ALLAH XATİRİNƏ, ÖZÜNƏ QAPANMA!

ƏBÜLFƏT MƏDƏTOĞLU
60285 | 2017-07-14 14:43

Adətən ruhuma,könlümə yaxın olan, özümə can sirdaşı sandığım insanlar barəsində yazı yazanda içimbir az rahatlanır. Elə bilirəm ki, bu yazı mənim onlarla söhbətimdi, onlarla dərdləşməyimdi. Ammayazı ortaya gələndə baxıb görürəm ki. Əslində heç nə deməmişəm, heç nə bölüşməmişəm.Demək istədiklərimin hamısı yığılıb qalıb ürəyimdə. Və…

Və oturub zaman gözləmişəm.O zamanı ki gəlsin, həmin mövzuya yenidən qayıdım, yenidən fərqli nəsə bir şey yazım.Həm özüm rahatlanım, həm də həmsöhbətim. Bax elə indi də həmin o istəklə, o niyyətlə oturmuşam bilgisayaryazarımızın yanında. Özümü ha toparlayıbhardan, necə başlayacağımı bilmirəm, köməyiimə onunla etdiyim söhbətlər, bölüşdüyüm fikirlər, bir də onun özünün kitabları çatır. Vərəqləyirəm kitablarını, xatırlayıram söhbətlərimizi. Və görürəm ki, həyatı boyu ağrı-acıçəkə-çəkə dünəni unutmaq istəyən, əksinə,onu ürəyində heykəlləşdirən Sona Çərkəz bir Azərbaycan xanımının, bir ailə ağbirçəyininmükəmməl obrazıdı. O elə mükəmməl, elə tamvə bütövdür ki, hansı prizmadan baxırsan bax, ancaq səmimiyyət, ancaq sədaqət, ancaqinsanlıq, ancaq anna ülfəti, ancaq bacı ürəyi və bir də nənə məhəbbətinin şahidiola bilərsən. Şəxsən mən bütün bu dediklərimionun simasında təkcə hər görüşümüzdə yox, hər xatırlananda görürəm. Və inanın ki,bəzən elə bilirəm ki, o bu dünyanın adamı deyil, hardansa çox-çox uzaqlardan gəlib düşüb aramıza. Çünki…

İnsanda, xüsusiləanada, qadında bu qədər dözüm, bu qədər iradə, bu qədər ocağa bağlılıq və bu qədər də ürək böyüklüyütəsəvvür etmək mümkün deyil. Hansıki, bunlar Sona xanımın nur topası olan varlığında cəmləşibdi. Onun müsbət aurasıadama ancaq yaşamaq, ocağına, doğmalarına, torpağına bağlanmaq hissi aşılayır. Mənbütün həyatını ovcumun içi kimi bildiyim müəllimim, həm də bacım olan Sona xanımınyaşantılarını vərəqlədikcə heyrət etməyə bilmirəm. Ondakı dözüm qarşısında baş əyməyəbilmirəm. Axı həyatını, sağlamlığını, hətta maddiyyatını sevgin qarışıq həsr etdiyin yaxınlardan, ətrafdannankorluq görmək, biganəlik görmək, laqeydlik görmək adamı sıxır, adamı sındırır. Bunu məhz Sona xanımıntimsalında görmüşəm və bu gün də görməkdəyəm. Sona Çərkəz özünün hər addımı ilə təkcə haqlı olduğunusübut etməyə çalışmayıb, hətta buna cəhd də etməyib. Sadəcə olaraq onun atdığı addımlar,onun göstərdiyi münasibət özü birbaşa az qalaqışqıra-qışqıra deyir ki, «ay nankor, ay namərd, fil qulağında yatma, aşvermişəm, aşımı ver, daş vermişəm daşımı qaytar». Təəssüf ki, kar qulaqlar bu qışqırığı da eşitməyiblər.Elə bil ki, onların fikri, niyyəti, tutduqları anlamazlıq xəstəliyindən daha çox,daha möhkəm yapışmaqdır. Görünür, bu münasibət onların bir növ qayələrinə çevrilib. Ona görə də başlarını qaldırıb nə Allaha, nə dəqarşılarındakı Sona xanıma baxmırlar. Amma necə olur-olsun, nə edirlər etsinləronların heç biri Sona Çərkəzin tutduğu yolunsəmtinə də yaxın düşə bilmir. Çünki Sona Çərkəzin yolu aid olduğu ailənin şərəfidi, namusu, dünənidi, bu günüdü,sabahıdı. Hətta o, həyatda nail olduğu uğurların da hamısını məhz Çərkəz müəllimlə, övladları ilə bağlayır. Bu gün özününvə Çərkəz müəllimin adını daşıyan nəvələriilə bağlayır. İçində nə çəkdiyini, necə çəkdiyini hamıdan yaxşı bilən Sona Çərkəz məhz belə məqamdayazır ki:

Su üçün dənizə tutsamüzümü,

Biranda dənizin suyu quruyar.

