BİR KİTAB HAQQINDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
66619 | 2017-07-12 15:23

Daha doğrusu, "Bitməmiş son"a mənim münasibətim

Təbii ki, oxucu,xüsusilə söz adamları hər gün axtarışdadı, hər gün nəyisə arayır, hər gün nəyisəsoraqlayır və əlinə keçən, yaxud da ona təqdim olunan hər hansı bir yazıda, hərhansı bir kitabda öz düşüncələrinin əksini, öz xəyallarının rəsmini görmək istəyir.Bax, dediyim nöqtələri oxucu kitab səhifələrində özü ilə üz-üzə görəndə içindənməmnunluq hissi keçir, sanki rahatlanır. Amma bunun əksi olanda həmin o kitaba,həmin o vərəqlərə yönələn baxışını, üzündəki ifadəni təsvir etmək, xəyala gətirməkşəxsən mənim üçün heç də arzuedilən deyil. Amma neyləyim ki, mən bir oxucuolaraq hər gün yeni nə isə axtarıram və xoşbəxtliyimdən də hər gün həmin yenikitab təqdim olunur. Bax, bu yeni kitablar da məni sözün içindən çıxıb harasagetməyə qoymur. Bəzən öz-özümü kitab xəstəsi adlandırıram. Getdiyim, gördüyüm həryerdə təkcə almaq yox, həm də bir az yumşaq desək, kitab çırpışdırmaq istəyirəm.Bu, məsələnin bir tərəfi. O ki qaldı yazacağım yazıya...

Xasiyyətimdi,bir kitabı oxumağa başladımsa, onu yarımçıq saxlamağa hövsələm çatmır. Hətta işvaxtı da beş-üç dəqiqə fürsət olanda qayıdıram həmin kitaba. Oxuyuram vədüşünürəm. Özü də oxuduğum istənilən əsəri həmişə içimdə paralelləşdirirəm.Onun oxşarını, bənzərini yadıma salmaq istəyirəm. Yəni əsərin süjeti məni öncəoxuduğum əsərlər barəsində də nələrisə xatırlamağa həvəsləndirir, hətta bəzən məcburedir. İndi oxuyub başa çıxdığım"Bitməmiş son" bir anlıq mənə xalq yazıçısı İlyas Əfəndiyevin, sonraHüseynbala Mirələmovun, sonra Varisin və digərlərinin əsərlərini xatırladır.Buradakı mövzunun görüntüsü bir-birilə hardasa eyni müstəvidəydi. Amma əsərioxuyub başa çıxandan sonra apardığım o paralelləri, necə deyərlər, süfrə kimiaçdım qarşımda, sərdim yazı masamın üstünə. Və gördüm ki, "Bitməmiş son” biroxucu kimi şəxsən mənə görə əsərin qəhrəmanının hardasa monoloqudur. Yəni bu əsərbir xətt boyunca, bir insanın yaşantılarını ifadə edir. Burada konkret olaraq Rüstəmin, yəni əsərin qəhrəmanınınözəl həyatı qələmə alınıb. Adını çəkdiyim digər müəlliflərdən fərqli olaraq "Bitməmiş son"da Rüstəm obrazı bir kənduşağı, bir yetimçə əslində özünün digər fəaliyyətini, digər işlərini,uğurlarını və yaxud məğlubiyyətlərini dilə gətirmir. Onun özünün özü ilə etdiyisöhbətin ilkdən sona qədər olan məsafəsi şəxsi taleyidi. Özü də sevgi, məhəbbəttaleyi. Mən bunu hardasa həm də bir şəhvət hissinin qurbanı kimi də ifadə etməkniyyətimi gizlətmirəm.

Bəli, əsəri sözün həqiqi mənasında çox qısa müddətə oxudum. Səbəb müəllifin yazı dilinin səmimiliyivə şirinliyidi. O səmimi və şirin yazının qəhrəmanı kənddən şəhərə oxumağa gəlsədə kirayədə qaldığı evdə bir anın qurbanına çevrilir, girovuna çevrilir. Və özüdə etiraf edir ki, ev sahibinin dul qızıyla olan münasibəti həyatını alt-üstetdi. Kənddə qalan sevgisini də, anasını da, elə kəndinin özünü də həmin o biranlıq kəndi onun əlindən aldı, onun yolunu o kəndə bağladı. Kəndə qayıtmağa üzü qalmadı. Və anası da biranın qurbanı olan, girovu olan oğlunu bağışlamadı. Düzdür, anaların ürəkləriböyükdü. Bunu əsərdə da bir daha görürük. O Rüstəmi dildə bağışlasa da, ammaürəyində oğul böyüdərkən onunla bərabər böyütdüyü arzuları ölür, ümidləri daşadəyir. Əl qabarıyla, alın təriylə, yuxusuz gecələrlə və böyük ümidlərlə oğulböyüdən ana bir ocağın işığının necəsöndüyünü bilib ürəyinə yazandan sonra özünə çəkilir. Eləcə həmin o damınaltında təkliyinin, tənhalığının nöqtəsini qoyur.

