adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

XƏYAL QURMAQDANSA...

VƏSİLƏ USUBOVA
28332 | 2013-03-08 00:41

Məktəbillərində bu bayramı sevərdim. Martın 8-i yaxınlaşdıqca qəlbim izaholunmaz xoşduyğularla dolardı. Əslində, kənd yerində bu bayram dəbdə deyildi. Kimsəanasını, bacısını, arvadını, qızını hədiyyə-gül nədi, heç quruca sözlə dətəbrik etməzdi. Məni də həmçinin. Qadınlar bayramında sinif oğlanlarından bəziləriaçıqca, ya da kitab verərdilər qızlara...

Bayramıgözləməyimin səbəbi təbriklər, hədiyyələr deyil, 8 Martdan 3-4 gün əvvəldənbaşlanan televiziya verilişləri, qəzet-jurnallarda gedən yazılar idi. O zamandeyilənlərə, yazılanlara inanardım. İnandığıma görə də təsirlənər, xəyallaradalardım. Haqqında oxuduğum, ekranda gördüyüm qadınlarla müqayisədəkəndimizdəki qadınların həyatı o qədər bəsit, cansıxıcı görünərdi ki, qüssədənboğulardım. Səhər-axşam ər qulluğunda dur, ilin bu başında da, o başında da uşaqdoğ, inək-camış sağ, toyuq-cücə saxla, saca-təndirə çörək bişir, arxlardan,çaydan su daşı, bağ-bostan becər, xalça-palaz toxu... Hələ saya bilmədiyim nəqədər yorucu, bezici işlər... Əvəzində nə qədir-qiymətin olsun, nə də qulağınbir qılıqlı söz eşitsin. (Bəlkə eşidirmişlər, mən bilməmişəm). Onlardan ötrüsabahın açılmasıynan günün batması arasındakı zaman məsafəsi o qədər az sürürdüki, qocalıb-qarımaqlarından belə xəbərləri olmurdu. Başqa cür yaşamağı təsəvvürdə eləmirdilər, yəqin... Dünya da elə axmazla iri su arxı arasında yerləşənkəndimiz boydaydı gözlərində... Rəhmətlik Vahid Əlifoğlunun vaxtilə dəftərçəməyazdığım bir bənd şeiri yadıma düşür. Şeir başqa ovqatda olsa da, mənə həminilləri xatırladır...

Mətbəxdə,yataqda xoş keçən ömrün,

Guya ki, ləzzəti,tamı belədi.

Təsəllisibirdi boş keçən ömrün-

Adam eləbilir hamı belədi...

Mənə görə,onların ömrü boş keçirdi. Yaxşı ki, özlərinin bundan xəbəri yoxdu. Hamınınbeləcə ömür sürdüyünə inanırdılar...

***

Amma mən...belə yaşamayacaqdım! Ekrandakı, qəzet-jurnallardakı, kitablardakı qadınlar kimiolacaqdım. Fərqli, dolğun, mənalı-məzmunlu bir ömrüm olacaqdı. Başqa cür mümkündə deyildi. Dərslərimi "əla" oxuyuram, nümunəvi şagirdəm. Ortaməktəbi bitirəndən sonra da o biri qızlar kimi evdə oturub elçi gözləməyəcəm.İnstituta daxil olacaq, orada da özümü nümunəvi tələbə kimi göstərəcəm. Hər şeyöz əlimdə deyil?! Hələ bir görsünlər, işləyəndə nələr edəcəm?! Hamı mənibarmaqnan göstərəcək. Qiymətləndirəcəklər, yuxarı başa çəkəcəklər. Niyə dəolmasın?.. Axı, birinci sinfə gedəndən yorulmaq bilmədən oxumuşam, yuxusuzgecələr keçirmişəm, çox zaman kitab əlimdə yuxulamışam. Nəm divarlı, kif qoxulukitabxanalarda saatlar keçirmişəm...

(Fərqli,mənalı-məzmunlu, dolğun saydığımız ömrün nə bəsit bir düsturu varmış!..)

