... Fəridayaqyalın, başıaçıq kənd yolu ilə evlərinə tərəf qaçırdı. Elə qaçırdı ki, sankionu qabaqda kimsə gözləyir. Günorta vaxtı olduğuna görə, həm də bərk acmışdı.Qonşuları Gülüş kişigilin yaxınlığına çatanda ucadan nənəsini səslədi:
- Ay nənə, qatıqda ver, doşab da tök, doğra da!..
... Hər günortanənəsi Telli arvad ona camış qatığı verərdi. Və o camış qatığının qaymağınınüstünə doşab da tökərdi. Qatıq o qədərdadlı olardı ki, Fərid onu yeməkdəndoymazdı. Heç vaxt anası Mirvari arvaddan qatıq istəməzdi. Qatığı nənəsi Tellidənistəyərdi. Və nənəsi də ortancıl nəvəsi Fəridi o birilərindən daha çox istəyərdi.Çünki Fərid həm tərbiyəli idi, həm də dərslərini yaxşı oxuyurdu. Nənəsi də deyərdiki, elə mənim nəvələrimin içərisində ən ağıllısı Fəriddi...
... Bir gün eləoldu ki, nənəsi Telli arvad xəstələnib yatağa düşdü. Onu oğlu Bakıya apardı. Məşhurhəkimlərdən biri Telli arvadı mayinə eləyəndən sonra oğlunun qulağınapıçsıldadı:
- Arvadı çoxincitmək olmaz! Bir-iki ay ömrü qalıb. Əgər bir qədər tez gətirsəydiniz, bəlkədə bir şey eləmək olardı. Artıq qaraciyər serrozunun qarşısını almaq mümkündeyil...
Məşhurprofessorun bu sözündən sonra Telli arvadın oğlunun qanı qaraldı. Amma yenəşükür elədi ki, anası 80 yaşı keçib. O özü oğluna və övladlarına bir təsəlliydi.
Amma Telli arvaddünyanın çox əziyyətini görmüşdü. Həyat yoldaşı Kərim kişi 39 yaşında ürəktutmasından dünyasını dəyişmişdi. Dörd oğlunu, bir qızı müharibənin odundan,alovundan, aclığından çıxara bilmişdi. Səhərdən axşama qədər kolxozun taxıl sahələrində,pambıq sahələrində işləyər və evə qayıdandan sonra da mal-qoyuna baxar, toyuq-cücə saxlayardı. Birbalaca ona əl yetirən, kömək eləyən böyük oğlu idi. Ortancıl oğlu Nüsrət də qəfilxəstələndi, sətəlcəm oldu və həkimlər dərdinə əlac qıla bilmədi. Qızı Çiçək isəailə qurandan sonra çox yaşamadı, o da bir gün dünyasını dəyişdi. Telli arvadınbir oğlu isə Böyük Vətən müharibəsinə getdi və geri qayıtmadı. Bu dərdin, əzab-əziyyətiniçində Telli arvad heç kəsə əyilmədi, o biri övladlarını əzab-əziyyətlə olsa daboya-başa çatdırdı.
Böyük oğlu Qəribkişi çox fərasətli çıxdı. Alın təriylə, zəhmətilə ev-eşik tikdi. Hətta yetimqalmış bacısı uşaqlarına da əl atdı.Onların toyunu elədi və onlara daev-eşik yaratdı...
... Çətinliklərarxada qalmışdı. Telli arvadın indi-indi gözünə işıq gəlirdi. Onun dərddənqübar bağlamış ürəyi indi-indi açılırdı. Oğlunun hörmətini, izzətini, kənddəkinüfuzunu eşidəndə ürəyi dağ boyda olurdu. Telli arvad bu yaşda da zəhmətdənqorxmurdu. Özü təndiri qalayar, xəmiri yoğurar və çörək yapardı. Düzdür, iki gəlinidə vardı - Mirvari və Gülü. Onlar da öz balası kimi baxardı. Bir dəfə böyükoğlu Qərib gəlini Mirvarini incitmişd. Telli arvad oğlunu çörək yapdığı yerdə təndirinyanına çağırdı və soruşdu:
- Bu yazığı niyəbu günə salmısan? Kişi də heç arvadı belə döyər?..
Qərib bir balacadonquldandı və Telli arvad da hiss elədi ki, artıq oğlunun "buynuzu"çıxıb və onun qabağında söz deyir. Arvad əsəbləşdi və hirsini oğlunun üstünətökdü:
- Ay alçaq, sənbelə qudurmusan? Mənim sözümü qaytarırsan?
Yazıq QəribTelli arvadın sözünü də qaytarmamışdı. Amma sadəcə olaraq bir az səsində dəyişiklikvardı. Yəni səsini ucaltmışdı və bu da Telli arvadın xoşuna gəlməmişdi. Eləxoşuna gəlmədiyinə görə də Telli arvad bərk əsəbləşdi, əlindəki koxayla onunbaşına vurdu. Koxanın dəyməsilə qanın bulaq kimi fışqırması bir oldu...