Yayınortasında küçəyə çıxsam,

Göylərdənya dolu, ya da qar yağar.

Yerigəlmişkən, onu da deyim ki, bu misralardakı fikir Sona xanımın yaşantısıdı. O, məhzyayın ən isti günlərinin birində Çərkəz müəllimlə Muğan bölgəsinə gedəndə iyun ayındadolu yağdı, leysan oldu. Onunla bağlı Sona xanım yazdı ki:

Əyləşmişəmömrün son qatarında,

Yolumhayanadı, hələ bilmirəm.

Bəzəngözlərimdən axan yaşları,

İstəsəmdə belə, silə bilmirəm.

Mən Sona Çərkəzin şeirlərinə, yazılarına yaxşı bələdəm.Bu yazılar, bu şeirlər onun özünün, həyatının ifadəsidi. Onun içində yaşayan Çərkəz müəllimin, Füzuli müəllimin özləridi, arzularıdı, xatirələridi. Lap konkretdesəm, Sona xanım öz cismində iki həyat yaşadır,amma bu həyatlar bir-birinə elə qovuşub ki,onu ancaq bilənlər, görənlər duyurlar. Bir də Yazıçılar Birliyinin üzvü olan Sonaxanım haqqında bir-birindən dəyərli fikirlər söyləyən elm, mədəniyyət adamları bilib Sona Çərkəzin yaşantılarını. Millət vəkili,AMEA-nın müxbir üzvü Nizami Cəfərov demişkən,Sona Çərkəzi gördükcə adam daxilən, bütünvarlığı ilə təmizlənir. Onun etdiklərini xatırladıqca adam paklaşır!

Baxmən də Sona xanımı hər dəfə görəndə hörmətli Nizami müəllimin dediyi fikirləri içimdən keçirirəm. Və düşünürəm ki, Çərkəzin müəlliminocağının istisini övladlarına, nəvələrinə zəhmətilə, yuxusuz gecələrilə, qələmilə hopduran Sona xanım yaxşı ki, türk dünyasında da tanınır, sevilirvə onun kitabları, şeirləri orda da maraqla qarşılanır.

Bəli,mən Sona Çərkəz barəsində içimdə olan fikirlərin, düşüncələrin cəmi bir damlasını kağıza köçürdüm. İstədim ki, bu gün səhhəti ilə bağlınarahatçılıq yaşayan Sona xanım onu sevənlərin yadından çıxmadığına inansın, əminolsun və bilsin ki, o, şəxsən mənim üçün çox əziz bir insandı. Və bir də onun hər sözü, hər yazısımənim üçün düşündürücü gücə malik olan həssasnotların vərəqlərdəki əksidir. Elə bu istəklədə onun özünün Türkiyədə də sevilən iki şeirindən parçaları diqqətinizə çatdırıram.Sona xanım yazır ki:


Dünyaya üsyanımbitmək bilməyir,

Ohaqqı nahaqqa verəndi, dostlar.

Zalımınzülmünə yumub gözünü,

məzlumun əksiyin görəndi, dostlar.


Sonaxanım onu da bizə deyir ki:


Nedir kalbimdə şu tufan?

Nedenötüşmüyor zaman?

Kedermikadarım benim,

Veya ben böyleyim bu an?


Cevabıyok soruların,

İçimi yiyyor, dostum.

Şudünyadan bir şey umsam,

Senvefalı, sadik dost um…


DəyərliSona xanım, bu dünyada çox şeyi görmüsən və dünyanın namərdliyindən də xəbərdarsan.Şairlərimizdən birinin dediyi kimi, heç yaşamalı dünya deyil! Amma sizin ürəyinizin və yaşatdığınız insanların sizinləbirgə olması Sona Çərkəzə halal yaşamaq haqqı veribdi. Yaşayın, bu dünyanı! Həmbu dünyanın, həm də sizi istəməyənlərin acığına!

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV