adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Iyul 2017 22:15
15061
ƏDƏBİYYAT
A- A+

Doğulan uşaqlar Tanrının...

Adalet.az Rabindranat Taqorun aforizmlərini təqdim edir.


- Keçmiş illərin xarabalıqlarında bir kədərli səs yuva salmışdır.

- Günəş getdi deyə ağlayarsan, göz yaşların ulduzları görməyə mane olar.

- Kəpənək ayları deyil, anları sayar və onun belə kifayət qədər zamanı var.

- Günəşə arxanı çevirmə , kölgən önünə düşər.

- Yuva, yatan quşları qoruduğu kimi, sükut da sənin səsini qoruyur.

- Heç bir əhəmiyyət daşımayan sözlərim zamanın dalğaları üstündə yüngülcə rəqs edə bilərlər, məna ilə ağırlaşdıqlarında dibə çökərlər.

- Buludlar çayları su ilə doldurub, özləri uzaq dağların arxasında gizlənir.

- Bu dünya gözəlliyin musiqisi ilə ram edilən coşqun fırtınalar dünyasıdır.

- Ey qadın! Sənin gülüşün dirilik bulağının nəğməsidir.

- Mümkün qeyri-mümkündən soruşar: «Sən harada yaşayırsan?» O cavab verər: «Acizin yuxularında».

- Qoy gülü görməyə gözləri olanlar tikanı da görsünlər

- Ayaq üstə dayanıb suya baxaraq dənizi keçə bilməzsiniz.

- Çınqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır.

- Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər.

- Dünyanı səhv oxuyar, sonra da bizi aldadır deyərik.