir dua vardilimdə-

Adınlabağlı dua...

Həyatımınmənası-

Qadınlabağlı dua...

Ocaq kimiközərən

Kipriyiyləköz dərən

Mənə cənnətgöstərən-

Qadınlabağlı dua...

Dərdlərimdənyarıyan...

Təbəssümləsarıyan

Mənlə birgəqarıyan-

Qadınlabağlı dua...

...Bir duavar dilimdə

Adınabağlamışam

Son duamısevdiyim-

Qadınasaxlamışam!..

Bu şeirbayram payı da ola bilər, etiraf da sayıla bilər... adicə bir şairin pıçıltısıda... Amma nə sayılır, necə duyulurbilmirəm, necə yozulacağının fərqində də deyiləm, lakin ürəyimdə bir azacıq daolsa toxtaqlıq hissi var. Bu hissi mənə verən, mənim qəlbimə işıq kimi səpən dəelə üz tutduğum, şeirmi ünvanladığım qadındı, xanımdı...

Doğrudu,indi bir çox sözlərimiz kimi, "xanım" sözü də öz təravətini, özdəyərini əməlli-başlı itirib. Az qala xanımlığın nə olduğunu bilməyib, xanımlıqüçün doğulmadığını dərk edə-edə, xanımlıq iddiasına düşüb xanımlarıkölgələməyə, xanımların üstünə getməyə özündə cəsarət tapan bəziləri özlərinibu sözlə məharətlə, peşəkarcasına sığortalayıb meydandan çəkilmirlər. Onlarınədası, onların iddiası, bir də onların mənəviyyatı sözün həqiqi mənasındaxanım-xatınlığı elə tapdalayır, elə didib-parçalayır ki, adamın o sözə yazığıgəlir. Amma neyləyəsən, indi etketlər var, qaydalar var - kiməsə bəy deməlisən, kiməsə xanım...istəyircinsini dəyişsin, istəyir əxlaqını. Biz görüntüyə baxıb gözüyumulu osözləri zorla da olsa deməyə məcburoluruq...

Bəli, zamanelə gəlib ki, dörd tərəfimiz boz-bulanlıq rənglərin fonunda cansıxıcı görünür.Ona görə də daha çox içimizə, özümüzə, dörd divarımızın arasına üz tuturuq.Həmin o dörd divarın arasındakından istəyirik, umuruq, tələb edirik. Həttabəzən həddimizi də aşırıq. Ətrafdakılara gücümüz çatmadığı üçün həmin o dörddivarın arasında olanlarımızı qınayırıq... onlardan suallarımıza cavabistəyirik. Təbii ki, bu bir haqsızlıqdı. Amma neyləyəsən?.. Onlar da bizi başadüşür. Elə yaxşı ki, bizi başa düşürlər.Yoxsa, dəli olarıq, ürəyimiz partlayar. Görünür, onlar bizi bizdən artıqsevdikləri üçün ürəklərimizin partlamasına imkan vermirlər...

Mən qızuşaqlarını çiçəyə bənzədirəm - dan üzü açılan çiçəyə. Mənə elə gəlir ki, Tanrıməhz onları dan üzü açılan çiçəklər timsalında dünyaya gəlməsinə icazə verib,razılıq verib. Axı dan üzü də safdı,təmizdi, bər-bəzəksizdi, ümidvericidi... Çiçək qızlarımız da safdı, təmizdi,ümidvericidi. Bax, özünüz müqayisə edin, özünüz paralellər axtarın. Görün buoxşarlıq bir-birini necə tamamlayır. Onda içinizdə baş qaldıran, dilinizdəsəslənən sözləri mən də eşidəcəm. Eşidəcəm ki, deyirsiniz:

- Dan üzü,tər çiçək... Dan üzü, çiçək qızlar... Tər çiçək, çiçək qızlar... Çiçək ətri,qız təbəssümü... Çiçək gözəlliyi, qız şıltaqlığı...

Hə,gördünüzmü necə tamamladı bir-birini, necə yaraşıq verdi bir-birinə. Bir anlıqgözlərinizin qarşıına gətirin - çiçək qızın saçında bant əvəzinə çiçək! Bugözəlliyi görməmək, bu gözəlliyi sevməmək mümkündürmü? Mən bacarmaram, mənsevməyə bilmərəm. Sizi deyə bilmərəm, siz onları görməməyi, sevməməyibacararsınızmı? İnanmıram, mümkün deyil. Axı bütün sevgilərimiz, bütündualarımız çiçək qızlarla bağlıdır, onlar üçündü. Biz onlara doğru uçanarılarıq, kəpənəklərik. Onlar da bizim ətirli çiçəklərimiz!..

***

Hər kəs özüboyda bir dünyadı. Amma özü boyda bir dünya olan hər kəs bu dünya boyda olanananın, qadının, qızın başına fırlanır. Özü də bilə-bilə, duya-duya, sevə-sevə.Bu da bir Tanrı möcüzəsidi, bu da birİlahi hökmüdü. Ondan çıxmaq mümkün deyil. Çünkiadı ana, qadın, qız olan bu dünyada bir maqnit gücü var, bir əhatədairəsidi, onun qollarının arası. Nə qədər ki, ömrün var, nə qədər ki, duyabilirsən, deməli, sən o maqnit cazibəsindən, o əhatə dairəsindən çıxabilməyəcəksən. Çıxmaq istəsən, atılmışa, unudulmuşa çevriləcəksən. Atılmaq,unudulmaq isə olmamaq kimi bir şeydi. Deməli, ömrün boyu sevmək, sevilmək ənböyük Tanrı payı, Tanrı qisməti ən gözəl, ən xoşbəxt alın yazısıdı...

İndi mənözüm-özümə bir növ təsəlli xarakterlihesab vermək istəyirəm:

- Sevgimlə,sevgi şeirlərimlə, sevgidən yazmağımla anamı, qadınımı, qızımı və bütünqadınları bu bayram günündə könlünü azacıq da olsa xoş edə bildimmi? Ümumiyyətlə,yazdığım sevgi sözü onların ürəklərində, yaddaşlarında hansısa bir sarı simətoxuna bildimi? Və nəhayət, mənim sevgim, təbii ki, onlara olan sevgim özsəmimiliyi ilə azacıq da olsa onları duyğulandırırsa, buna da sevinirəm. Axıdünyada sevgidən güclü, sevgidən gözəl başqa heç nə yoxdu. Və mən bu gözəlduyğuların təsiri altında nə vaxtsa yazdığım bir şeiri həm bayram payı kimi,həm də könül pıçıltısı kimi bütün xanımlara, bütün sevənlərə və sevilənlərəhədiyyə edirəm.

Məni keçəbilmədin

Mən yolundadivardım

Çatlamışdodağımı

Göz yaşımlasuvardım...

Məni seçəbilmədin

Mən işıqsızyuvaydım

Dilininunutduğu

Pıçıltıydım,duaydım...

Məni heçəbilmədin

Vardım axıönündə

Bir qəmlixatirə tək

Yaşayacamömründə!..

Hə, bu da 8Mart, bu da mənim varımdan olan hədiyyəm. Varını verən...

ƏbülfətMƏDƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV