ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bu gün Məcnun, sabah Nəsimi...

Gənc aktyor Bəhram Həsənov: "Bizim kursda ən zəif tələbə mən idim"

17677    |   2017-07-08 00:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gənc aktyor Bəhram Həsənov: "Bizim kursda ən zəif tələbə mən idim"

90 illik yubileyi yaxınlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı incəsənətimizə böyük aktyorlar bəxş edib. Dünən olduğu kimi, bu gün də həmin kollektivdə tanınmış səhnə xadimləri çalışır. Bəs gələcəkdə necə, bu ənənə davam edə biləcəkmi? Qocaman sənət ocağına toplaşan gənc istedadların fəaliyyətini izlədikcə estafetin etibarlı əllərdə olması barədə bir əminlik yaranır.
Bəhram Həsənov Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan belə ümidverici gənclərdən biridi. Qısa müddət ərzində Bəhram həm yerli, həm də dəvət olunan əcnəbi rejissorların etimadını qazanıb, bir neçə tamaşada baş rollar oynayıb. Söhbətə başlamazdan öncə gənc aktyor barədə qısa bilgi verək.
Bəhram Həsənov 1988-ci ildə Cəlilabadda doğulub. Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq artisti Firəngiz Mütəllimovanın kursunda təhsil alıb, ali məktəbi bitirəndən sonra Bakı Estrada Teatrında çalışıb. 2015-ci ildən Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul edilib. Səhnədə yaratdığı Fərman "Xortdanın cəhənnəm məktubları"), Qeys ("Leyli və Məcnun"), Sabir ("Yarımçıq qalmış") kimi mürəkkəb obrazlarla teatr təndiqçilərinin və tamaşaçıların diqqətini çəkib.

- Bəhram, teatrda ilk böyük işin "Xortdanın cəhənnəm məktubları"ndakı Fərman oldu. Bu tamaşada təkcə baş rol deyil, tamaşaçı rəğbəti və tanınmış rusiyalı rejissor Boris Manciyevdən nəsə öyrənmək imkanı qazandın...
- Gənc Tamaşaçılar Teatrına işə qəbul olunandan sonra uşaq tamaşalarında müxtəlif rollar oynamışdım, xüsusi ilə Nicat Kazımov quruluş verdiyi səhnə əsərlərində mənə daha çox güvənirdi. Boris Manciyev teatrımıza dəvət olunanda qastrolda idik. Rayondan qayıdandan sonra baş rejissorumuz Bəhram Osmanov mənə dedi ki, "Xortdanın cəhənnəm məktubları"nda Fərman roluna dublyor təsdiq olunmusan, quruluşçu rejissor səninlə tanış olmaq istəyir. Manciyevlə ilk söhbətlərimiz, məşq prosesi bir qədər çətin alınırdı, rus dilini bilmədiyimə görə rejissorla ünsiyyət qurmaqda çətinlik çəkirdim. Aktyor yoldaşlarım sağ olsunlar ki, bu məsəldə mənə sona qədər dəstək oldular, məhz onların köməyi ilə məşqlərdən sonra qalıb məni maraqlandıran suallara rejissordan cavab alırdım, obrazla bağlı fikirlərini öyrənirdim. Onun verdiyi məsləhətlər mənim üçün çox önəmli oldu.
- Dublyor olsan da ictimai baxışda və premyerada Fərmanı sən oynadın. Bu rejissorun qərarı idi?
- Məncə, Boris Manciyev mənim oynamağımı istəmişdi, son məşqlərdə rusiyalı rejissorun oyunumdan razı qaldığını hiss edirdim. Elnur Kərimova da minnətdaram ki, bu məsələdə dəstəyini əsirgəmədi. Təcrübəli həmkarım həmin anda mənə böyük bir imkan yaratdı, mən də bu şansı dəyərləndirməyə çalışdım.
- İkinci dəfədir ki, Füzulinin "Leyli və Məcnun" əsəri dram teatrlarında tamaşaya qoyulur. Mərhum Hüseynağa Atakişiyevdən sonra Nicat Kazımov bu əsərə müraciət elədi və Qeys obrazı da sənə həvalə olundu...
- Hər bir rejissor yeni tamaşa üzərində düşünərkən əsərdəki rolları oynayacaq ifaçıları da müəyyənləşdirir. Nicat bəyin dediyinə görə, "Leyli və Məcnun"da Qeysi elə əvvəlcədən mənə tapşırmaq istəyib, amma öncədən mənim özümə heç nə deməmişdi. Ona görə də bu təklif mənim üçün gözlənilməz oldu, təbii ki, hədsiz sevindim və hansı ağır bir yükü boynuma götürdüyümü hiss etdim. Əsərin və obrazın sanbalı öz yerində, Nicat Kazımovla çalışmaq dəhşətli dərəcədə çətin və maraqlıdı, "Leyli və Məcnun" hazırlanarkən bunu bir daha özüm üçün yəqinləşdirdim. Əruz vəznində yazılan bu klassik əsəri səhnədən bugünkü gənclərə çatdırmaq üçün uzun müddət məşq etdik. Elə ilk məşqdən quruluşçu rejissor qarşıma şərt qoydu.
- Nə şərt idi belə?
- Nicat müəllim istəyirdi ki, Qeys obrazını Fərmandan tam fəqrli təqdim edim, bu obrazlar qətiyyən bir-birinə oxşamasın. Elə bilirəm quruluşçu rejissorun, mənim və tamaşada rol alan digər həmkarlarımın çəkdiyi əziyyət boşa getmədi, sonda maraqlı bir tamaşa ortaya qoyuldu.
- Ötən ilin aprelində cəbhədə baş verən döyüşlər barədə çox danışılıb, yazılıb. Dövlət Gənc Tamaşaçılar Teatrı bəlkə də yeganə teatrdır ki, həmin hadisələrin qəhrəmanlarına tamaşa həsr edib. "Yarımçıq qalmış" tamaşasında oynadığın Sabir şəhid, heykəltəraş Samir Kaçayevin prototipidi. Bu rolu oynayarkən hansı hissləri keçirdiyin mənim üçün maraqlıdı...
- Əvvəla onu deyim ki, bu gün teatrımızın repertuarında məhz belə bir əsərin olması çox vacibdi. Gənclərimiz arasında vətənpərvərlik hisslərinin güclənməsi üçün belə tamaşaların hazırlanmasına ehtiyac var, təsadüfi deyil ki, Vaqif Əsədovun quruluş verdiyi "Yarımçıq qalmış"ın hər tamaşası anşlaqla keçir, gənclərimiz bu əsəri maraqla qarşılayır. Mən bu tamaşada da Elnur Kərimovun dublyoruyam. Əsərdəki Sabir siz qeyd etdiyiniz kimi, şəhid Samir Kaçayevin prototipidi, Samir Rəssamlıq Akademiyasının məzunu olub, istedadlı heykəltəraş idi, lakin yaradıcılıqla, gələcək həyatı ilə bağlı nə qədər arzuları yarımçıq qaldı. Bu tamaşanı oynayanda Samirin valideynləri, yaxınları, tələbə dostları zalda oturub səhnədə baş verənlərə baxırlar. Həmin an Elnur Kərimovun və mənim hansı hisslər keçirdiyimizi təsəvvür edin...
- Çalışdığın kollektivdə sənə münasibət necədir?
- Hiss elədiyim qədəri ilə çox yaxşı. Bizim teatrda səmimi bir ortam var, direktorumuz Mübariz Həmidov, baş rejissorumuz Bəhram Osmanov və təcrübəli aktyorlar biz gənclərə həmişə dəstək olurlar. Məsləhət almaq, nəyi isə dəqiqləşdirmək istəyəndə ürəklə hər kəsə yaxınlaşmaq olur. Şəxsən mən bilmədiyimi soruşmaqdan çəkinmirəm, bilirəm ki, öyrənəcəyim çox şeylər var. Konkret hansısa bir rolla bağlı sualım olanda tamaşanın quruluşçu rejissorundan soruşuram. Teatrımızın istedadlı aktyorlarından sayılan Manaf Dadaşov hər zaman məsləhətlərini, fikirlərini səmimi şəkildə bildirir, nələrisə izah edir.
- Tələbə yoldaşlarından deyəsən elə bircə sən özünü sübut edə bildin. Baş rollar oynayırsan, haqqında xoş sözlər deyilir...
- Mədəniyyət və İncəsənət Universitetində sənət müəllimim Firəngiz Mütəllimova olub, biz Firəngiz xanımın ilk tələbələri sayılırıq. Kursumuzda çox istedadlı uşaqlar var idi, açığını deyim, onların arasında ən zəif tələbə mən idim.
- Bəs hanı o istedadlı gənclər?
- Nigar Babayeva Bələdiyyə Teatrında, Gündüz Qasımov Şuşa Musiqili Dram Teatrında, Bəhruz Rafiqoğlu isə "Körpəm" teatrında çalışır. Təəssüf ki, qrupumuzdakı digər istedadlı gənclərin heç biri seçdikləri bu sənətdə qalmaq istəmədilər.
- Səncə, niyə?
- Yəqin ki, maddi məsələlər burada vacib rol oynadı. Məlum şərtlər altında bu sənətdə çalışmaq çox çətindi.
- Sənə çətin deyil ki?
- Əlbəttə çətindi.
- Bəs səni teatra bağlayan nədir?
- Ümid və bu sənətə olan sevgi.
- Pafoslu səslənmədi?
- Məncə, yox, çünki yaxınlarım bilir, teatrda çalışmazdan öncə kiçik də olsa öz biznesimi qura bilmişdim, dolanışığımı təmin edirdim. Amma işlətdiyim obyekti hər axşam dost-tanışın ümidinə buraxıb tamaşalara baxmaq üçün teatra qaçırdım. Bəzən öz puluma 10-15 bilet aldığım günlər də olub. Vaxt ötdükcə anladım ki, teatrdan, səhnədən ayrı qalmaq mənim üçün mümkünsüz olacaq.
- Əvvəllər gənc aktyorlar Otello, Hamlet, Oqtay Eloğlu, Vaqif obrazlarını oynamağı arzulayırdılar. Bugünkü gənclərin təmsilçisi Bəhram Həsənovun ürəyindən hansı rollar keçir?
- Bayaq "Leyli və Məcnun"dan danışanda açıqlamaq istəmirdim, amma söhbət açıldısa, deyim ki, Məcnun obrazını oynamağı arzulamışam. Nə xoşbəxtəm ki, bu istəyimə çatdım. Nəsimini oynamaq da həmişə ürəyimdən keçib, bu filmdə də ola bilər, səhnədə də. Amma bizim sənət elədir ki, bəzən heç düşünmədiyin və arzulamadığın bir rolu sənə verirlər, bu rol da uğurlu alınır, sanki onu oynamaq bir ömür arzun olub...



Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK