Əbülfət MƏDƏTOĞLU: İŞIĞIN SİMVOLU

ƏBÜLFƏT MƏDƏTOĞLU
67179 | 2017-07-13 15:16

Mən akademik AkifMusayevi belə görürəm

Nə vaxtdı ki, ürəyimdə bir yazı yazıram… Və nə vaxtdı ki, buyazını yazıb qurtara bilmirəm. Bunun da səbəbini götür-qoy edəndə ağlıma ilk gələnbu olur ki, mən bu yazını hardan başlayıb harda nöqtəsini qoyacağımı tapmaqda çətinlikçəkirəm. Düzdü, bir söz adamı olaraq aşıq Alının məşhur misralarından da başlayabilər. Və yaxud da son illərin dillər əzbəri olan «yaşın nə fərqi var» fikrindəndə. Amma yazının ünvanlandığı Şəxsiyyət sözün bütün və gerçək mənasında elə birKişidi ki, elə bir Alimdi ki, mən sözümü onun ictimai, elmi çəkisinə uyğunlaşdırmalıyam.Onun şəxsiyyəti, onun alimliyi və ən vacibi onun Halal İnsanlığı bu yazıda görünməlidi.Bax, bu mənada ehtiyat edirəm. Ürəyimdə yazdıqlarımı elə ürəyimdə də cırıb bir kənaraatıram. İnanın ki, bu yazını yazmaq mənə o qədər çətin, o qədər məsuliyyətli gəlirki, mən bir anlıq fikrimdən daşınmaq, sadəcə onu bir cümlə ilə təbrik edib sözümənöqtə qoymaq istəyirəm.. Amma…

Adını eşidib, elmifəaliyyətindən mətbuat vasitəsilə tanış olduğum bu İNSANla ilk tanışlığım dəyərliyazıçımız, əsl xalq adamı Seyran Səxavətin qardaşı Xanlar Xanlarovun yas mərasimindəoldu. Məni bu İNSANa Seyran müəllim təqdimetdi. Daha doğrusu, məndən soruşdu ki, Akif müəllimi tanıyırsan? Doğrusu, mən dəbir az tərəddüd içərisində ehtiyatla dedim ki, barəsində eşitmişəm. Amma şəxsi tanışlığımolmayıb…

Və beləcə, başladıbizim tanışlığımız. Mən hörmətli akademikimiz, çox dəyərli eloğlum Hətəm QuliyevləSeyran Səxavətin və Akif müəllimin söhbətlərini dinləyə-dinləyə içimdə Xanlar Xanlarovada çox səmimi bir rəhmət oxudum. Axı, bizim qarşılaşmağımız və mənim barəsində həmişəxoş sözlər eşidib adıyla qürur duyduğum, sözün bütün gerçəkliyi ilə deyim ki, birnur topası olan İNSANla tanış olurdum. İndinin özündə də həmin o anı xatırlayanda,yenə o rəhmət dilimə gəlir, yenə o anları təkrar yaşayıram və yenə də Akif müəlliminona tərəf uzatdığım əlimi necə doğmalıqla sıxdığımı bütün varlığımla, bütün ruhumladuyub yaşayıram.


Elə həmin gündənbaşlayaraq mən Akif müəllimin həyat yolunu daha dərindən izləməyə başladım. Müxtəlifinsanlardan, hətta akademiyanın özünün səhifəsindən onun həyatıyla bağlı orada yazılanları,keçdiyi yolu nöqtə-vergülünə qədər öyrənməyə çalışdım. Xüsusilə bu işdə mənə akademikHətəm Quliyev, yazıçı Seyran Səxavət, eləcə də dostum Əlövsət müəllim, həmçininUmud Rəhimoğlu yardımçı oldular. Görüşlərimizin birində Vaqif Bəhmənli də söylədiki, Akif müəllim çox böyük ziyalıdı, çox böyük alimdi.

Mən bu sözləri SeyranSəxavətin dilindən də eşitmişdim, Umudun da, Əlövsət müəllimin də. Hətta bir dəfəmillət vəkili, yazıçı Aqil Abbas da Akif müəllimi möhkəm-möhkəm qucaqlayıb dediki, siz çox dəyərli kişisiniz, çox gözəl ağsaqqalsınız, çox böyük alimsiniz…