Mən əsəri oxuduqca real həyatın bir məqamı olan süjetin gerçəkliyinə oxucu kimi inandım.Və hətta müəyyən xatırlamalarım da oldu. Bu xatırlamaları mənim yaddaşımda təzələyən əsər də məhz oxucuya, yəni mənə təsir etmək gücündə olduğuna görə bəyəndim, qəbuletdim. Doğrudur, mənim bu əsəri vəyaxud başqa hansı bir kitabı əsəri qəbul edib-etməməyim heç nəyi dəyişmir. Ammasöhbət ondadır ki, mən bu kitabı və həsr etdiyim zamanı itirilmiş saymadım.Əksinə, bu əsərdəki yazıçı üslubuyla razılaşdım, yazıçı təqdimatıyla həmfikiroldum. Gördüm ki, əsərin müəllifi Rüstəmin simasında mənim də tələbə olduğum illərin,müəyyən mənada həm də bu günlərin reallıqlarını bədiiləşdirə bilibdi. Ona görədə tələbə həyatının müəyyən detallarını əsərə əlavə etməklə qəhrəmanın, yəniRüstəmin özəl həyatını oxucu üçün cansıxıcılıqdan qurtarıb. Bir az da dəqiqifadə etsəm, yazıçı Rüstəmin təkcə intim duyğularını, intim həyatını deyil,onun xatirələrinin fonunda uşaqlığını da, kənddə keçən günlərini də, şəhərə necəgəlib çıxmasını da oxucu üçün anlaşılan səviyyədə ifadə edibdi. Əgər tələbənin, özü də kirayədə qalan tələbənin necəyaşadığını, vəziyyətinin necə keçdiyini yada salsaq, onda bu əsərdəki məqamlarlabirmənalı şəkildə razılaşmalı oluruq.

Mən "Bitməmişson”u oxuyub başa çıxanda bir məqamı da özüm üçün müəyyənləşdirdim. O da müəllifinöz qəhrəmanını qəbul etdiyi tənhalığı sonna kimi diqqətdə saxlamasıdı. Öz evinicəhənnəm sayan Rüstəm o cəhənnəmi, o xarabanı özü ilə doğulduğu ocağa daşımır.Və anası dünyasını dəyişəndə onun yanında olmaması, sonra da ata ocağını,anadan qalan müəyyən əmlakı heç bir təmənna ummadan paylaşdırması da həmin o təkliyin,tənhalığın yekunudu. Özünün də böyük həvəslə ocağının yanmasına çalışdığı, ortaməktəb illərində evin kişisi kimi hər bir zəhmətinə qatlaşdığı yuvanın sondataleyi kimi qəbul etdiyi tənhalığın ağuşuna atır. Bax, mənim bir oxucu olaraqRüstəmin monoloqu kimi qəbul etdiyim bu əsəri yazıçı ilə oxucu arasında yaxşıbir körpü yaradır. O körpüdən rahatlıqla keçmək olar. Çünki əsərin aurası,yaratdığı mühit gerçəklikdən yoğrulur. Və bir də əvvəldə xatırlatdığım kimi, kitabdakı ötəri personajlar, eləcə də Rüstəmin gerçək sevgisiylə qurbanlığıolduğu sevgi notları da dediyim oxucu, yazıçı körpüsündən keçmək gücündədi.

Bəli, mən Seymurmüəllimin "Bitməmiş son" kitabını oxuyub yekunlaşdırandan sonra bir anlıq duşundum. Bu əsərin oxucuya təsirgücü görəsən nə boydadı? Əgər bu yaşımda mən müəyyən nostalji duyğularyaşadımsa, müəyyən fikirlərlə ilk dəfə qarşılaşdımsa, deməli, başqaları da az vəya çox bu düşüncələri içindən keçirəcək. Və onda məlum olacaq ki, "Bitməmişson" həm də hardasa sonun başlanğıcıdı. Ona görə də sonun başlanğıcına elə"Bitməmiş son"un özündəki reallığın prizmasından baxmaq lazımdı. Əgərbaxa bilsək, onda əsərin təsir gücünü də hesablamış olacağıq.

P.S. Mən bu əsərioxumamışdan öncə mətbuatda çıxan yazılara rast gəldim. Hətta kitabın ön sözünüdə gördüm. Amma heç birini oxumadım. İstəmədimki, onların təsiri altına düşüm. İstədim ki, kitabı necə bir oxucu olaraqgörmüşəm, hiss etmişəm, yaşamışamsa o cür də münasibətimi ifadə edim. Zənnimcə,nəsə edə bildim.


TƏQVİM / ARXİV