adalet.az header logo
  • Bakı 16°C
16 Iyul 2017 22:15
7372
DÜNYA
A- A+

Min il əvvələ aid qızıl mumiya

Şimali Çində min il əvvəl öldüyü təxmin edilən Mad Ci Xian adlı buddist rahibin mumiyası barədə qeyri-adi faktlar ortaya çıxıb.

Mumiya hamının təəccübünə səbəb olub, çünki rahibin sümükləri və beyni yerindədir. Mumiyanın çənə və dişləri, qabırğası, onurğası da heç bir zərər görməyib.

Rahibin buddizmi təbliğ etmək üçün Hindistandan Çinə səyahət edən məşhur şəxs olduğu bildirilir.

Qeyd edək ki, mumiya 1970-ci illərdə tapılıb və 2011-ci ildən bəri Dinqhui məbədində saxlanılırdı. Məbəd işçiləri rahibə hörmət əlaməti olaraq mumiyanı qızıl örtüklə örtmüşdü.

Rahiblər və sadə insanlar bu mumiyanı görmək üçün məbədə axın edirlər.