adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
05 Iyul 2017 17:02
78391
MÜSAHİBƏ
A- A+

"Qıraqdan kobud göründüyümə baxmayın, içimdə xanımlıq xarakterimi gizlədən biriyəm"

Azərbaycan Pauerliftinq Federasiyasının üzvi və dəfələrlə Respublika çempionu Könül Quliyeva.

 - İnsan ümumiyyətlə qazandığı uğurlarında kiməsə borclu olmalıdır yoxsa öz əziyyətimdir deməlidir??

- Hər bir uğurun arxasında həm əziyyət, həm də güclü bir məşqçi durur. Mən də uğurlarıma görə həm məşqçimŞəmsi Bayramova, həm dəçəkdiyim əziyyətilərimə borcluyam.

- Pauerliftinq ağır idman növüdü, bu idmanla meşğul olmaq bir xanım olaraq çətin deyil ki?

- Bəli düz vurğuladız paurliftinq ağır idman növüdür, xanımlar üçün xüsusilə ağır bir növdür. Çətin olsa da maraqlıdır. Hər bir çətinliyin arxasında evəzedilməz qələbələr durur. Bunun üçün də çətindir deyə qorxub qaçmaq lazım deyil. (gülür)

- Həmdə bildiyim qədəri ilə fitnes müəllimisən. Bir fitness mesqçisi en birinci nəyəfikirverməlidir?

- Bəli artıq uzun müddətdir fitness məşqçisi kimi faiyyət göstərirəm.İlk olaraq zala daxil olan hər bir kəsin sağlamlığına və qarşısına qoyduğu məqsədə daha çox diqqət yetirirəm.Buna uyğun olaraq məşqlərini düzgün və zədəsiz yerinə yetirmələrinə görə özlüyümdə məsuliyyət daşıyıram.

-  Xanımla rəqabət aparmaq güclü xanıma yaraşmaz. Bəs səncə necə xanımla rəqabət daha maraqlıdı ya əks cinsin nümayəndəsi ilə??

- Düzdü qeyd etdiniz kimi xanımla rəqabət aparmaq güclü xanıma yaraşmaz. Ümumiyyətlə güclü bir insana rəqabət aparmaq yaraşmaz. Amma etiraf edim ki, qarşı cinsin nümayəndəsi ilə rəqabət daha maraqlı olur. Belə bir rəqabətim olub. Qarşı cinsin nümayəndəsindən nisbətən güclü olduğum üçün qalib olmuşam. Hətta utanmışam, yəni ki gərek onu belə sındırmazdım. (gülür)

-  Könül xanım idmançı olaraq tanınmış və peşəkardır, bəs elə olubmuki, incə xanım obrazını sınayarkəözünü qəribə hiss edəsən?

- Obraz deməzdim həyat dar roloynamağı sevmirəm,bu mənim xarakterimə tam olaraq yaddır. Lakin bəzən elə məclislər olurki, həmən məclisə uyğun geyim seçməli oluram və bəzənsə elə geyimlərdə özümü çoxn arahat hiss edirəm. Qıraqdan kobud göründüyümə baxmayın, içimdə xanımlıq xarakterimi gizlədən biriyəm. (gülür)

- Heç olurki, yanınıza gələn, sizə müraciət edən xanımlar sizin kimi bədən quruluşu istəsinlər?

Olur bəli amma əksər hallarda isə müraciət edən xanımlar yalnış fikirdə olurlar.Yəni onlar mənim xarici görünüşümü görüb düşünürlər ki, mən onlara da bu cür bədən quruluşu yığacam. Bu heç də belə deyil tam əksinə. Sadəcə mənim məşğul olduğum idman növü güc ,ağırlı q tələb edən idman növü oldğunu dərk etsələr bəs edir.

- Son olaraq Könül bu idman sənə nələri bəxş edib və nələri əlindən alıb?

İdman ilk olaraq məni uşaqlıq arzuma çatdırıb və tanınmış bir simaya çevrilmişəm. Ciddi olaraq idman əlimdən nələrisə almayıb.Az da olsa salamlığıma əks təsirini göstərib.Amma buna baxmayaraq mən özümü idmansız təsəvvür edə bilmirəm.