Altı sözdən ibarət hekayələr
Çox maraqlı romanlar və hekayələr müəllifi olan dünya şöhrətli yazıçı Ernest Heminquey bir dəfə belə bir mübahisə edir ki, o, bir neçə sözdən ibarət elə bir hekayə yaza bilər ki, hər bir oxucunun qəlbini göynədər.
O, bir neçə sözdən ibarət: " Uşaq çəkmələri satılır. Geyinilməmişdir” tərcümədən asılı olaraq, 1 söz artıq və ya əskik ola bilər. Ən qısa bir hekayə yazmaqla, mübahisəni udur.
O vaxtdan indiyədək dünya şöhrətli yazıçının bu təcrübəsindən bir çoxları yararlanmış və onun kimi 6 sözdən ibarət qəlblərə toxunan qısa hekayələr yazmağa cəhd etmişlər.
Bu hekayələrin ən qısa və oxucuları daha çox təsirləndirən 18-ini sizə təqdim edirik:
1. Paraşüt satılır, heç vaxt açılmayıb, bir az ləkəsi var.
2. "Siz nömrəni səhv salmısız” – tanış səs cavab verir.
3. Sərnişinlər, indi sizinlə danışan kapitan deyil.
4. Üzümü qırxmağı anam mənə öyrədib.
5. Mən doğma qəlb gördüm – O isə məni görmədi...
6. Mənim əksim indicə mənə göz vurdu.
7. Yadlar. Dostlar. Yaxşı dostlar. Aşnalar. Yadlar.
8. Bu bizim qızıl toyumuzdur, amma süfrə bir nəfərlikdir.
9. Bu gün mən yenidən özümü anama təqdim elədim.
10. Səyyah hələ də siqnal verirdi. Yerdir – yox...
11. Mən evə qızılgül gətirmişdim. Amma açarlarım uygun gəlmədi.
12. Sınıq pəncərənin üzərində yazılmışdı: "Yeni evlənənlər”
13. Yataq otağımızdan iki nəfərin səsi gəlir. Mən qapını döyürəm...
14. Özümü yaşa dolmuş təsəvvür edirdim. Yaşa doldum. Təsəvvürüm itdi.
15. Mən aşağı atıldım. Sonra fikrimi dəyişdim.
16. Əsgər, biz çəkmələri cüt satırıq...
17. O, arvadının qatilinə butulka ilə süd verirdi.
18. Cərrah pasientin həyatını xilas edir. Pasient Allahına dua edir.
Digər Xəbərlər
25 Aprel 2024 13:22
Əsrin poeziyası, yaxud həyatın poetik fəlsəfəsi
24 Aprel 2024 10:45İlber Ortaylının halı pisləşdi, təyyarə gecikdi
22 Aprel 2024 19:09Komitə sədri Baş redaktoru təbrik edib
22 Aprel 2024 19:01Dünya Qarabağlı: Qəlbi kövrək müəllim
22 Aprel 2024 17:41