adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ZƏHMLİ KİŞİLƏR

FAİQ QİSMƏTOĞLU
65372 | 2017-07-14 12:13

… Əllərini arxasında çarpazlayıb kəndin yuxarı başına doğru gedirdi.Kəndin yuxarı başına gedəndə həmişə ağır oturub batman gələn kişilərlə görüşürdü.O kişilər ki, zəhmlərindən nəinki qadınlar, hətta orta yaşlı cavanlar və eləcə dəuşaqlar çəkinərdilər. Və elə bilərdilər ki, bu kişilər Allahdan sonra onların başınınüstündə duran çox güclü qüvvədir. Kəndin qadınları, uşaqları, cavanları bu kişilərigörəndə çəkinərdilər, salam verərdilər və hal-əhval tutardılar. Zəhmli kişilər isəonların bu hərəkətindən razı qalardı…

Əsəd kişi bir qədərdə kənd yolu ilə gedib «selmax» deyilən yerəyaxınlaşdı. Uzaqdan gördü ki, onun axtardığı dostları dəmir yolunun qırağında, çəpərin yanında əyləşiblər. Bu çəpər elə-beləçəpər deyildi. Və bu çəpər onlar üçün həm də arxaydı, bir sığınacağıydi. Onlar eləbilirdilər ki, bu çəpər uca bir dağdı və uca bir dağın yanına gələndə özlərini çoxrahat hiss eləyirdilər. Onlara çatmamış Əsəd kişi bir neçə dəfə bərkdən öskürdü.Heç soyuqlayıb eləməmişdi. Ona görə öskürürdü ki, yəni mən gəlirəm.

… Çəpərin yanındaisə Molla oğlu Əliş, Saleh kişi, Abbas kişi, Rzaxan kişi, Sərxan kişi əyləşmişdilər.Onlar qəlyana tütün doldurur, bir qədər qəlyanı sahmanladıqdan sonra kibritlə yandırırdılar.Qəlyan yandıqca qullab vurar, papirosun tüstüsünüciyərlərinə çəkərdilər. Və heç vaxt qəlyan çəkəndə onun tüstüsünü ətrafa yaymazdılar…

El ağsaqqalı kimitanınan Əsəd Qəhrəman oğlu çox ağayana bir kişiydi. Onun Bəhmənlidə bir sözünü heçkim iki eləməzdi. Əgər Əsəd Qəhrəman oğlu kiməsə bir acı söz deyirdisə, o dəqiqəhəmin adam özünü yığışdırar və işini bilərdi. Və işini bilərdi ki, Əsəd Qəhrəmanoğlu sözü heç də elə-belə demir. Bu acı sözü o insana deyirdi ki, o adam olsun,Allahın və haqqın yoluna qayıtsın. O qədər yolunu azmış insanlar Əsəd kişinin acısözündən sonra düz yola qayıtmışdı ki…

İstedadlı şair vəuşaqlıq dostum Vaqif Bəhmənli 40 il bundan qabaq bir şeir qələmə alıb: «Əsəd Qəhrəmanoğlu». O şeirin üç misrasını bir daha yada salmaq istəyirəm. Çünki o şeirin üç misrasınıyada salanda dünyasını çoxdan dəyişmiş Əsədkişinin də ruhu şad olar:


Oqocaman bir çinar-

Göylərəqanad açan…

Qız-gəlinlər yaşmanar

Məclisə gəlsə haçan,

Əsəd Qəhrəman oğlu.


Baxışı, zəhmi ağır

Qovğası həyat kimi,

Salamını paylayar

Şirin mükafat kimi-

Əsəd Qəhrəman oğlu.


Bu obanın çiynində

O bir şah əbasıdı,

Hamının ağsaqqalı,

Hamının babasıdı-

Əsəd Qəhrəman oğlu.


