DÜNYANIN ƏN GÖZƏL ÖLÜSÜ

FAİQ QİSMƏTOĞLU
64899 | 2017-07-11 13:34

Zəhra dünyaya gələndəhamıdan çox babası, nənəsi, atası, anası sevinmişdi. Hamıdan çox sevinən bu insanlarZəhranın toppuş əllərini, nurlu çöhrəsini, işıqlı gözlərini heç vaxt unuda bilmirdilər.Heç vaxt unuda bilmirdilər ki, bu balaca fidan körpə nə vaxtsa bir anın, bir dəqiqəniniçində həlak ola bilər. Onlar balalarının, nəvələrinin sevincini yaşayırdılar. Ondada balaca Zəhra dünyanın ən gözəl uşağı idi…

Dünyanın ən gözəluşağını işğalçı ermənilər yaşamağa qoymadılar. Və dünyanın ən gözəl uşağı nənəsiyləhəyətlərində gəzəndə qumbaranın partlayışının qurbanı oldu. Bir yaş səkkiz aylıqZəhra Quliyeva və nənəsi Sahibə Quliyeva qumbaranın partlaması nəticəsində elə həyətlərindəcəal qana boyandılar. Qırmızı qana boyanan nənəni və balaca Zəhranı görəndə doğmalarının ürəyinə çalın-çarpaz yaravuruldu. Hamı bir göz qırpımında özünü həlak olmuş nənəyə və nəvəyə çatdırdı. Ammahər şey gec idi. Yağı düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoymuşdu…

Füzuli rayonununAlxanlı kəndinin sakinlərinin yaddaşında iyulun 4-ü saat 20:40 dəqiqə ən qanlı günkimi tarixə çevrildi. Bu an, bu dəqiqə həmin insanların ürəyində çox faciəli və qanlı bir yaddaşa nöqtə qoydu. Bu anı, bu dəqiqəninəinki alxanlılar, heç dünya da yaddan çıxara bilməyəcək…

Onsuz da ermənilərhər gün, hər saat atəşkəsi pozurlar. Dəfələrlə Ağdamın, Füzulinin, Tərtərin dincsakinlərinə güllə-boran ediblər. Bu atılan güllələrdən və mərmilərdən evlər dağılıb,insanlar həlak olub. Çünki ürəyi daşdan olan erməni faşistlərinin nə uşağa, nə qadına,nə də qocaya heç vaxt rəhmi gəlməyib…

O balaca, o toppuşəlli, o maral gözlü Zəhranın qana boyanmış çöhrəsi heç vaxt heç kimin yadından çıxmayacaq.Markesin belə bir əsəri var: «Dünyanın ən gözəl ölüsü». O ölünü görəndə dənizinsahilində hamı o meyitə qibtə ilə baxır. Onun saçını sığallayırlar, əllərin sığallayırlar,gözlərini sığallayırlar. Hətta ərlərini sevə bilməyən qadınlar belə onu sevməyəbaşlayırlar. Bu Markesin təsvir elədiyi dünyanın ən gözəl ölüsüdü. Bu gün dünyanınən gözəl ölüsü bizim ölüdü – Zəhra Quliyevadır! Onun gözlərinə, çöhrəsinə, toppuşəllərinə baxanda adam düşünür ki, bu uşaqdan gözəl ölü dünyada olmayıb. Çünki bukörpənin heç bir günahı, heç bir suçu yoxdur. Bu körpə mələk idi. Gəldi bu dünyayavə bu dünyadan da getdi Allahın dərgahına. Bu körpə dünyanın ən gözəl ölüsüdür.Çünki dünyanın gözəlliyini, şirinliyini,məhəbbətini bu balaca qəlbində maral gözündə o dünyaya aparıb. O dünyada isə sorğusuzvə sualsız Zəhranın yeri cənnətdir.