...Ağlımkəsmirmiş... (Görəsən, indi kəsir?! Sanmıram...) Yaşasam, 20-30 il bundan sonraindiki düşüncələrimə görə qınamayacağam ki özümü?!.. "Nə avamolmuşam" deyib təəssüflənəcəm, yəqin...

Barmaqlagöstərilmək, yuxarı başa çəkilmək üçün gecə-gündüz çalışmaq, nümunəvi əxlaqsahibi olmaq, tamahsız, təmənnasız yaşamaq gərək deyilmiş. Sən demə, adamlar bukeyfiyyətlərdən bezməyə, iyrənməyə başlayıblarmış... (Əsəbimdən yazıram busözləri. Üstəlik, qəsdən pafoslu kəlmələr seçirəm. Şöhrətpərəstlik qədər insanıçaşdıran, azdıran ikinci bir hiss tanımıram. Həm də darıxdırıcı bir duyğudu.Nəsə, sənin olmayan bir ömrü yaşamağa bənzəyir bu... Bizi heç öz yerimizitutmağa da qoymadılar, axı... Öz yerində olmamağın acısını bizə, gülünclüyünüözlərinə yaşatdılar...)

Sevinməyin,bəxtəvərliyin də öz vaxtı, öz yaşı varmış. Bir dəfə yanıldınmı, gözləntilərindoğrulmadımı, o zaman ürəyini açacaq hər şeyin müşkülə dönməsi qaçılmazdı...

Ağlımın birşeylər kəsdiyini duyanda çox gecikdiyimi anladım. Bütün başlanğıc nöqtələr tutulmuşdu...

Dayaqnöqtəsi olmadan nəsə eləmək... mümkünsüz bir şeydi...

Sonrasəhvimi anladım. O da nə imiş? Sən demə, insan qəlbində elə bir nöqtə varmışki, məna, məzmun, dolğunluq deyilən anlayışlar ora qədər işləmirmiş. Ora istinəfəs, hərarət, qılıq istənilirmiş. Əgər bunlar varsa, çoxbilmiş nənələrimizdemişkən, samanlıq da seyranlıq olurmuş.

Yoxsa,... oboşluğu uydurmalarla doldura bilməzsən...

***

Daha kənddəyaşayan qadınların əvəzinə darıxmıram. Günəşin nə zaman çıxıb, nə zamanbatdığını hiss eləmək onların nəyinə lazımmış ki?!. Düşünmədən, anlamadanyaşamaq daha xoş bir şey deyilmi?! Ömrün dadı da elə bundaymış. Mənaaxtardığımız şeylərin mənasızlıqdan başqa bir anlamı yoxmuş. Xəyal qurmaqdansa,həyat qurmaqdan sarı əlləşmək gərəkmiş...

"Birdə dünyaya gəlsəydim, elə bu cür yaşardım" deyənlərin səmimiyyətinəinanmıram. Bu mümkün olsaydı... o qədər şeyləri dəyişərdim ki...

Niyə qadınqəlbi həmişə Xilaskar axtarır?! Ehtiyac üzündən deyil... Hər şeyi olsa belə,qəlbi Qoruyucu Mələk eşqiynən döyünür. Gözləri yol çəkir -Qəlbinin Sultanıolacaq kəsin yolunu gözləyir. O,... gəlmir. Gözlərin çəkdiyi yollar gətirəbilmir Onu. Bəlkə heç yoxdu O?!

Varsa da,hamı üçün deyil...

Bəlkə...özxoşuna deyil O Mələk?!.

Niyə düzgünhesablanmır hər şey?!.

Deməli, gözlərimizitorpaq üstdəki yollardan ayırıb, göylərə dikməliyik... Bütün yollar oradanbaşlanırmış...

Qəribə dəolsa, bu yerdə yadıma ingilis fiziki Pol Dirakın sözləri düşdü: "Allah çoxyüksək ranqlı riyaziyyatçıdır. O, Kainatın yaradılmasında ali riyaziyyatdanistifadə etmişdir..."

Kainatınyaradılmasında... Bəs, talelərin yazılmasında?!.

İnsanlarınöz yerini, öz tayını tapmasında dəqiq hesablamaya o qədər ehtiyac var ki...

VəsiləUSUBOVA

[email protected]

TƏQVİM / ARXİV