… Əsəd kişi düz gəlibçatdı ağır oturub batman gələn Molla oğlu Əlişin, Sərxan kişinin, Rzaxan kişinin,Abbas kişinin, Saleh kişinin yanına. O, salam verəndə hamısı ayağa qalxdı və salamınıalıb «xoş gördük» dedilər. Onlar «selmax»ınyanına elə-belə yığışmamışdılar. Kənddə bir qan davası vardı onu yatırmağagetməli, odun üstünə su tökməli, iki nəslin arasında o davanı yatırmalıydılar. Birinci,Molla oğlu Əliş dilləndi:

- Əsəd kişi, bəlkəbiz o qapıya gedəndən sonra bu davaya son qoyula, onlar barışalar.

Əsəd kişi:

- Bəhmənlidə heçvaxt qan davası olmaz. Əgər bu kənddə sənin kimi və burda əyləşən ağsaqqallar kimiinsanlar varsa, hər şey Allahın köməkliyi ilə yoluna qoyulacaq.

… Bir dəliqanlı başqabir tay-tuşunu söyüş üstündə vurub öldürmüşdü. Və ölü yiyəsi də deyirdi ki, bizheç kəsə pislik eləmək istəmirik. Amma bizim adamı öldürəni biz də öldürəcəyik.Ona görə də kənd ayaqüstə idi. Və o qapıya da kim getmişdi, hamısına ağsaqqalları«yox» demişdi.

Kəndin beş min ildənçox tarixi var. Və o kənddə qan davalarınınə prokuror, nə rəis, nə də məhkəmə həll edib. Və bu kəndə heç vaxt polisdə gəlib kiməsə bir söz deməyə cəsarət etməyib. Ancaq ağsaqqalın razılığı olandansonra hər şey yoluna qoyulub. Yəni bütün qan davasını, narazılıqları kəndin ağsaqqallarıhəll ediblər.

Bu dəfə də onlar hamısı ayağa qalxdı və yas düşən məclisəsarı üz tutdular. Onları görən ev sahibləri o dəqiqə barmağını dişlədi. Və dedilərki, bu dağdan ağır kişiləri biz duz-çörəklə qarşılamalıyıq və onların sözünü yerəsala bilmərik. Söhbətə Əsəd kişi başladı.Rəhmətə gedən oğlanın atası bir balaca qurcalandı, amma Molla oğlu Əlişin zəhmlibaxışından sonra özünü yığışdırdı. Bu baxış da o demək idi ki, sən otur yerindəağsaqqalına qulaq as! Ağsaqqalın nə desə o da olacaq. Düz 6 saat ağır oturub batmangələn o kişilər yas sahibinin ağsaqqalı ilə söhbət elədilər və axırda da yas sahibininağsaqqalı barışığa icazə verdi. Öldürən tərəfin adamı gəlib yasda iştirak elədivə bununla da qan davasının qarşısı alındı. Düzdü, o uşağı öldürən dəliqanlı qanunlacəzasını aldı. Amma el ağsaqqalları sonugörünməycək bu qan davasına imkan vermədi və hər şeyi yoluna qoydu..

… O vaxtdan da Bəhmənlidədedilər ki, balam, Əsəd kişinin, Molla oğlu Əlişin, Rzaxanın, Abbas kişinin, Salehkişinin getdiyi qapıdan heç vaxt onları narazı geri qaytarmazlar. Çünki bu kişilərhəmişə odun üstünə su töküblər, qan davasını yatırıblar. Bəzən hər hansı bir kişininiki cavanın bir-birinə qovuşmasına mane olmasına da imkan verməyiblər. Biliblərki, hər iki cavan bir-birini sevib, amma valideynləri buna razı deyil. İş düyünədüşəndə yenə həmin ağsaqqallar yada düşüb. Əsəd kişi başının dəstəsiylə həmin qapıyagedib və «hə» alıb. Bax, bundan sonra görüblər ki, Bəhmənlidə bu kişilərin çox böyüksambalı, nüfuzu və yeri var.

