Regionlarda internetin sürəti artırılacaq
"Aztelekom” MMC "aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.
Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır. Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər. Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.
Digər Xəbərlər
17 Aprel 2024 21:00
Türkiyədə "Baykar" şirkətinin yeni qanadlı raketi sınaqdan keçirildi - VİDEO
16 Aprel 2024 18:40Saxta nömrələrdən zəng gələrsə, diqqətli olun - XƏBƏRDARLIQ + VİDEO
16 Aprel 2024 18:17Azərbaycanda bu provayderlər cərimələndi
16 Aprel 2024 16:01Bakcell böyük dəyişiklər astanasında
15 Aprel 2024 09:56