ANA SƏHİFƏ / YAZARLAR

SƏNİ SEVİRƏM...

Anama, qadınıma, qızıma və bütün qadınlara

20579    |   2013-03-08 00:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bu gün hamı hədiyyə almaq barədə düşünür. Daha doğrusu, hədiyyəni necə alacağını, nə alacağını götür-qoy edir. Amma mən asan bir yol tapmışam - çoxbilmişlik edirəm. Sözlə, beş-altı cümlə ilə cənnəti ayaqları altında seyrangaha çevirən qadınlara könül xoşluğu bağışlamaq istəyirəm. Bilmirəm alınacaq, alınmayacaq, amma həqiqətən içimdən gələn bir istəklə bu yazını yazmağa, daha doğrusu, onu bilgisayara diktə etməyə başlayıram. Ən maraqlısı da odur ki, mənim diktə etdiyimi, bayramını təbrik etməli olduğum xanımlardan biri çox adi bir şəkildə gündəlik işi kimi yazır. Yəni, onun üçün bu yazının digər yazıdan elə bir fərqi yoxdur. O, "Ədalət"də bilgisayar bilicisidir. Başını salıb aşağı deyilənləri, tapşırılanları aramla yazır. Amma...

Amma əslində indi o da yazmamalıdı, o da bir xanım kimi çəkilib bir kənarda dayanmalı, onu təbrik edəcək qarşı cinsi gözaltı müşahidə edib, əməllərinə qiymət verməlidi. Lap ürəyinin dərinliyindəki "ağ atlı" oğlanın gəlişini gözləməlidi, hədiyyəsini göz önünə gətirməlidi. Mən isə buna imkan vermirəm, əməlli-başlı namərdlikdi bu. 8 Martla bağlı yazını həmin günün qəhrəmanlarından birinə yazdırmaq və bu yazını da bir növ ona hədiyyə etmək... Görəsən nə qədər doğrudur? O, bu hədiyyəni qəbul edəcəkmi? Nə isə...

Bəli, dünyada ən şirin, ən bər-bəzəkli, ən təravətli, ən kövrək, ən munis və hətta Allahın adı ilə bərabər yol getməyə haqqı olan bir ad var. Bu, təbii ki, ANAdı, QADINdı! Mən bunu xoşa gəlmək üçün yazmıram. Yarınmaq üçün etmirəm, günah yumaq niyyətim yoxdu. Əliboş olduğumu unutdurmaq niyyətindən çox-çox uzağam. Bunu min illərdi deyiblər. Peyğəmbərimiz də deyib, Allahın yanında yeri, məqamı olan Cavidimiz də, Müşviqimiz də, Cəfərimiz də, Məmməd Arazımız da, Bəxtiyarımız da, Əli Kərimimiz də və digərləri də. Mən sadəcə, o deyilənlərin toplumundan bir iynə ucu boyda yaddaşıma köçürüb saxladığımı indi xatırladıram, indi pıçıldayıram. Axı dünyanın əşrəfi insandısa, elə insanlığın da əşrəfi ANA-dı, QADINdı!

Lap kiçik yaşlarımdan yaddaşımda iz salanları bu günlər vərəq kimi sola-sağa çevirməyə, yenidən oxumağa, öyənməyə cəhd göstərirəm. Çalışdım ki, xatirələri təzələyim... o xatirələrin işığında yazacağım yazının eskizlərini çəkim... çəkilən eskizlərdən özümə baxım, özümdən onlara... üz-üzə dayanaq ana-bala kimi...bacı-qardaş kimi... aşiq-məşuq kimi... Və bir də Leyli və Məcnun kimi! Sonuncunu ona görə xüsusi vurğulayıram ki, bu simvoldu, sevgi simvolu, məhəbbət simvolu, sədaqət simvolu, ucalıq və ucaltmaq simvolu!

