Jannadan Rəqsanəyədək

ETİBAR CƏBRAYILOĞLU
44847 | 2013-03-08 00:36

Təqvimdəxanımlar üçün ayrıca bayram günü var. Özü də bir yerə söz qoyubmuşlar kimi,dünyanın o başından bu başınacan çox yerində həmin bayramı qeyd edirlər. Şəxsənmən qısqanıb eləmirəm. 365 günün bircə günü də kişilər üçün nəzərdətutulmayıbsa durub şuluq salası deyilik ki... Həm də görünür ayrıca bir bayramıhaqq etməmişik.

Lap düzünəqalanda bayram, təqvimdəki qırmızı işarə-filan hamısı şərti şeylərdi. Qadınlaraxoş söz demək, hədiyyə bağışlamaq üçün hökmən martın 8-ni gözləmək lazımdı?Başqalarını bilmirəm, mənim buna səbrim çatmaz. Sevdiyimiz, hörmət etdiyimiz,dəyər verdiyimiz xanımlar ətrafımızdadırlarsa bu elə bizim üçün bayramdı.

Hərgünümüzü bayrama çevirən xanımlara nə qədər xoş sözlər desək, yenə azdı.Klassiklərimiz bu işi yaxşı bacardıqlarından işimiz lap asanlaşıb. Bütün gözəlfikirlər deyilib qurtarıb. Bizə ancaq təkrarlamaq qalıb. Çox təkrarlayanda daadama birtəhər baxırlar. Deyirlər ki, bahalı hədiyyə almadığından evdəxanımından, yaxşı yazı yazmadığı üçün baş redaktorundan qorxur. Adamın adıçıxınca...

Başredaktorumuzun müavini Məzahir Əhmədoğlu qurduğu dost məclislərinin birindəmaraqlı bir fikir söylədi. Dedi ki, çox sərkərdələrin adı dünya tarixindəqalıb. Amma Qay Yuli Sezar həm də Kleopatranın qəlbini fəth etməyi bacardığınagörə adını tarixdə yaşada bilib.

DünyaKleopatranın zamanındakı dünya deyil, sürətlə dəyişir, özü də qadınlarınbirbaşa iştirak ilə. Dəyişiklik xoşlayan xanımlarımızın dünyanın özünə, onundəyərlərinə də baxışları dəyişir. İndi çətin ki, xanımlarımızdan kimsə JannaDark, Zoya Kosmodemiyanskaya, Valentina Tereşkova kimi qəhrəman olmağıarzulasın. Kimdi ilin günün bu zamanında dekabristlərin xanımlarını, MartaVaşinqtonu, İndira Qandini, Marqaret Tetçeri, Benezir Bhuttonu yada salan?Bugünkü xanımlar heç Elizabet Teyloru, Sofi Lareni, Diananı, Monika Beluççinibəyənmirlər.

Nüşabəni,Sara xatunu, Məshətini, Natəvanı, Nigarı, Həcəri mən özüm bir qədər sonrayasaxladım. İndiki xanımlarımız onları yəqin ki, nadir hallarda yada salırlar.Çox nadir.

Bu günbaşqaları müsbət qəhrəman kimi təbliğ olunurlar. Aygün Kazımovanın özünü dətanıyırlar, hətta şlyapalarının sayını da əzbər bilirlər. Röyanın sırğaları daözü kimi populyardı. Natəvan Həbibini, heyvanlar üçün konsert vermək üzrəçempion Elzanı, Rəqqasə Fatmanı, rəqs oynayan Oksananı, oxuyan Manananı, Sulinitanımayan yoxdu. Onlar gündə efirdə yemək bişirir, evlərini, bahalıavtomobillərini, it-pişiklərini, alt-üst paltarlarını hamıya göstərir, vaxtqalanda da bir-birləri ilə dalaşırlar. Aradabir fəxri ad da ala bilirlər.

Hələ mənRəqsanəni demirəm. Həkimlər Rəqsanəni plastik əməliyyat eləməkdən, o damaşınlarını və kişi dostlarını dəyişməkdən yorulmur. Aradabir sponsorları ilədalaşır, polisə, məhkəməyə düşür, hirslənib bahalı maşınlarını aşırır. Vaxttapanda da Biləcəridən o tərəfə keçib qonşu ölkələrin kafelərindəsolo-konsertlər verir.

Nə isə...Bu məsələləri çox qabartmayaq.

Biz ehtiramgöstərilməyə, sevilməyə layiq olan xanımlarımıza diqqət ayıraq. Onlar bunu hərgün haqq edirlər. Bəs niyə biz bu diqqət və qayğını hər gün göstərməyək?Xanımlar həyatımızın bir hissəsidi. Ona görə də martın 8-i məsələsinə çox dabənd olmağa dəyməz. Təqvimdə martın 8-dən sonra 9-u gəlir...

EtibarCəbrayıloğlu

TƏQVİM / ARXİV