adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Iyul 2017 22:17
21202
ƏDƏBİYYAT
A- A+

Yazıçının məktubu rekord qiymətə satıldı

Əsrinin ən böyük yazıçılarından olan Ceyn Oustenin 1812-ci ildə qələmə aldığı və dövrünün yazar qadınlarını təhqir etdiyi məktub rekord qiymətə satılıb.

Adalet.az xəbər verir ki, yazıçının satışa çıxarılan məktubu qohumu Anna Lefroya yazılıb. Məktub hərracda 347 min manata öz alıcısını tapıb.

Kembric Universitetinin nəşrlər redaktoru Canet Todd yazıçı haqqında danışarkən Austenin qadın yazarları təhqir etməyi sevdiyini deyib:

"Ousten digər qadın yazıçıların duyğusal və qotik (özünə xas xüsusiyyəti olan yazı şəkli) mövzularını aşağılamağı çox sevirdi".

Qeyd edək ki, "Qürur və qərəz”, "Nortenger abbatlığı”, "Emma” əsərləri ilə məşhurlaşan C.Ousten məktubunda dövrün qadın yazıçılarını yazdıqları mövzulardan dolayı məsxərəyə qoyub, onların ünvanına alçaldıcı sözlər işlədib.