İndi özünüz təsəvvüredin, içərisinə düşdüyüm bu aura məni dinc buraxarmı?! Heç dinc də buraxmadı. Arayıb-axtardımvə əlimin altında olan mənbələrdən öyrəndim ki, Akif müəllim 1977-ci ildə Moskvaşəhərində, özü də SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutununİxtisaslaşdırılmış Elmi Şurasında «İqtisadi-riyazi üsullar» ixtisası üzrə namizədlikdissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb. Gəlin etiraf edək ki, həmin illərdə, həmin o yerlərdə alimlik adı almaq,istedadını sübut etmək və bacarığına hər kəsi inandırmaq hər kişinin hünəri deyildi.Hər özünü alim sayanın, özünü istedadlı sayanın boyuna biçilən titul deyildi. Bax,elə həmin o Moskvanın özündə Akif Musayev təkcə özünün kimliyini, qabiliyyətini,istedadını, elmi hünərini deyil, həm də Azərbaycan alimlərinin nəyə qadir olduqlarınıortaya qoydu. Bundan bir xeyli sonra o, bu dəfə Gürcüstanda, onun paytaxtında yerləşənTbilisi Dövlət Universitetində doktorluğunu müdafiə edərək dünyaya sübut etdi ki,Azərbaycanda kamil bir elm fədaisi, elm adamı var, yaşayır və yaşayacaqdır. Onuniqtisad elmləri doktoru kimi özünütəsdiqi artıq o demək idi ki, Azərbaycan MilliElmlər Akademiyasının daha bir müxbir üzvü bizim sıramızdadı, bizim gözümüzün önündədi.Dünyanın aparıcı dövlətlərində, xüsusiləABŞ-da, Rusiyada, Fransada, Almaniyada, İtaliyada, eləcə də İranda, Türkiyədə, Macarıstanda,Latviyada və digər məmləkətlərdə Akif Musayevin elmi uğurları, ortaya qoyduğu nəzəriyyəbirmənalı şəkildə qəbul olunmaqla yanaşı, həm də ən müasir, ən yeni elmi nəzəriyyəkimi qiymətləndirilir, dəyərləndirilir. Elmi konfranslardakı çıxışları onun təkcənəzəriyyəçi yox, araşdırmaçı yox, həm də nəzəriyyəsini ortaya qoyduğu elmi kəşfinhəyata tətbiqinə də nail olmaq imkanlarınıgöstərdi. Yeri gəlmişkən, xatırladım ki, Ümummilli Liderimiz hələ 1994-cü ilin sentyabrayının 24-də imzaladığı fərmanla RespublikaNazirlər Kabineti Yanında Dövlət Ali EkspertKomissiyası yaratdı. Həmin komissiyanın üzvlərindən biri də məhz Akif Musayev idi.Bu komissiyyanın tərkibində o, özəl təhsil müəsissələrinin fəaliyyətinin tənzimlənməsivə dövlət qeydiyyatı mexanizmlərinin yaradılması, həyata keçirilməsi ilə bağlı xeyliişlər gördü. Məhz onun tövsiyələri, onun elmi baxışları bu komissiyaya imkan verdiki, heç bir qarşıdurmaya, heç bir ictimai-sosial gərginliyə yol vermədən özəl təhsilmüəssisələrinin yaradılması haqqında qərar qəbul olunsun. Məhz bu qərardan sonraölkədə mövcud olan özəl təhsildəki böhran aradan qaldırıldı.

Akif müəllimlə söhbətlərimizinbirində eşitdiyim fakt bu gün də yadımdadı. Mətbuatla, ədəbiyyatla bağlı fikir mübadiləsiedirdik. Onun son dövr Azərbaycan ədəbiyyatı ilə bağlı söylədiyi fikir məni təəccübləndirdi.Etiraf edim ki, həmin ana qədər Akif müəllimin hardasa vaxt tapıb hansısa bir romanı,şeiri oxuduğunu təsəvvürümə gətirməmişdim. Lakin vurğulayanda ki, Elçinin son əsərini,«Azərbaycan» jurnalında çıxmış «Baş» romanını çox maraqla oxudum və onda nə boydasəhv etdiyimi içimdə bir fikir kimi boğub öldürdüm. Axı elmi konfranslar, çalışdığıelmi sahə, çiynindəki vəzifə yükü, xaricisəfərlər, ailə, ev, yaxınların müxtəlif məclisləri, rəsmi dəvətlər… bütün bunlarıniçərisində bədii əsər oxumağa, mətbuatı izləməyə vaxt ayırmaq, hətta elektron mediayada yer vermək o qədər də asan iş deyil.