Ən daşürəkli adamlar,ən dözümlü insanlar belə onun faciəli ölümünə kövrəldilər, ağladılar, gözləri doldu.Çünki Zəhra dünyanın ən gözəl uşağıydı. Zəhra öz isti nəfəsi, öz şirin təbəssümüilə bir elə, bir obaya sevinc bəxş eləmişdi. Atasının, anasının, doğmasının günəşiydiZəhra. Onun internetdə yayılmış görüntülərinə baxanda adamın ürəyi para-para olural qana boyanmış cocuq çöhrəsi… Gözünü əbədi yummuş körpə bir fidan…

Təbii ki, bu anlarıgörən, bu anlara baxan hər bir insanın ürəyi köksündən çıxır. Çünki bu dünyada cocuqların,körpələrin heç bir günahı yoxdur. Günah bəzi qudurmuş insanlardadır ki, ən müasirsilahlarla dünyanı dağıdırlar. Körpəyə, qadına, qocaya baxmırlar…

Zəhra bir Alxanlıkəndinin cocuğuydu, körpəsiydi. Uzaqbaşı onu qohum-əqrəbası, Füzulidə tanıya bilərdilər.Amma bu əbədi ölümü ilə Zəhranı bütün dünya tanıdı. Bütün dünya tanıdı ki, FüzulininAlxanlı kəndində bir cocuğu ermənilər nənəsi ilə bir yerdə qanına qəltan ediblər.Dünya tanıdı ki, Xocalı faciəsini törədən, Qarabağda qırğın yaradan yağı düşmənqan içməkdən hələ ki, doymayıb. Dünya onu da tanıdı ki, Azərbaycanın haqq səsinieşitmək lazımdır. Deyəsən bu dəfə kar qulaqlar, daş ürəklər, kor gözlər belə balaca Zəhranın ölümünə dözmədi…

Qardaşım ElxanlaAlxanlıya üz tuturuq. Yanımda mamam oğlu Tehran, oğlum Emil və bir də sürücümüzAydın var. Alxanlı qəbiristanlığına çatırıq və nə qədər qorxulu olsa da, qəbiristanlığagedirik. Çünki ermənilər hər an həmin mövqeyi vura bilər. Vətən sevgisi, Zəhrayaolan məhəbbətimizi bizi heç nədən çəkindirmir. Hətta oğlum Emil deyir ki, ata, lazımdısalap qabağa gedək. Qabağa getməyə ehtiyac qalmır…

Maşından düşüb Zəhranındəfn olunduğu yerə çatırıq. Nənəsi ilə biryerdə dəfn olunub. Bir tərəfdə nənəsinin qəbridi, bir tərəfdə də onun. Məzarın üstünəşəkili qoyulub, güllər düzülüb, oyuncağı atılıb və hətta başmağı da qoyulub. Buanı, bu dəqiqələri görmək çox ağırdır. Molla «Yasin» oxuyur. Göz yaşlarımızı saxlayabilmirik. «Yasin» başa çatandan sonra aşağı əyilib onun məzarından öpürük. Bax,bundan sonra bir balaca ürəyimiz sakitləşir.

Mamam oğlu Tehrandeyir ki, yas yeri Alxanlıda deyil. Çünki məsləhət biliblər ki, burda olmasın. Ermənilərhəmin yeri vura bilərlər. Ona görə də yas yerini Zobucuqdakı 5-ci qəsəbədə keçirirlər.Sürücümüz Aydın dillənir ki, həmin yer o qədər də uzaq deyil, cəmi 2-3 kilometrməsafədir…

Biz həmin məsafəniqət etmək istəyəndə iki nəfər yolda duran bir qadın, bir kişi bizə yaxınlaşır. Deyirki, biz də yas yerinə gedirik. Onlar maşınımıza əyləşir və həmin istiqamətə üz tuturuq.Beş-on dəqiqədən sonra yas yerinə çatırıq…

Yas çatıdırı diqqəticəlb eləyir. Elə bil ki, çiynimizdə dünyanın ən ağır yükü var. Bilmirik, ev sahibinə necə təsəlli verəcəyik, dil-ağız edəcəyik,necə dərdlərinə şərik olacağıq. Adamlar çox olduğuna görə və hava da həddindən artıqisti olduğu üçün əksəriyyət çöldə əyləşib. Uzaqdan diqqətimi yaxın dostlarımızdanolan istedadlı müğənni Eldəniz Məmmədov cəlb eləyir.

