Ziyarətə gəlmə,görərlər
Açıq demək istəyirəm.Həyat o qədər cansıxıcı olub ki, nəyəsə baxıb sevinmək, nəyinsə yanında, çevrəsindəolmaq az qala möcüzəyə çevrilib. İnanın ki, indiki məqamda, indiki andayaşamağın heç bir məna kəsb etmədiyinə ovcumun içi kimi inanıram. Və ona görə dəmənə elə gəlir ki, artıq adamlara da, yerin üstünə də yükəm. Sanki durduğum,dayandığım nöqtədə yerə ağırlıq gətirirəm, yeri bezdirirəm. Elə bilməyin ki, mənimsevinc hisslərim ölüb... elə bilməyin ki, mənim ürəyim çırpınmır... elə bilməyinki, mən ümumiyyətlə, hər şeydən, hər kəsdən usanmışam, yorulmuşam, bezmişəm.Yox, sadəcə mən arzularımın, xəyallarımın necə daşa dəydiyini, necə çilikləndiyini,necə tapdalandığını görə-görə içimdə ağırlaşmışam, içimdə yorulmuşam. Hətta lalbir sükuta çevrilmişəm. Ona görə də daşıdıqlarımı hansı səslə deyirəm-deyimAllahdan və özümdən başqa kimsə eşitmir. Allah da ona görə eşidir ki, O mənimiçimdədi, ruhumdadı, mən də Onun dərgahında. Belə olan halda nəyəsevinib, nəyi xatırlayıb içində ümid şamı yandırmaq olar. Nəyə fərəhlənmək, nədənqürrələnmək gəlib keçə bilər ağıldan? Sual heç də qəliz deyil. Şəxsən mən yenə əlimiürəyimin üstünə qoyub tam səmimiyyətlə deyirəm ki, sizə də, özümə dəünvanladığım sualın cavabı əslində sizi də, məni də yaşada biləcək böyük birsevgidi. O həm həyata olmalıdı, həm ətrafındakılara, həm özünə, xüsusilə də Sənə.Təəssüf ki, bizim sevgi anlayışlarımız fərqlidi.Biz sevgini o qədər cılızlaşdırırıq, o qədər müxtəlif müstəvilərə paylayırıq ki,sevgi də bədbəxt olur, elə özümüz də. Mən bunu birmənalı şəkildə deyirəm vədediyimin də arxasında son nəfəsimə qədər dayanacam. Hətta elə bu günlərdəyazdığım misralarda da demişəm:
Sənəxatırladacam
Sevgini və sevməyi...
Sevgi olan məbədə-
Əyilməyi, enməyi!..
Sən orda görəcəksən
Allahı vəözünü!..
Bir də səni isidən-
Bu ürəyinközünü!..
Sevincdəndodaqların
Hətta dilin əsəcək...
Vüsalın kəb inini-
Baxışların kəsəcək!..
Yəqin ki, bumisralar hansısa bir nöqtədən tərpənişə səbəb ola biləcək... hansısa bir anındamarını isidəcək... və hansısa bir buhzun əriməsinə şam işığı salacaqdı...
Təbii ki, bütünbunlar mənim indiki anda özümün öz misralarıma verdiyim qiymətdi. Bir az yekəçıxmasın, bir növü şeirimi tərifləməkdi, təqdim etməkdi. Amma bunun içindəki səmimiyyəthər kəs tərəfindən görünürsə, onda mənim cəsarət edib öz misralarımı tərifləməyimiyəqin ki, günaha yazmazsınız. Axı mən həm də yazmışam ki:
məndən
soruşurlar
həyatımı...
dərhal
bir nəfəsə
söyləyirəmadını!..
sənin,
yəni mənim
sevincim, fərəhimolan
bu dünyanın
ən müqəddəs
mələk qadını!..