Əsəd Qəhrəman oğlu80 ildən çox ömür yaşayıb. Ömrünün 60 ilini mollalıq edib. O, yas məclislərindəheç vaxt kimdənsə bir şey ummayıb və Bəhmənlidə heç kim deyə bilməz ki, Əsəd kişininmollalıq elədiyi bu 60 ildə kimsə ona 10 manat pul verib. Ən yaxşı halda özünündə xəbəri olmadan yas yerinə gətirilən bir neçə kiloqram qənd, çay, düyü pay qoyulabilərdi. Onları da çox vaxt Əsəd kişi götürməzdi.

Nənəm Telli arvad82 yaşında rəhmətə getmişdi. Atamın da çox yaxşı imkanı vardı. Və Əsəd kişigillədə yaxın qohumuydıq. Belə ki, atamın bacısı qızı Bənövşə Əsəd kişinin böyük oğlu Məhəmmədəlinin həyat yoldaşıidi. Atam nə qədər çalışdı Əsəd kişinin cibinə pul qoya bilmədi. Dedi götür pulunu, bir də belə eləmə!Sənə elə söz deyərəm ki, dəymişin dura-dura kalın yetişər. Atam da istər-istəməzo dəqiqə əlini geri çəkdi və pulunu öz cibinə qoydu. Əsəd kişi gördü ki, atam incidivə o dəqiqə onun qəlbini ələ aldı:

- A Qismət, səninrəhmətlik anan mənim qohumumdu. Bacın qızı da gəlinimdi. Özün də bilirsən ki, Bəhmənlidəheç kimdən bir manat uman deyiləm. İndi bu yaşımda o pulu götürüb günaha batım?

Əsəd kişinin bu sözlərindənsonra atam bir qədər kövrəldi və dedi ki, sən bizim ağsaqqalımızsan. Və heç vaxtnə sənin, nə Əliş əmimin, nə Abbas əmimin, nə Rzaxan əmimin, nə Saleh əmimin sözündənçıxan deyilik.

Əsəd kişi ehmalcabizdən çıxıb yavaş-yavaş pilləkənlə ikinci mərtəbədən yerə endi. Rəhmətlik nənəmin40 məclisi idi və bizim evdə də o qədər adam var idi ki, Əsəd kişinin getməyinisəbirsizliklə gözləyirdilər. Ona görə yox ki, Əsəd kişinin zəhmindən qorxurdular.Həm də Əsəd kişiyə hamının dünya boyda hörmətivardı. Bir də bizim evə yığışanlar futbol azarkeşləriydi. Onlar gözləyirdilər ki,Əsəd kişi getsin, sonra atam televizoru açsın və onlar futbola baxsın. Çünki o vaxtBəhmənlidə cəmi iki-üç evdə televizor vardı. Atam da bərk futbol azarkeşi olduğuüçün çoxları istəyirdi ki, elə onun yanında futbola baxsınlar.

Hamı nənəmə «Allah rəhmət eləsin» deyib stolun arxasınakeçdilər və televizoru yandırdılar. Futbolaelə maraqla baxdılar ki, sanki bir də futbol olmayacaqdı. Onda da «Neftçi» «DinamoKiyev»i uddu.

… Kəndimizdə ağıroturub batmaz gələn adını sadaladığımız Əsəd Qəhrəman oğlunun, Molla oğlu Əlişin,Rzaxanın, Saleh kişinin, Sərxan kişinin, Abbas kişinin yeri bu gün də görünür. Vəhəmişə də yaşlı nəslin nümayəndələri deyirlər ki, tay indi kənddə o cür ağsaqqallar qalmayıb. Düzdür, kənddə eləağsaqqallar yoxdu. Ancaq onların yerində yenə ağsaqqal var. Yol göstərən, çətingündə xeyir-şərə yarayan və arxa duran insanlar az deyil. Amma bu o demək deyilki, onlar Əsəd Qəhrəman oğludu, Molla oğlu Əlişdi, Seyid Rzaxandı, Saleh kişidi,Sərxan kişidi, Abbas kişidi…


TƏQVİM / ARXİV