Yas yerinə yaxınlaşırıqvə bir-bir orda olan insanlarla görüşüb başsağlığı veririk. Heç bilmirik onlarınhansı babasıdır, hansı atasıdır, hansı əmisidir, hansı dayısıdır. Hamının gözündəbir kədər var. Hamının çiynində dünyanın bir ağır dərdi hiss olunur. Bu dərd biryerdə çəkiləndə bir qədər yüngülləşir…

Atası, babası bizə təşəkkür eləyirlər. Deyirlər ki, əziyyət çəkibuzaq yoldan gəlmisiniz. İki daşın arasında stola çay gətirirlər. Amma nə illah eləyirəmsə bir qurtumçay boğazımdan keçmir. İstər-istəməz sevdiyim peşəm mənim köməyimə çatır və özümündə xəbərim olmadan məclisi ələ alıram. Düz yarım saat onlarla dərdləşirik, dərdimizibölürük. Və hiss eləyirəm ki, bu söhbətdən sonra atasının, babasının, əmisinin,dayısının… dərdi bir qədər yüngülləşir…

Dostumuz istedadlımüğənni Eldəniz Məmmədovsa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım ƏliyevanınZəhranın xatirəsinə həsr etdiyi «Səni niyə öldürdülər?» şeirini elə bir ahənglə,elə bir avazla ifa edir ki, məclis iştirakçılarının hamısı bu şeiri diqqətlə dinləyir.Sanki həmin şeir oxunan zaman Zəhranın ruhu mələklərlə bir yerdə bir anlıq yerəenmişdi. Sanki atası, babası, doğmaları həmin şeiri dinləyə-dinləyə Zəhranın ruhuilə danışırdılar. Şeir o qədər gözəl və yaddaqalan idi ki, bu şeiri dinləyəndənsonra onun atasının, babasının ürəyində bir toxtaqlıq, bir sakitlik və bir rahatlıqyaratdı. Və ailə hiss elədi ki, ölkə prezidenti cənab İlham Əliyevin və onun ailəsinindiqqətindən kənarda deyillər. Onlar hiss etdilər ki, bu anda, bu dəqiqədə bütünAzərbaycan xalqı, bütün dünya onlarladı. Onlar hiss etdilər ki, bu dərd Alxanlının,Füzulinin kədəri deyil, bəşəri bir kədərdi.

Leyla Əliyevanınbu şeirini dinləyəndən sonra yas məclisində iştirak eləyənlərin hamısının ürəyindəbir rahatlıq yarandı. Aydındır ki, yas olan məqamda Zəhranın qohum-əqrəbası nə televizorabaxır, nə radioya qulaq asır, nə də qəzet oxuyur. Onlar ancaq bütün xəbər və məlumtalarıyas məclisinə gələn insanlardan eşidirlər. Və bu xəbərləri də eşidəndə onların dağboyda dərdi yüngülləşir, bu millətə, bu xalqa güvəndiklərini hiss edirlər. İnsanxalqına, millətinə, prezidentinə güvənində daha güclü olur.

Zəhranın da valideynləribu ağır, bu çətin gündə ölkə prezidenti İlham Əliyevə sığınmışdılar, güvənmişdilər.Çünki balaca Zəhranın qisası onun həlak olmasınınelə üçüncü günü erməni işğalçılarından alındı. Bu yas yerinə, bu yas məclisinə Azərbaycanıno yerindən qalmadı ki, insanlar axın eləməsin. Ən çox da Zəhranın uyuduğu qəbiristanlığaziyarətə gələnlərin sayı-hesabı yox idi. Bu böyük sevgi türkçülüyün, azərbaycançılığıngöstəricisi idi…

Dünyanın ən gözəlölüsü idi Zəhra. Və dünyanın ən gözəl ölüsündən heç kəs əl çəkmək istəmirdi. Hamıistəyirdi ki, sonuncu dəfə onun başına sığal çəksin, əllərini tumarlasın, əbədiyumulmuş gözlərinə baxsın. Dünyanın ən gözəl ölüsü dünyanın ən böyük işığıydı, nuruydu. Deyirlərki, məzara qoyulanda qəbirdə işıq görünüb. Bu işıq dünyanın ən gözəl ölüsünə Allah-Təalaverdiyi əbədi nur idi. Bu əbədi nur onun məzarında əbədi də qalacaq. Çünki bu məzaradi bir məzar deyil, həm də dünyanın ən gözəl uşağının və ən gözəl ölüsünün məzarıdı.Və bu məzar bir ziyarətgaha çevrilib. O ziyarətgah ki, dünyanın ən gözəl uşağınınvə ölüsünün ətrini, iyini burdan almağa gələcəklər…


TƏQVİM / ARXİV