***
İnsan özü-özünəqapılanda, özü-özünə çəkilib bir küncdə gözdən, könüldən uzaq olmağa çalışandakimlərsə onu qınayır, kimlərsə də ağız büzür. Amma mən bu halı özümyaşadığımdan öncədən söylədiyim iki məqamı həm ötəri sayıram, həm də ağlımdankeçirirəm ki, kimin harasının necə ağrıdığını özü daha yaxşı bilir. Hətta ən məşhurtəbib də xəstənin ağrısının dərəcəsini, ölçüsünü, çəkisini deməkdə acizdi.Onlar, yəni ən məşhur təbiblər bircə söz bilirlər və deyirlər bu xəstəliyindözülməz ağrıları olur. Ona, yəni xəstəyəağrıkəsici vurmaq lazımdı. Lakin həmin o ən məşhur təbiblər unudurlar ki, azqala 28 ildi ki, ağrıyan, artıq bütün bədənini, ruhunu göz-göz edən Qarabağağrısı üçün ağrıkəsici fayda verməz. Üstəlik, bu ağrı dözülməzlik həddinə dəkeçir. Amma biz, o cümlədən də mən dözürəm. Daha bir məqam. Deməli, bir-birinianlayan, bir-birini tamamlayan, hətta bir-birini müəyyən mənada əvəz etməkgücündə olan elə dostlar, elə cütlüklər, elə sevgililər var ki, onlarınayrı-ayrılıqda yaşadıqları həyat dramları o dözülməzlik həddini rahatca ötübgedir. Kənardan adama elə gəlir ki, daha sondur. Müşahidə etdiyi məqamlar mütləqson nöqtədə dayanacaq. Amma yox! O insanların daxili və qarşılıqlı tələbatları,o insanların ruh cütlüyü həmin o dediyim dözülməzliyi kölgədə qoyur. Şəxsən mənyaşadıqlarımı heç bir dərmanla, hətta alkoqolla da müalicə edə bilmirəm. Sadəcəmənim köməyimə bir təsəlli, ikinci nəfəs kimi qələm və dəftər çatır. Ağrını həmino dəftərin vərəqlərinə bükürəm. Sonra da bir anlıq da olsa özümü taleyinixtiyarına verirəm və yazıram ki:
Səsimi bükübatacam
Külək ağzına -aparsın...
Mən səslə fərəhtapacam
Sən də ki, ümidtaparsan-
Axtarsan...
Gözümü ovubqoyacam
Yol üstəboylansın sənə!
Mən səndən ölübsoyuyacam
O da qaranlıqdımənə-
Axtarsan...
Qəlbimi dama dəftərtək
Səssizcənaxışlayacam
Onu görərsən aymələk
Mən sənəbağışlayacam-
Axtarsan...
İndi siz də buşeiri oxudunuz, mən də onu bilgisayara diqtə elədim və hərəmiz də öz-özümüzdəmühakimə də etdik, qərar da verdik. Bəyənənimiz də, gülənimiz də bir dodaqucu"eh" edənimiz də oldu. Bunlar təbii haldı və normal sayılır ağıllıadamlar tərəfindən. Mən də özümü iynəucu boyda ağıllı saydığımdan fikirləşirəmki, dediyim, yazdığım sözlərin, fikirlərin, misraların hər qatında mənimduyğularımın, sevgimin həm həniri, həm də görüntüsü var. Mən hardasa sözlə o duyğuları, o görüntüləri ürəyimdənçıxarıb bir az açıq havada gəzdirirəm. İstəyirəm ki, mənim iç dünyamın heç birkünc-bucağı qaranlıq olmasın. Ordakı işıq ömrümün işığına çevrilsin və mən dəbir ömür işığının bir sevgi işığından alışdığını, onun davamı olduğunuvarlığında hiss edim. Hətta onu görüm, ona toxuna bilim. Deməyin ki, bu, xəyalpərəstlikdi,deməyin ki, bu hardasa heç kimin əli, ünü çatmayan bir məqamdı. Deyin ki, bu,ola bilən bir haldı, hətta olub da, olacaq da!.. Əgər belə desəniz onda mənimözümə inamım da, o böyük sevgiyə qovuşacağıma əminliyim də artar və üzümü sizətutub demərəm ki:
yertapa
bilmirəm
çıxıbgetməyə-
qəbirdənbaşqa...
səndə
söztapa bilmirsən
mənədeməyə-
səbrdənbaşqa!..
təzaddı,
əzabdı,
nədisəbunu
Allahuzatdı
ömrüm ölçüdə!..
indianlayıram
təkçıxışı var
düşdüyümhalın
sənəinsaf verə
mənəAllahım
səninsevəcəyin
ürəkköçürə!..
Hə, doğurdan da həyat öz suallarını hər gün qəlizləşdirir,hər gün çətinləşdirir və bəzən də cavabsız edir. Amma etiraf edək ki, indi transferlər də, köçürmələrdə o qədər sadələşib, adiləşib ki, onu gözümüzlə də görürük, qulaqlarımızla daeşidirik və hətta öz varlığımızda, öz cismimizdə də şahid oluruq. Ona görə də mənimsənin yanında olmam üçün Allahımın mənə başqa bir ürək köçürəcəyinə inanmağınormal say, təbii qəbul et. Və bil ki, bu dünyanın qara daşını göyərdən Allah oqədər müşkülləri, o qədər çətinlikləri bir anın içərisində çözüb ki, təkcə dərdsahibi deyil, bəzən bəşəriyyət də bu məqama heyrət edibdi. Və yenə yeri gəlmişkənxatırladım ki, məhz mənim inancıma görə, böyük Füzuli elə bu məqamda deyib ki,"Heyrət ey qütb"!