Hə, uşaq vaxtı hamı kimi mən də ən çox anamın dizinə sığınmışam... ən çox ona sirr vermişəm və ən çox da kənd klubunda göstəriləcək 10 qəpiklik filmlərin bilet pulunu ondan almışam. Amma ən çox da onun danlağına tuş gəlmişəm - tay-tuşlarımla oynayıb üst-başımı bulayanda, təndir üçün şaxı gətirməyi unudanda, mal-davarın otunu-suyunu verməyi yaddan çıxaranda, qışda isə xizəklə sürüşüb şalvarı, köynəyi qar suyuna batıranda, üstəlik də soba üçün odun doğramağı unudanda... Bütün bunlara görə danlanmışam. Hətta sərt bir şillə də dadmışam. Amma ürəyim sınmayıb. Bilmirəm, bu nə sirrdi, möcüzədi, anamın danlağı, silləsi məni ondan uzaqlaşdırmayıb, ondan soyutmayıb. Əksinə, çox qısa bir vaxtdan sonra hər şey unudulub. Yenə həmin mehriban baxış, yenə həmin dizin dibinə sığınmaq, yenə ən şirin tikəni anadan alıb acgözlüklə, hətta ağzını marçıldada-marçıldada yemək... Sizi deyə bilmərəm, mən öz payıma tam səmimiyyətimlə etiraf edirəm və özüm qədər də inanıram ki, ana ən şirin tikəsini, ən şirin payını övladına verəndə alnını turşutmur, əlləri əsmir, özündə bir təəssüf hissi daşımır, yaşatamır. Əksinə, elə bil o şirin payı verməklə ananın ömrünə ömür calanır, ana qol-qanad açır, ananın ürəyi dağ boyda olur. Bir də ki, övladın hər sözünə can deyən kimdi? - ANA! Övlad üçün yuxusuz gecələri keçirən kimdi? - ANA! Övlad üçün dualar edən kimdi? - ANA! Övlad üçün qız bəyənən, cehiz tədarükü görən kimdi? - ANA! Və nəhayət, bir də nəhayət - övladın övladı üçün qol qaldıran, övlad qədər sevinən kimdi? - yenə ANA! Axı ana həmişə ANA yaşındadı. Bunu də Məmməd Araz deyib, mən yox. Mən sadəcə oxumuşam, duymuşam, hiss etmişəm. Elə indi də duyuram, hiss edirəm. Bu yaşımda hər bir sızıltımda, hər bir pıçıltımda, hər bir sevincimdə, hər bir nisgilimdə gözüm anamı axtarır, dilim anamı çağırır. Bəzən övladlarım təəccüblə baxır mənə:

- Kişiyə bax ey, bu yaşda anasını axtarır...

Hə, indi bir xatirə çözmək istəyirəm... tələbəlik illərindən... Bakıya oxumağa gəlmişdim. Hamı da bilməsə, anam qonşu arvadlara çox arın-arxayın, hətta bir az qürrələnə-qürrələnə demişdi ki, "oğlum Bakıya oxumağa gedib". Sonralar fərqinə vardım bu sözün... sonralar anladım onda anam nələr yaşayıb, nələr keçirib ürəyindən. Amma təəssüf ki, Bakıda oxuyan oğul ana üçün heç nə edə bilmədi. Çünki dəyişən zaman ananı da, oğulu da və bütün anaları da, oğulları da elə sıxdı, elə sıxçaladı ki, tay nə demək mümkündü, nə də yazmaq. Çünki hər şey ortadadı. Bir də ki, oğul düşmən çəpəri ola bilmirsə, düşmən bu çəpərdən keçib evi-yurdu viran qoyursa, burda ananın nə günahı var? Ana oğluna "can" deyib, "canım" deyib. Oğul isə anaya "can", "canım" demək haqqını hələ ki, haqq etməyib. Deməli, bu dərdin hələ çözümü çox zaman aparacaq...

Bir dəfə yazmışdım ki, indii də mənə "can" deyən anama canının yox, sözünün dəyərinin milyardda birini qaytara bilmirəm. Ona görə də gözükölgəliyəm qarşısında, ona görə də elə susmaqla bayramlaşıram, susmaqla içimdə qövr edən ağrılara dözürəm...O da bilir nə çəkirəm, mən də bilirəm o nələri hiss edir...

***

Bir dua var dilimdə-

Adınla bağlı dua...

Həyatımın mənası-

Qadınla bağlı dua...

Ocaq kimi közərən

Kipriyiylə köz dərən

Mənə cənnət göstərən-

Qadınla bağlı dua...

Dərdlərimdən yarıyan...

Təbəssümlə sarıyan

Mənlə birgə qarıyan-

Qadınla bağlı dua...

...Bir dua var dilimdə

Adına bağlamışam

Son duamı sevdiyim-

Qadına saxlamışam!..

Bu şeir bayram payı da ola bilər, etiraf da sayıla bilər... adicə bir şairin pıçıltısı da... Amma nə sayılır, necə duyulur bilmirəm, necə yozulacağının fərqində də deyiləm, lakin ürəyimdə bir azacıq da olsa toxtaqlıq hissi var. Bu hissi mənə verən, mənim qəlbimə işıq kimi səpən də elə üz tutduğum, şeirmi ünvanladığım qadındı, xanımdı...

Doğrudu, indi bir çox sözlərimiz kimi, "xanım" sözü də öz təravətini, öz dəyərini əməlli-başlı itirib. Az qala xanımlığın nə olduğunu bilməyib, xanımlıq üçün doğulmadığını dərk edə-edə, xanımlıq iddiasına düşüb xanımları kölgələməyə, xanımların üstünə getməyə özündə cəsarət tapan bəziləri özlərini bu sözlə məharətlə, peşəkarcasına sığortalayıb meydandan çəkilmirlər. Onların ədası, onların iddiası, bir də onların mənəviyyatı sözün həqiqi mənasında xanım-xatınlığı elə tapdalayır, elə didib-parçalayır ki, adamın o sözə yazığı gəlir. Amma neyləyəsən, indi etketlər var, qaydalar var - kiməsə bəy deməlisən, kiməsə xanım...istəyir cinsini dəyişsin, istəyir əxlaqını. Biz görüntüyə baxıb gözüyumulu o sözləri zorla da olsa deməyə məcbur oluruq...

