adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: ƏKBƏR BAYRAMOV DA ÇIXDI GETDİ AĞDAMA, QALDIQ BİZ…

AQİL ABBAS
146809 | 2017-07-12 13:20

Nə böyük şərəfdiBakı Dövlət Universitetini bitirmək. Əslində bu universitet deyiley, Akademiyadı. Elə yarandığı gündən.Bu gün də o missiyanı yerinə yetirir, özü də ləyaqətlə.

Biz bu universitetdəoxuyanda forslanardıq, qoltuğumuzda gəzdirdiyimizvə ya kəmərimizə taxdığımız dəftərlərə irihərflərlə ADU (o vaxt Azərbaycan Dövlət Universitetiadlanırdı) yazardıq, görsünlər biz hardaoxuyuruq ey. Hətta o vaxt belə bir bayatı da vardı:

Əziziyəm, dilən gəz,

Əlini aç, dilən,gəz.

APİ-də xan olunca,

Universitetdə dilən-gəz.

Çox qeyri-adi müəllimlərimiz vardı. Hərdən həmin müəllimlərin haqqındayazıram. Və dünən belə qərara gəldimki, ümuiyyətlə, universitetdə mənə dərs deyən və dərs deməyən müəllimlərim haqqında xatirələrimiyazım və kitab halında çap etdirim.Niyə dünən? Bizi adam eləyən professor Əkbər Bayramovun ölüm xəbərini eşitdim. Çox duyğulandım, hətta ağladım. Axı niyəyazmayaq ki, Azərbaycanda belə kişilər, belə alimlər, belə pedaqoqlar olub. Biz yazmasaq kim yazacaq?

Əkbər Bayramov! Azərbaycanda psixologiya elminin əsaslarını qoyan bir kişi,qeyri-adi bir müəllim. Eləcə də91-lərdən biri. 91-lər bilirsiniz də kimlərdi? Mənə dərs deyib. Və heçdə sevdiyi tələbə olmamışam. Hərçənd ki,mən də kolanılıydım, o da.

Mən həmişə kolanılarla fəxr eləmişəm: Ziyəddin Göyüşovla, Rəşid Göyüşovla,Bayram Bayramovla, Əkbər Bayramovla, Bəxtiyar Əliyevlə, Rövşən müəllimlə (heyf kifamiliyasını unutmuşam), Həmidovlarla, Rəfiyevlərlə, Yusif və İlham İsmayılovlarla, təbii ki, daha çox babam QaçaqAbbasla.

Sizinlə Əkbər Bayramovla bağlı xatirələrimibölüşmək istəyirəm.

Əkbər müəllim əvvəllər APİ-də kafedra müdiriydi, sonragəldi Universitetə. Və bizə psixologiya dərsideməyə başladı. Qəribəliyi ondaydıki, bir müəllim kimi çox fərqlənirdi. Əvvəla, adama yovuşmazıydı, hələ heç mən onun gülən sifətinigörmədim. Amma çox güclü sarkazmı vardı.Bəzən dediyi sözü bir batman balla yeməkolmazdı. Tələbələri sevən idi, tələbələr də onu sevirdi. Ona görə yox ki, Azərbaycanın görkəmli yazıçısı rəhmətlik Mir Cəlalkimi heç kimi kəsməz, heç kəsə aşağı qiymət yazmazdı. Ona görə ki, yuxarıda qeyd etdiyim kimi,tələbələrini sevərdi. Bəlkə də universitetdədərs dediyi ən zəhləsi gedən tələbələrindənbiri mən idim, həm də ən çox sevdiyi tələbələrindən biri mən idim.

Üç-dörd xatirəmi sizinlə bölüşmək istəyirəm.

Seminardı. Məni qaldırdı. Dedim ki, müəllim, hazır deyiləm. Səbəbinisoruşdu. Dedim ki, bu gün Bəxtiyar Vahabzadədən kurs işim var, bütün günü yazdığımqaralamanı ağlamaya köçürmüşəm, ona görə seminara hazırlaşmamışam. Xətrinə dəyənbaxışlarla məni süzdü və dedi:

- Oğul, mənim çoxgözəl xəttim var, indən belə qaralamanı ağlamaya köçürəndə gətir ver mən köçürüm, əziyyət çəkmə.

Və Əkbər müəllim bilmirdi ki, mən də elə-belə oğlan deyiləm.

Aradanbir iyirmi gün keçdi. Pir olan Firudin Hüseynovun fənnindənbir kurs işim vardı, qaralamanı yazmışdım, səhər dərsə gələndə iyirmi səhifəlikkurs işini apardım qoydum Əkbər müəlliminönünə:

-Müəllim, demişdiniz ki, gözəl xəttiniz var, qaralamanı gətirmişəm köçürün verin.

Altdanyuxarı mənə baxdı və bir söz demədi. Səhərisi günü qaralamanı gözəl xətlə ağlamayaköçürüb Cəmilə Təhmasib gətirdi verdi mənə. Cəmilə xanım həmin kafedranınmüəllimi idi, həm imtahanlarda assisenti idi Əkbər müəllimin. Və onu da öyrəndimki, qaralamanı ağlamaya köçürən Cəmilə xanım olub.

Bəzənonun mühazirələrini çox təəssüf ki, adınıyadımdan çıxartdığım APİ-nin müəllimi olan bir alim gəlib deyərdi. Amma bəzəno qədər üzr istəyirdi ki…

…- Balalarım, mənim əzizlərim, mənim sevgili tələbələrim sizdən çox üzr istəyirəm,dəfələrlə üzr istəyirəm, bağışlayın, siz bir qızı sevəndə, ya bir oğlanı sevəndə…

Allah,sən saxla…

…- Balalarım, əzizlərim, mənim sevimli tələbələrim, çox üzr istəyirəm, məni bağışlayın, bu ifadəyəgörə, siz ailə quranda…

Bax,belə mənasız üzr istəmələri vardı. Bir gün yenə başladı belə mənasız üzr istəməyə və üzr istəmənin sonunda da məlumoldu ki, biz evlənəndən sonra bizim övladımız olacaq.

Məndə qalxdım dedim ki:

-Müəllim, o qədər üzr istədiniz ki, elə bildimvar-yox söyüşü edəcəksiniz.

Omüəllim auditoriyadan çıxıb getdi və bir də gördüm ki, dünyada dekanlar dekanı, tələbələrin atası Ağamusa Axundov girdiauditoriyaya və dedi ki:

-Ə, avara, dur auditoriyadan çıx, bir də bu müəllimin dərslərinə girmə.

Vəsonra heç o müəllim bir daha bizə mühazirəoxumadı. Sadəcə olaraq növbəti dərsdə Əkbərmüəllim məni qaldırıb hansısa böyük şəxsiyyətlərin dediyibir-iki misal çəkdi, mənası da beləydiki, bir də belə qələt eləmə.

Əkbərmüəllimin qəribə imtahan götürməsi vardı.Bir psixoloq kimi hər tələbənin qiymətiniçox gözəl bilirdi. Bir də görürdün imtahandan əvvəl çıxdı bayıra və dedi ki, cəmi yeddi «beş»im var, kim istəyir gəlsin. Təbii ki, dərhal beş alanlar birinci girirdi. Sonra çıxıb deyirdiki, on iki «dörd»üm var, kim istəyir gəlsin, dördə oxuyanlar girirdi. Sonra çıxıb deyirdi ki, iyirmi dənə «üç»üm var, üç alanlar gəlsin. Onlargedirdi. Sonra çıxırdı ki, cəmi yeddi dənə «iki» var, gəlsiinlər və bizlər girərdik.

Yada bütün əlli tələbəni yığırdı auditoriyaya. Kimsə sualın cavabınıbilməyəndə tələbənin birini qaldırırdıki, bu suala cavab ver, həmin tələbə suala cavab verirdi, çağırıb onun kitabçasına«beş»ini yazırdı ki,«gedə bilərsən».

Birdəfə qəribə bir hadisə oldu. Yenə həmişəki kimi dedi yeddi «beş»im var, birinci beş alanlar oturdu onun önündə. Və hamısı da «beş»ini alıb getdi.

Bizdəbir Müslüm vardı şəmkirli balası, indi fəlsəfəelmləri doktorudu, deyəsən Tibb Universitetindəçalışır, universiteti qırmızı diplomla bitirmişdi.İmtahana gecikmişdi. Dörd alanlarıdəvət edəndə o, gəlib çıxdı. Bu «beş»əcavab verib, amma Əkbər müəllim deyirki, yox, yeddi «beş»im vardı, hamısını vermişəm, qurtarıb. Buda yalvarır. Əkbər müəllim dedi ki, ondaçıx beş alanlardan birinə de qaytarsın «beş»i, sənə «beş» yazım. Müslümçıxdı bayıra, o beş alanlardan xahişedir ki, mənə kömək edin. Kim «beş»ini qaytarar.