Yaxşı yadımdadı,ötən ilin yayı idi. Umud Rəhimoğlunun rəhbərlik etdiyi Avrasiya Mətbuat Fondununtədbiri keçirilirdi. Fondun dəvətiylə Nobel mükafatı laureatı olan Məhəmməd Yunusun«Kasıbların bankı» kitabının təqdimatı və özü ilə görüş keçirilirdi. Elə fondun həyətində açıq havadatəşkil olunmuş həmin görüşdə qarşılaşdıq Akif müəllimlə. Və söhbət əsnasında öyrəndimki, mənim yalnız adını eşitdiyim bu Nobel mükafatçısı olan qonağımız barəsində onələri bilirmiş. Onun dünya çapındakı yeri,ortaya qoyduğu bilgisi Akif müəllim üçün təkcə qonağa hörmət və yaxud onu dəvətedənə ehtiram deyil. Bu həm də elmə, nəzəriyyəyə ayrılan diqqətdi. Üstəlik, həmino nəzəriyyənin Akif müəllim üçün doğmalığı idi. Çünki həmin nəzəriyyənin də şahdamarı iqtisadiyyatdan keçirdi, iqtisadiyyata söykənirdi. Deməli, Akif müəllim iqtisadi-riyazi nəzəriyyə olan həryerdə iqtisadi, riyazi təcrübə olan hər yerdəvə bir də bütövlükdə elm və ədəbiyyat olan hər məkanda öz yerindədi. Onun bu yerielmlər doktoru, AMEA-nın müxbir üzvü olmasından keçmir. Bu yer həm də onun halalhaqqıdı. Və…

Adətən alimlər barəsində,tanınmış şəxslər haqqında nəsə yazanda bu şəxsin həyat yolu ilə yanaşı, onun yaradıcılıqnümunələrinin də, kitablarının da, aldığı mükafatların da adları göstərilir, sayılır.Amma mən Akif müəllimin bələd olduğu həyatındakı uğurlarını saymaq, elmi məqalələrinin,əsərlərinin tələbələr üçün yazdığı dərsliklərin, dərs vəsaitlərinin, fənn proqramlarının,monoqrafiyalarının, metodik göstərişlərinin, məruzələrinin və sairənin adını çəkmirəm.Çünki bunlar bir alim üçün, bir alim ömrüüçün kifayətdən də kifayətdi. Amma burda bir məqam var ki, saydıqlarım Azərbaycanüçün deyil, həm də dünya elmi üçündü. Ona görə də həmin vurğuladığım yaradıcılıquğurları dünyanın ən böyük elmi müəssisələrindəyayılıb, tirajlanıb və bu gün də yayılıb tirajlanmaqdadı.

Maraqlı burasıdıki, hələ 1967-ci ildə Akif müəllim Azərbaycan Respublikasının MEA-nın Kibernetikaİnstitutunda fəaliyyətə başlasa da, sonra Moskvada aspirant kimi özünü sübut etdi.Artıq o illərdən məlum oldu ki, Akif Fərhad oğlu Musayev elmimizin təzə səhifəsiniyazmağa başlayır. Açdığı yeni səhifə özündən sonra gələnlərin üzünə açılan qapıolacaqdı. O qapıdan içəri girənlər məhz onun artıq elmi məxəzə çevrilən yaradıcılığındanbəhrələnirlər və bəhrələnəcəklər.

Həyatını iqtisadçı-alim,mükəmməl pedaqoq kimi təsdiq etmiş akademik Akif Musayev Azərbaycan adlı məmləkətdərespublikanın vergi sahəsində də elmi bilgilərin, məktəbin əsasını qoymuşdu. Məhzonun bu sahədəki fəaliyyəti verginin elmi əsaslarının işlənib hazırlanmasına, müasirdünya səviyyəsinə gətirilməsinə şərait yaradıb. Maraqlıdı ki, bu gün iqtisadiyyatımızınhansı sahəsinə çevrilib baxsaq, orda akademik Akif Musayevin izini, nəfəsini, sözünüxidmətini görəcəyik. Mən də bir qələm adamı olaraq içimdə abidəsini ucaltdığım,ürəyimdə adıyla, işiylə qürur duyduğum Akif müəllimin 70 illiyi ilə bağlı AMEA-nınqəbul etdiyi qərarla tanış olanda daxilən rahatlandım. Çünki layiq olduğu diqqətiöz sahibinin qapısını döyməsi çox gözəldi, həm də bir az kövrək duyğudu. İnanıramki, mənim yazdığım bu əl boyda yazı Akif müəllimin bütün xidmətlərinin çox cüzibir hissəsidi. Daha doğrusu, mənim ona olan güvəncimin, sevgimin ifadəsinin çoxkiçik bir damlasıdı. Mən bütün sevgimi, bütün sayğılarımı inanın ki, yaza bilmədim.Ona görə ki, Akif müəllimin özünü, həyatının, xidmətlərini torpağa bağlılığını,ailəyə sədaqətini yazmaq üçün mən çox kiçik adamam. Elə bu durduğum, olduğum nöqtədənsadəcə bütün ürəyimlə deyirəm:

- Yetmiş yaşın mübarək,Akif müəllim!


TƏQVİM / ARXİV