Bəli, zaman elə gəlib ki, dörd tərəfimiz boz-bulanlıq rənglərin fonunda cansıxıcı görünür. Ona görə də daha çox içimizə, özümüzə, dörd divarımızın arasına üz tuturuq. Həmin o dörd divarın arasındakından istəyirik, umuruq, tələb edirik. Hətta bəzən həddimizi də aşırıq. Ətrafdakılara gücümüz çatmadığı üçün həmin o dörd divarın arasında olanlarımızı qınayırıq... onlardan suallarımıza cavab istəyirik. Təbii ki, bu bir haqsızlıqdı. Amma neyləyəsən?.. Onlar da bizi başa düşür. Elə yaxşı ki, bizi başa düşürlər. Yoxsa, dəli olarıq, ürəyimiz partlayar. Görünür, onlar bizi bizdən artıq sevdikləri üçün ürəklərimizin partlamasına imkan vermirlər...

Mən qız uşaqlarını çiçəyə bənzədirəm - dan üzü açılan çiçəyə. Mənə elə gəlir ki, Tanrı məhz onları dan üzü açılan çiçəklər timsalında dünyaya gəlməsinə icazə verib, razılıq verib. Axı dan üzü də safdı, təmizdi, bər-bəzəksizdi, ümidvericidi... Çiçək qızlarımız da safdı, təmizdi, ümidvericidi. Bax, özünüz müqayisə edin, özünüz paralellər axtarın. Görün bu oxşarlıq bir-birini necə tamamlayır. Onda içinizdə baş qaldıran, dilinizdə səslənən sözləri mən də eşidəcəm. Eşidəcəm ki, deyirsiniz:

- Dan üzü, tər çiçək... Dan üzü, çiçək qızlar... Tər çiçək, çiçək qızlar... Çiçək ətri, qız təbəssümü... Çiçək gözəlliyi, qız şıltaqlığı...

Hə, gördünüzmü necə tamamladı bir-birini, necə yaraşıq verdi bir-birinə. Bir anlıq gözlərinizin qarşıına gətirin - çiçək qızın saçında bant əvəzinə çiçək! Bu gözəlliyi görməmək, bu gözəlliyi sevməmək mümkündürmü? Mən bacarmaram, mən sevməyə bilmərəm. Sizi deyə bilmərəm, siz onları görməməyi, sevməməyi bacararsınızmı? İnanmıram, mümkün deyil. Axı bütün sevgilərimiz, bütün dualarımız çiçək qızlarla bağlıdır, onlar üçündü. Biz onlara doğru uçan arılarıq, kəpənəklərik. Onlar da bizim ətirli çiçəklərimiz!..

***

Hər kəs özü boyda bir dünyadı. Amma özü boyda bir dünya olan hər kəs bu dünya boyda olan ananın, qadının, qızın başına fırlanır. Özü də bilə-bilə, duya-duya, sevə-sevə. Bu da bir Tanrı möcüzəsidi, bu da bir İlahi hökmüdü. Ondan çıxmaq mümkün deyil. Çünki adı ana, qadın, qız olan bu dünyada bir maqnit gücü var, bir əhatə dairəsidi, onun qollarının arası. Nə qədər ki, ömrün var, nə qədər ki, duya bilirsən, deməli, sən o maqnit cazibəsindən, o əhatə dairəsindən çıxa bilməyəcəksən. Çıxmaq istəsən, atılmışa, unudulmuşa çevriləcəksən. Atılmaq, unudulmaq isə olmamaq kimi bir şeydi. Deməli, ömrün boyu sevmək, sevilmək ən böyük Tanrı payı, Tanrı qisməti ən gözəl, ən xoşbəxt alın yazısıdı...

İndi mən özüm-özümə bir növ təsəlli xarakterli hesab vermək istəyirəm:

- Sevgimlə, sevgi şeirlərimlə, sevgidən yazmağımla anamı, qadınımı, qızımı və bütün qadınları bu bayram günündə könlünü azacıq da olsa xoş edə bildimmi? Ümumiyyətlə, yazdığım sevgi sözü onların ürəklərində, yaddaşlarında hansısa bir sarı simə toxuna bildimi? Və nəhayət, mənim sevgim, təbii ki, onlara olan sevgim öz səmimiliyi ilə azacıq da olsa onları duyğulandırırsa, buna da sevinirəm. Axı dünyada sevgidən güclü, sevgidən gözəl başqa heç nə yoxdu. Və mən bu gözəl duyğuların təsiri altında nə vaxtsa yazdığım bir şeiri həm bayram payı kimi, həm də könül pıçıltısı kimi bütün xanımlara, bütün sevənlərə və sevilənlərə hədiyyə edirəm.

Məni keçə bilmədin

Mən yolunda divardım

Çatlamış dodağımı

Göz yaşımla suvardım...

Məni seçə bilmədin

Mən işıqsız yuvaydım

Dilinin unutduğu

Pıçıltıydım, duaydım...

Məni heçə bilmədin

Vardım axı önündə

Bir qəmli xatirə tək

Yaşayacam ömründə!..

Hə, bu da 8 Mart, bu da mənim varımdan olan hədiyyəm. Varını verən...

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-19
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK