ANA SƏHİFƏ / YAZARLAR

Yaradıcı əzabı

34947    |   2017-07-12 13:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məşhur yazıçı Frans Kafkanın bir fikri var: "Yaxşı əsər yazmaq üçün mütləq yazıçıda fiziki xəstəlik olmalıdır”.

Bu cümlə olduqca maraqlıdır.

Bu sitatda çox düşündürücü məqamlar var.

Söhbət mənəvi, iç xəstəliyindən getmir.

Yazıçı birbaşa qeyd edir: fiziki xəstəlik. Yəni, hər bir insanda ola biləcək fiziki xəstəlik.

Məşhur yazıçılara nəzər salanda onların hər birində müəyyən xəstəliklərin olduğunu görə bilərik.

Ağrı məsələsi diqqəti çəkir.

Bütün məşhur, tanınmış yazıçılar ağrı keçiriblər.

Əslində, mənim vurğulamaq istədiyim ayrı bir məqam var: yazıçının taleyi.

Mənə elə gəlir ki, istedaddan çox yaradıcı adamda tale olmalıdır.

Təbii, sıradan, hər kəsin keçirdiyi, atlatdığı bir taledən söhbət getmir. Bambaşqa, inanılmaz, kədərli və faciəli. Bu kimi tale yaşayan yazıçılar yəqin ki, mütləq gözəl əsərlər ortaya çıxarda biləcəklər.

Əslində, içindəki acılar səndə fiziki xəstəlik yarada bilər.

Yəni, nə qədər mənəvi acı çəksən, fiziki mənada ağrıların o qədər də çox olacaq.

Hər iki cəhətdən (həm mənəvi, həm də fiziki) xəstəlikləri olan yazıçı ağrını daha da dərindən duyur və bütün əsərlərində bunu oxucuya çatdıra bilir.

Yaradıcı əzabı deyilən bir şey var.

Bütün qələm əhli bunu yaxşı anlayır və hər kəsin də bunu anladacaq, izah verəcək sözləri olmalıdır.

Yaradıcı əzabı – sıradan, bəsit əzabların fövqündə dayanır. Burda maddi, mənəvi sıxıntı, ailə problemi, itki və s. bu kimi əzablar əsas yer tutmur.

Yaradıcı əzabı sırf insan əzabıdır.

Yəni, bu günə qədər var olan insanın əvvəldən sona doğru irəlilədiyi adını qoya bilmədiyi bir yolda yürüməsi və başından keçən qeylü-qallar.

Əlbəttə, yaradıcı adamların toxunduğu məqam məhz burda üzə çıxır.

İnsan amili... Ədəbiyyat bütövlükdə insana şamil edilib.

İnsan kimdir? İnsan niyə var? Nəyə görə insan yalnız dünyadadır? Niyə insan başqa canlılardan fərqlənir?

Bütün bu suallar ədəbiyyatın, yaradıcı insanların düşündüyü və cavabını da çətinliklə verdiyi BÖYÜK SORĞULARDIR.

Yaradıcı insan özgür olmaqla yanaşı tale yaşamağa da borcludur. Bu tale onun istedadı ilə bütövləşib gözəl əsərlər yaratmağa qadir olur.

Yaradıcı əzabı yazıçın, şairinin daim çiyinlərindən asılı vəziyyətdə onun taleyi ilə birlikdə addımlamalı və daim ona ağrı, acı yaşatmalıdır.



İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
SON XƏBƏRLƏR
2017-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:
- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?
Kişi əsəbiləşir:
- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!




digər lətifələr
ARXİV
FACEBOOK