Gürcüstanlı balasıTahir Mənsimov vardı (indi deyəsən Bakı şəhər İcra Hakimiyyətində çalışır), girdiiçəri, dedi mən «beş»imi qaytarıram, onuyazın Müslümə. Əkbər müəllim güldü və Müslümədə «beş» yazdı. Əslində Əkbər müəllimbir psixoloq kimi eksperimentlər aparırdı.

Elədiyim müəyyəndəcəlliklərə görə qorxurdum ki, mənidə kəsə. Bayram Bayramova zəng elədim, dedim ki, Bayram müəllim, səhər Əkbərmüəllimdən imtahanım var. Gəldim oturdum«üç»dən sonra çağırılanların siyahısında.Təbii ki, day özünüz başa düşdünüz də…

Əkbər müəllim yavaşcamənə tərəf əyilib qulağıma pıçıldadı:

- Oğul, mən sənə«beş» yazsam həm bu tələbələrin qarşısında hörmətimi itirərəm, həm də özümün.Sənə «iki» yazıram, amma xahiş edirəm çıxBayrama zəng elə de ki, «beş» almısan. Get hazırlaş, on gündən sonra gələrsən.

Mən də çıxıb Bayrammüəllimə zəng etdim ki, «beş» aldım. Amma bu söz mənə necə təsir elədisə, getdimon gün oturdum kitabxanada və psixologiyanı necə öyrəndimsə və bu gün də həmin elm yazıçılıqdamənə kömək edir. Və gəldim kafedrada birneçə müəllimin önündə imtahan verdim. Əkbərmüəllim özü kənardan izləyirdi, dedi:

- Ə, Kolanı balası, səningül kimi başın var, niyə işlətmirsən?

Və mənə «beş» yazdı.

Əkbər müəllim 87yaşında çıxdı getdi Ağdama, Kolanıya, daha dəqiq desək, Kolanının Əlimədətli kəndinə,orda doğulmuşdu. İndi baxıram ki, Əkbər müəllim bizə dərs deyəndə heç demə 40-41 yaşı varmış.Amma biz elə bilirdik ki, qoca kişidi. Firudin Hüseynov bizə dərs deyəndə onu daqoca kişi bilirdik, heç demə 35-36 yaşı varmış. Ya Tofiq Hacıyev, ya Ağamusa Axundov,ya Təhsin Mütəllibov, ya Əkbər Hacıyev, ya Aydın Əbilov (gör bizə kimlər dərs deyib ey), ya Fərhad Zeynalov, ya Həsən Şirəliyev,ya Şülən Şirəliyev, ya Vəkil Hacıyev, ya Ağa Laçın və elə Bəxtiyar Vahabzadəninözü. Onlar hamısı cavan adamlarıymış,amma bizim gözümüzdə qoca sayılırdılar. Bilirsiniz niyə? Ağır oturub batman gələn kişiləriydilər. Bir tələbə deyə bilməzki, hansınasa bircə stəkan çay alıb. Və ənçox ona sevinirəm ki, bu gün də BakıDövlət Universiteti o ənənəni qoruyub saxlayır.

Bax, Əkbər müəllimağır oturub batman gələn kişilərdəniydi. Və bu gün Azərbaycanda bəlkə minlərlə tələbəninüstündə (o tələbələr ki artıq çox yüksək dövlət vəzifələrində çalışırlarvə ya Əkbər müəllimin ənənələrini davam etdirirlər) Əkbər müəlliminhaqqı var. Mən həmin tələbələrdən tanıdıqlarımın siyahısını da dərc edə bilərəm.

Əkbər müəllim, öztələbələrinə haqqını halal elə və mənə də haqqını halal elə!

Universiteti bitirəndənsonra heç vaxt sənə «Əkbər müəllim» demədim, «Əkbər əmi» dedim.

Əmi,Ağdama yolun açıq olsun!

P.S.Ürəyimdəkilərin hamısını yaza bilmədim, ona görə ki, oxucunu yormaq istəmədim.


TƏQVİM / ARXİV