Mənyazımın əvvəlində birbaşa, heç bir pərdə-filan gözləmədən dedim ki, olduğum həyatıniçərisində, yaşadığım günlərin fonunda sevinəcək heç nəyim yoxdu. İndi o fikrəbir də qayıdıram. Demək istəyirəm ki, "Ol!" deyən böyük varlıq, böyükqüdrət sahibi bəlkə də, nə vaxtsa, hardasa, hansı məqamda olur-olsun öz gücünügöstərə bilir və biləcəyinə də şübhəm yoxdu. Ona görə də ümidsizliyin yaratdığıəks-sədanı şeirə çevirəndə mən bir az rahatlanıram... Amma bir az... Sonra isəyenə həmin başlanğıc öz səsini eşitdirməyə başlayır. Ona da yenə kağız-qələmdüşür yadıma.
birparça
kağızdı
başımınüstə-
qarakağız,
əlçin bulud...
biraz
aşağıəyil
rahatlan-
məndə
sənioxşayıb
birağız,
sonra
boyumaölçüm,
bulud!
***
Ümidsizlik,inamsızlıq təbii ki, yaxşı hal deyil və onu da mən bir kimsəyə arzu etmirəm. Adətənbelə məqamlarda adam könül dostuna, ən yaxın simsarına, sirr yerinə, daha çoxisə ürəyinin sahibinə üz tutur. Onunla dərdləşir, onunla pıçıldaşır və...
Hə,bax, onda bir balaca özünə dönüş olur. Çünki ürəyinin sahibi ürəyinin içindəbir qaralmış qoru üfürür, onu alışdırır. Bax, bu da səni, məni həmin oümidsizlikdən, o təklikdən, o inamsızlıqdan çıxarır. Bir az da dəqiq desəm,çıxarmaq üçün quyuya sallayan kəndir olur. Onun ucundan tutub həmin o işığa, oümidə, o sabaha tərəf getmək istəyirsən. Bu da hardasa ikinci nəfəs kimi birşeydi. Və çox təəssüf ki, bu İkinci Nəfəs də hərdən gücsüz olur. Yəni onunqarşısına elə bir sədd çəkilir ki, o səddi aşmaq, keçmək, yarmaq fiziki gücləmümkün olmur. Mənəvi güc isə müəyyən normalardan çıxa bilmədiyinə görə, dözübdurmalı olur. Neyləsin?! Və onun tapdığı və yaxud tapa bilmədiyi çıxış yolu dabütün hallarda özünə dönüş yoludu. Həmin yolda bir kimsə görünməyəndə, birişartı olmayanda ürək paramparça olur və onda mən şəxsən yazıram ki:
mobilsusur...
yolda boşdu...
gözyorulur...
ürəkdaşdı...
busükutun,
buhəsrətin,
təzyiqin
həmhərarətin...
biran duyun
qapısını
sonradöyün
Əbülfətin!..
Məniqınaya bilərsiniz ki, bu qədər ümidsiz və bir az da adamı sıxan, lap açığınıdesəm, canını boğazına yığan yazıyla, şeirlə niyə oxucuları sıxırsan? Niyə onlara dilxorçuluq gətirirsən,əhvallarına soğan doğrayırsan? Mən irad tutanları başa düşürəm və onları haqlısayıram. Lakin siz də məni başa düşün. Siz də bilin ki, mən sizlə nəfəsalıram... Sizlə bölüşüb içimdəgüclə işaran şamı sönməyə qoymuram. İstəyirəm ki, o şamın işığı alova, məşələçevrilsin...
Hə, bir də istəknə cinayətdi, nə də icazəli olur. Mənə görə istək hər bir ürəyin haqqıdı. Hərbir ürəyin də öz haqqına doğru gücü, imkanı daxilində çarpışması, getməsi,yüyürməsi hətta zərurətdi. Bu zərurəti heç kim onun əlindən ala bilməz. Elə mənimdə dediyim, yazdığım, pıçıldadığım budur ki, gəlin bir-birimizin haqqını qəbuledək, bir-birimizin haqqına dəyər verək,bir-birimizin haqqına girməyək. Əgər bu qərarım, bu təklifim gerçəkləşsə, qəbulolunsa, vallah, hər kəsin ürəyindəki işıq yanacaq, sönməyəcək. Kaş ki, bütünişıqlar haqdan yansın və bütün ürəklərin istəkləri gerçəkləşsin. Ən azındanAllah xatirinə! Amin!!!