... Aləmbir-birinə dəydi. Heç bundan Telli arvadın rəngi də qaçmadı. Elə bil heç nəolmayıbmış. Amma gəlinlər əl-ayağa düşdü. Biri pambıq dalınca qaçdı, biri dəyod dalınca. Qan fışqıran yerə yod qarışıq pambıq basdılar. Qərib anasınınqorxusundan cınqırını belə çıxara bilmədi.Telli arvad çox səbrli, zəhmli birqadın idi. Heç kəs onun qabağında ailədə at oynada bilməzdi və heç kimin dəhaqqını heç kəsə verməzdi.
... Telliarvadın tez-tez yadına rəhmətə gedən cavan oğlu Nüsrət düşərdi, tez-tez yadınadünyasını dəyişən qızı Çiçək düşərdi, tez-tez yadına müharibədə qalan oğlu Əzizdüşərdi. Bax, onda da onu qəhər boğardı,amma onu heç kəsə bildirməzdi. Dan yeri söküləndə dərdini ovutmaq üçün öz həyətlərinəyox, qonşu Abbas kişigilin həyətlərinə keçib orda ağı deyib ağlayardı. Səsinəböyük oğlu Qərib yuxudan oyanardı və anasının yanına gedib qucaqlayar,üz-gözündən öpər sakitləşdirərdi. Qərib kişinin bu isti münasibətindən sonraTelli arvad kiriyərdi. Qərib kişi də görərdi ki, balam, Telli arvadın gözününyaşı qalmadı. Diqqətlə anasına baxardı və onu götürüb gətirərdi öz həyətlərinə.Yüz oyundan çıxardı ki, heç olmasa anasının sifətində bir az gülüş yaransın.Düzdür, Telli arvadın bu oyunlardan sonra qırışığı açılarda. Amma üzü heç vaxtgülməzdi...
... Ağır xəstəyatırdı. Diqqətlə pəncərədən çölə baxdı. Gördü ki, sevimli nəvəsi Fərid dərsdənqayıdır. Hər iki gəlinə dedi ki, onu mənim yanıma çağırın. Fəridi Telli arvadınyanına gətirdilər. O, sevimli nəvəsini bağrına basdı və dilləndi:
- Fərid, mənimömrümə bir şey qalmayıb. Amma bil ki, səni hamıdan çox istəyirəm. Adımı da sənin övladına vəsiyyət edirəm. Nə vaxt qızın olsamənim adımı qoyarsan...
Nənəsininbu sözləri Fəridi kövrəltdi. Hətta Fərid hönkür-hönkür ağlamağa başladı. Çünki Fərid görürdü ki, nənəsinin rəngi sapsarıdı.Əvvəlki kimi ayaqüstə dura bilmir, danışmır və boğazından su da keçmirdi...
... Martın 7-dəTelli arvad dünyasını dəyişdi. Və onda bir yaz havası vardı. Amma bu yaz havasının içinə bir kədərhopmuşdu. Hamıdan çox nənəsinin ölümünə Fərid ağlayırdı. Anası, atası nə illaheləsə də onu kiridə bilmirdilər. Hətta Telli arvadı qəbiristanlıqda dəfn edib gələndənsonra da Fərid elə hey ağlayırdı. Bir neçə gündən sonra o da sakitləşdi. Birneçə gündən sonra o dərd yavaş-yavaş soyudu. Bir neçə ildən sonra o dərd bir azda soyudu...
Fərid ailə qurmuşdu və onun bir qız övladı dünyayagəldi. Nənəsinin vəsiyyətini yerinəyetirdi. Qızının adını Telli qoydu. O Telli ki,nənəsi onu həmişə bütün nəvələrindən çox istəyirdi. O Telli ki,anasından çox nənəsi onun nazını çəkərdi. O Telli ki, zəhmindən,oturuşdun-duruşundan xanımlıq yağırdı. Nəinki oğlanları, kənddə bütün qohum-əqrabaonu görəndə özünü yığışdırar, çəkinər və ağbirçək bilərdilər.
İndidə Fəridin yadına nənəsi tez-tez düşür. Qəbiristanlığa gedib nənəsini ziyarəteləyir. Molla tapanda qəbrinin üstündə "Yasin" də oxutdurur və bundanbir təsəlli tapır. Axı o, nənəsinin ən sevimli nəvəsi idi. Düzdür, nənələr nəvələriçox istəyirlər. Amma çox nadir halda nəvələr də nənələri əzizləyirlər, yaddançıxarmırlar. Fərid nənəsini yaddan çıxarmayan nəvədi. Fərid həm də nənəsinin ətriniqızından alır. Fərid həm də göy üzü kimi təmiz olan nənəsinin ruhu ilə tez-tezsöhbət edir. O ruh da ona deyir ki, üzün ağ olsun, məni yaddan çıxarmırsan. Nənələryaddan çıxmadığı kimi nəvələr də unudulmur. Hər səhərin birində bu nənə yadadüşür və tez-tez xatırlanır. O insan ki, tez-tez yada düşür, xatırlanırsa, deməli,hələ də yaşayır. Və Fərid yaxşı bilir ki, nənəsinin ruhu varsa, deməli hər şeyona ayan olur, nəvəsinin sevgisini ona çatdırır. Sevgi isə heç vaxt ölmür və həmişə yaşayır...